HUMANİTAR ELMLƏR
139
Ç) Füzulinin dilində: “Bir rahgüzərdə ol nigarə uğraşdı vü qıldı bir nəzarə, Canü cigərində
qalmadı tab,
Mehv oldu,
necə kim, odda simab”[27, s.112].
D) “Şühədanamə”nin dilində:“Könülləri savaşdan savuyub uğraşi tərk etdilər”[180b]. “Mə-
həmməd Kəşirün ləşkəri ilən uğraşdilər”[180b].
E) “Şeyx Səfi təzkirəsi”nin dilində: “On ikincisi gündə kim, böyük uğraş olurdı, mən ol qov-
ğanun içində həzrət Şeyxə (q.s.) sığınub mədəd ilə himmət istədüm” [35, s.753], “Satılmış munı eşi-
dincə bəqayət incinüb, donın çıxarub geydi və ləşkərin geyindürüb uğraşmağa gəldi və həzrət Şeyx
Sədrəddinün yolı üstinə durub savaşun intizarında idi...” [35, s.748].
Ulus−
xalq.
“Ulusın bəgənməyən evinə boş varır”[38, s.49]. Həsən Zərinəzadə yazır ki, bu kəl-
mə “ulusat” formasında və
ellər, tayfalar, xalqlar
mənalarında fars dilinə keçmiş və işləklik qazan-
mışdır. Əlisa Şükürlünün Kül-tigin abidəsindən etdiyi tərcümədə də işlənilən “ulıs” kəlməsi
xalq
mənasını ifadə edir.
A) “Qutadqu-bilig” abidəsinin dilində:“Qolu qılınc olar, qılıncı uzun, Dönər şöhrətinə yurdun,
ulusun”[4, s.156]. Mustafa Kaçalinin tərəfindən hazırlanan mətndə, əsasən, “kend” sözü ilə yanaşı
verilmişdir:“Kalın
kaznak ursa bu altun kümüş, itilse eli artsa ol kend uluş”[48, s.120].
Mahmud Kaşğarinin lüğətində də “uluş” formasındadır: “Uluş=kənd (çigilcə); şəhər (arğu-
ca)”[26, IV cild, s.604]. “Bu deyim sonradan Moğollara, "Ulus" şeklinde geçmiştir. "Ulus" da bir
nevi eyâlet ve devletin bir parçası gibi idi”[39, s.50]. “Kara-Hanlılarda,
devletin önemli yerleri, şöy-
le sıralanarak anlatılıyordu: "Kent, ulus, ordu, karşı". "Kent", şehirler;"Ulus" ise, şehir topraklan ile,
çevre bölgeleri idi”[39, s.129].
B)Seyfi Sərayinin “Gülüstan” tərcüməsinin dilində: “Şı᷾ r ol melik kim dāyim ilge ve ulusḳa
küç kılur”[13, s.16].
C) Kişvərinin dilində: “Quduz it kimi qadirlər məni
görgəc ulus hər yan, Səgi-divanə tək el iç-
rə məşhur olmasun kimsə”[17, s.112].
Ç) Xətainin dilində: “Bir zərrə оdu salıb cahanə, Оdlarsan ulusu yanə-yanə”[41, s.275].
D )“Şühədanamə”nin dilində:“Bir kimsə anlarun ulusundan irağ olur idi, ani dutub dökər idi-
lər”[61a].
E) “Şeyx Səfi təzkirəsi”nin dilində: “Bu, bir hekayətdür el
ilə ulusun içində məşhur kim,
Ucanlu İsmayıl cinlərə eylə qalib olmış idi kim, anun şərhin demək olmaz”[35, s.480].
Dostları ilə paylaş: