HUMANİTAR ELMLƏR
137
çox mənaları yer almışdır: “kayırmak (kayrımak, kayurmak) 1. Mukayyet olmak, ilgilenmek, önem
vermek. 2. Kaygılanmak, tasalanmak, endişe etmek. 3. Sakınmak, çekinmek. 4. Hazırlamak”[43, IV
cild, s.2371]. Bu gün dilimizdə işlədilən “qayğı” sözünün bu feildən yaranması şübhəsizdir. “Tara-
ma sözlüğü”ndə verilmiş
kayı(kayu)- endişe, kayu etmek, kayulanmak-kaygılanmak
söz forma-
ları buna sübutdur[43, IV cild, s.2371].Həmçinin Mahmud
Kaşğarinin lüğətində kayğur, kadhğur
formalarına rast gəlinir [26, IV cild, s.231, s.263].
A )Dastani-Əhməd Hərami” məsnəvisinin dilində: “Nə durursuz, durun, bir-birr qurşanın, Nə
qayırın, nə qorxun, nə üşənin”[6, s.24].
B) Qul Əlinin “Qisseyi-Yusif” dastanının dilində:“Aya, Yusif, qayğurmagil, Qardaşlardan
könlini sən ayırmagil”[24, s.36].
C) Yusif Məddahın “Vərqa və Gülşah” poemasının dilində “qorxmaq” mənasına daha uyğun-
dur: “Həmlə qıldı ol lə’in dartdı qılıc, Mən’i qıldı Vərqə qayurmadı hiç”[3, s.110].
Ç)Qazi Bürhanəddinin dilində: “Şahanə pəncələrün apardı bu könlümi Canum qayırmadı bu
əlümdən al əm dedüm”[22,s.241].
D)Hidayətin dilində: “Dedim: öldürürdi yüküşün meyi-lə’lin qədəhi, Dedi: qayırma sana dəxi
bir az şərbəti var”[3, s.229].
E)Xətainin dilində: “Ey könül, оl dilrübanın möhnətindən incimə,
Kimsə kim, gül istər, оl
qayramaz оla xar içün”[41, s.158].
F)“Şühədanamə”nin dilində: “Peyğəmbər dedi:qayırma və qayğu yemə ki,...”[56b].
G)“Şeyx Səfi təzkirəsi”nin dilində: “Nizaməddin, qayırma kim, əgər sənün atun sağ çıxmasa,
mən sana bir at əvəz verəyim”[35, s.629].
Savux
−
soyuq
.“İssi aşdan qorqan sovuğı üfürüp yiyər”[38, s.40].Xalq mahnılarında: “Sudan
keçdim gəldim, yardan keçilməz, Suları savuxdı, babam, bir diş içilməz”[2, s.172]. “Tarama sözlü-
ğü”ndə “soyuq” mənasında
savuk/savık
göstərilmişdir[43, V cild, s.3342]. Savıx(soyuq), savut(so-
yutmaq,uzaqlaşdırmaq), savul(Bir şeyden çekinerek bulunduğu yerden uzaklaşmak) eyniköklü söz-
lərdir, yəni “sav” feilindən(geçiştirmek, defetmek, bastırmak, atlatmak, uzaklaştırmak,
gidermek,
bertaraf etmek) feilindən yaranmışdır.Əbu Həyyan lüğətində
sovuq-soyuq,
sovıdı- soyudu, soyuq
ol-
du
kimi verilmişdir[8, s.38].“Soyuq sözü Azərbaycan dilinin tarixində sovuq-savux-soyuq-souq şə-
killərində işlənmişdir”[12, s.133]. Deyilənlərə baxmayaraq, Mahmud Kaşğarinin lüğətində
soğı(so-
yumaq), soğuk(soyuq)
[26, IV cild, s.465, s.466] sözləri verilmişdir ki, bu gün müasir türk dilində də
həmin forma mühafizə edilir. Məlumdur ki, Türkiyə türkcəsində tərkibində “ğ” samiti olan bir çox
sözlər Azərbaycan ədəbi dilində “y” samit variantı ilə əvəz olunur. Bu baxımdan “savux” sözünü
fonetik arxaizm hesab etmək olmaz.
A) “Dastani-Əhməd Hərami” məsnəvisinin dilində “savux” sözü olmasına baxmayaraq, “sa-
vul” feili işlənmişdir: “Çü dügün savulub axıra irdi, Hərami ol gecə gərdəgə girdi”[6,s.54].
B)Qul Əlinin “Qisseyi-Yusif” dastanının dilində:“Zəhi, əcəb sovuq bağrı, qatı yürək, Kömlə-
kini əginindən soylar imdi”[24, s.33].
C)Seyfi Sərayinin “Gülüstan” tərcüməsinin dilində: “Savuḳ temürinə eser ḳılmas men daġı
ṣuḥbet-in terk itip selāmet”[13, s.142].
Ç)Kişvərinin dilində: “Gəh savıx ah eylərəm, gəh atəşin əfqan bilə, Sənsizin,
ey gül keçər
mundaq qışü yazım mənüm[17, s.65]. “Savıt”(soyutmaq) feilinə də rast gəlinir: “Ey səba, hüsn əh-
linə məndən degil bulsun məcal Kim, savıtmın neçə gün kim, gərmdür bazarınız. [17, s.36].
D)Xətainin dilində: “Yüzündə savux, qоxunda nikbət, Hər dəmdə sözün yalanü ğeybət”[41,
s.274].
E)Füzulinin dilində: “Ey
xuni-didə, kəsmə cigərdən təəllüqün, Mehrin savutma sinədən, ey
atəşi-dərun!”[27,s.260].
F)“Şühədanamə”nin dilində: “Bir kuzə savux su gətirdi”[182a].
G)“Şeyx Səfi təzkirəsi”nin dilində: “Həman ki yarımgecə iki dağun arasına yetdük, bir savux
yel əsməğə və qatı dəmə qopdı”[35, s.247].