Səgirtmək −
səyirtmək .Əbu Həyyan lüğətində
səkridi-sıçradı kimi təsvir olunmuşdur[8, s.35].
“Divanü lüğat-it-türk”də “səkirt”/ “səgirt”−
səyirtmək, qoşdurmaq [26, s.445], “Tarama sözlü-
ğü”ndə “seğirmek” −
1. Koşmak, seğirtmek. 2. Hafif kımıldamak, kıpırdamak, “seğirtmek”
– 1. Koş- mak. 2. Yürümek. 3. Koşturmak. 4. Saldırmak, akın etmek, çapmak, çapul için hücum etmek mənala-
rında göstərilmişdir[43, V cild, s.3366]. Müasir Türkiyə türkcəsində
sekmek− tek veya iki ayak üze- rinde sıçrayarak ilerlemek anlamına gəlir. Azərbaycan dilində də
-ır 4 şəkilçisi təsirsiz feildən təsirli
feillər düzəldir(qaçmaq−qaçırmaq, bişmək−bişirmək, köçmək−köçürmək və s.). Buradan belə nəti-
cəyə gəlmək olur ki, sözün kökü “səgmək” olub, səgirmək→ səgirtmək şəklində inkişaf etmişdir.
“Qutadqu-bilig” abidəsinin dilində: “Küwez alp sekirtıp çerig sürse bat Laçın kuş kowar teg
töker kanları”[48,s.130].
“Dastani-Əhməd Hərami” məsnəvisinin dilində: “Yenə düşdi buların ardlarınca, Atın çapıb
səgirdir suylarınca”[6, s.71].
Nəsiminin dilində: “Həqqi istərsən səgirdüb dört yana, Kimə gedərsin, sana gəl sən sana”[23,
s.292].
Qazi Bürhanəddinin dilində: “Səgirtdi gözlərün bu könülümə Dedüm, məstan, dedi ki, gəldi
məstan”[22, s.543].
“Şühədanamə”nin dilində: “Ey cəddüm səndən qaçmanam, əmma səni tələbümdə səgirtdü-
rürəm”[79a].
“Şeyx Səfi təzkirəsi”nin dilində: “Bir uca dağun üstinə çəkinüb atları səgirtdürürlərdi və Daş-
təmür ol atun adəti ilə xuyi bilməz idi səgirtməkdə”[35, s.249].
Simiz −
kök, yağlı . Əbu Həyyan lüğətində “səmüz” formasında
kök(adam), “səmridi”
yağlandı, piyləndi sözləri əks olunmuşdur. [8, s.35]. Uyğun olaraq “Qıpçaq türkcəsi sözlüyü”ndə də
semiz, semüz , semirmek, semrimek variantlarına rast gəlinir[21,s.231]. Mahmud Kaşğarinin lüğətində “sə-
miz”/”səmüz”
kök , “səmri”/”səmriş”
kökəlmək , “səmrit”
kökəltmək [26, s.448] formaları qeyd olun-
muşdur. “Güncel Türkçe sözlük”ündə həm
semiz , həm də
semirmek sözləri verilmişdir[51]. Bu da
onu göstərir ki, Azərbaycan dilində arxaikləşsə də, Türkiyə türkcəsində qalmaqdadır.
A) “Qutadqu-bilig” abidəsinin dilində: “Yolın kısmasa kuş meñin edlemez, semiz bolsa ıt
tok avın avlamaz”[48, s.331].
B) Qazi Bürhanəddinin dilində: “Belünlə tən nizarü canum səmridi nola, Çünki hilal qaşuna
qurbana saxlaram”[22,s.524].
C) Seyfi Sərayinin “Gülüstan” tərcüməsinin dilində feil kimi: “Daġı bolmış semirip teni aḳ
yüzi ḳızıl bolup”[13, s.70]. “Bir arıḳ ῾āḳil ādemi ayttı bir semiz eblehe kilip ḳarşı”[13, s.9].
Ç) Mustafa Zəririn “Yusif və Züleyxa” əsərinin dilində: “Gördü yedi səmüz öküz bir yəna,
Yedi arıq dəxi, nə ayıdəm sana”[46,s.61].
D)
“Şühədanamə”nin dilində: “Bir simiz quzi ki, ani çox sevər idi, götürdi”[10a].
E) “Şeyx Səfi təzkirəsi”nin dilində: “Bu xəyalda ikən dəniz bir mövc urub, bir simiz balığ qı-
rağa atdı”[35, s.142].