Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə129/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   125   126   127   128   129   130   131   132   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

Yarlığamaq −
bağışlamaq.
“Tarama sözlüğü”ndə 
yarlıgamak−affetmek, mağfiret etmek, suç 
bağışlamak 
[43, VI cild, s.4352], Əbu Həyyan lüğətində 
yarlıqadı-əfv və mərhəmət etdi
[8, s.54] 
şəklində əks olunmuşdur. Mustafa Öner bu sözün inkişaf sxemini belə vermişdir: “Bizce burada 
anılan hər iki türev (yarlıg, yarlıka-) de yarı “yardım” adından gelişmiştir”[50]. “Türk Söylence 
Sözlüğü: Türk Mitolojisi Ansiklopedik Sözlük”də 
yar/zar
kökünün mənası 
buyruk veren, yasa ya-
pan
şəklində göstərilir və əlavə olaraq 
yargıla(hükmetmek)
və 
yarlıga(affetmek)
sözlərinin eyni 
kökdən yarandığı bildirilir[20, s.333]. Həsən Zərinəzadə isə “yar” kökünü “yazmaq” feili ilə əlaqə-
ləndirir. Ancaq Galib Günerin “yargılamak” feili ilə bağlı tədqiqatçıların fikirlərinə əsaslanaraq yaz-
dığı izahat daha məntiqə uyğundur: “....yar- “ikiye ayırmak, ayırmak” yani “hüküm vermek, emret-
mek, buyurmak” fiilinden yar-ıl- “hüküm verilmek” ve buradan yar- (ı)l-ıg “verilen hüküm, buy-
ruk” türediğini belirtir”[14, s.1556]. “Yarğılamaq” feilinə gəldikdə isə Mahmud Kaşğarinin lüğətin-
də “yarlığ” sözünün verilmiş (
fəqir, yoxsul, zavallı)
mənalara əsaslanaraq deyə bilərik ki, “yarlığa-
maq” da 
yazığı gəlmək, bağışlamaq, əfv etmək
kimi söz kökünə uyğun şəkildə inkişaf etmişdir.“Qu-
tadqu-bilig” abidəsinin dilində: “Ayâ meñü muñsuz idim sen uluğ, sen ök yarlıkağıl bu muñluğ ku-
luğ”[48, s.336].
Qul Əlinin “Qisseyi-Yusif” dastanının dilində:“Zalimlərə satılmışdır bənim tiflüm, Fəzlin bir-
lə yarlıqağıl kərəm imdi”[24,s.54].
“Əsrarnamə”nin dilində: “Ya Musa, Həqqə peyğam apar,Yarlığarmı, məni ol Pərvərdiga-
r?”[32, s.178].
Seyfi Sərayinin “Gülüstan” tərcüməsinin dilində: “Ἁfv itip yazuḳlarını yarlıġa”[13, s.177].


GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
140 
Mustafa Zəririn “Yusif və Züleyxa” əsərinin dilində: “Yazanı, oxuyanı, dinliyəni Rəhmətinlə 
yarlığağıl, ya qəni!”[46, s.121]. 
Xətainin dilində: “Ey könül, tə’rif eylə, ğazilərdən al dua, Şah edir ki, yarlığaram qulu qul 
duasinə”[41, s.180]. 
“Şühədanamə”nin dilində: “Tanrı səni yarlığamasun”[336a]. 
“Şeyx Səfi təzkirəsi”nin dilində:“Yarlığar Tanrı suçin hər kim kəlamin anladı”[35, s.396].
Yuxarıda qeyd olunan leksik vahidlərin sayını xeyli artırmaq mümkündür. Təkcə həmin ədəbi 
nümunələrə aid yazılmış elmi tədqiqatlara nəzər yetirməklə də ortaq arxaik leksikanın nə qədər çox-
luq təşkil etdiyini görmək olur.Məlumdur ki, istər “Kitabi-Dədə Qorqud”, “Qutadqu-bilig”, “Oğuz-
namə” kimi yazılı abidələrin, istərsə də İmadəddin Nəsimi, Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, 
Məhəmməd Füzuli kimi sənətkarların əsərlərinin dili üzərində ayrıca qələmə alınmış leksikoloji 
araşdırmalar kifayət qədərdir. Ancaq bütövlükdə bunları bir araya gətirən tədqiqat işinə rast gəlin-
mir. Bu işin görülməsi konkret bir dövrün dil faktını ortaya çıxartmaqla yanaşı, dilin tarixi inkişaf 
istiqamətinin ümumi mənzərəsini verir.
 

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin