Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə125/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   121   122   123   124   125   126   127   128   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

Qarçağay

şahin.
Tədqiqatçıların bu söz haqqında fikri yekdil deyildir. Samət Əlizadə və 
Mədət Məmmədov bu sözü “qızılquş” olaraq mənalandırır. Möhsün Nağısoylu isə 
şahin, qartal
ki-
mi izahlarını vermişdir. Məhtumqulu Fəraqinin dilində işlənən quş adlarını tədqiq edən Osman Yıl-
dız “garıçgay” kəlməsinin “aladoğan, atmaca” anlamlarını vermişdir. “Codex Cumanicus”un dilin-
də zoonimləri tədqiq edən İmanyar Quliyev də 
qarçaqa [65v] - karçıqa [55r] “atmaca, şahin”
ola-
raq göstərmişdir. Atartürk Karahan isə “ḳarçıġa”, “ḳarçaġa” sözlərinin monqol dilindən gəlmə oldu-
ğunu bildirir. Hər iki müəllif alman tədqiqatçısı G.Dörferin bu sözün “əslən türk mənşəli olması” 
fikrini diqqətə çatdırır. Azərbaycan dilinin izahlı lüğətində 
qarıçqay
− 
sərçədən azca böyük boz 
rəngli tarla quşu; torağay
şəklində verilmişdir. “Süleyman Efendi, karçığay kuşundan da bahseder-
ken, bu kuşun cağılbay kuşu ile aynı olduğunu söyler. Moğolcada cagalmai ve Kalmukçadaki zagal-
ma, “ siyah kartal” için kullanılan tanınmış deyimlerdir”[40, s.366], “Karçığay/Karçıgai adı, genel 
olarak güvercin avlayan orta boy doğanlara verilen addır. Kırgızlarda ise Karçığa sözü bütün atma-
ca, doğan ve şahinlere verilen umumî bir addır. Yukarıda da söylediğimiz gibi bu kuşun, güvercin 
doğanı olması çok muhtemeldir”[40, s.366]. Müxtəlif elmi yanaşmalar olmasına baxmayaraq, son 
nəticə etibarilə bu quşun “şahin”, “qartal” olması fikri üzərində dayanılır. Bildiyimiz kimi, “qartal”
yırtıcı quşdur. Amma aşağıdakı bədii nümunələrin ikisində “qarçağay” sözü gözələ ithafda istifadə 
olunmuşdur. 
A)Kişvərinin dilində: “Ey qəbayi-səbz ilən sərvi-sərəfrazım mənüm, Qarçığay saçlu, laçın 
gözlü şəhbazım mənüm”[17, s.65]. Kitabın sonundakı lüğətdə “qarçığay-qarışqa” kimi verilmişdir. 
B)“Şühədanamə”nin dilində: “Kəklik çoxliğindən qarçağayun qayğusi yox”[276b]. 
C)“Şeyx Səfi təzkirəsi”nin dilində: “Həm ol gecə duşda gördüm kim, bir ağ qarçağay mənüm 
xəlvətümə girdi”[35, s.307].
Sonrakı dövrlərdə Vaqifin də dilində “qarıçqay” sözünə rast gəlirik: “Qarıçqay cilvəlim, tavus 
bəzəklim, Libası əlvanım nеçün gəlmədi?”[31,s.39]. Cilvəsi qarıçqay, cıqqası şahbaz, Çəkibdir üzü-
nə siyah sərəndaz, Bulut arasından sanki mah baxar”[31, s.98].

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin