GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
144
işləri 1968-ci ilə kimi davam etmişdir. Müvəqqəti fasilədən sonra 1971-1974-cü
illərdə abidənin
tam öyrənilməsi məqsədi ilə tədqiqatlar davam etdirilmişdir. Xınıslıda 1958-ci ildən 1974-cü ilə ki-
mi aparılan uzun müddətli qazıntılar nəticəsində antk və ilk orta əsrlərə aid 200-dən çox qəbir üzə
çıxarılaraq öyrənilmişdir. Xınıslı yaşayış yerində aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur
ki, erkən tunc dövründə Xınıslıda yaşayış yeri mövcud olmuş, lakin, e.ə. IV əsrə qədər burada həyat
davam etməmişdir. E.ə IV əsrdə yenidən bərpa olunan yaşayış məskəni b.e. III əsrində genişlənərək
şəhər əlaməti əldə etmişdir (8, s.113-117).
Qədim Xınıslı yaşayış yerində aparılmış arxeoloji qazıntıların gedişatı və tədqiqatların nəticə-
ləri barədə arxeoloq C.Xəlilov elmi əsərlərində və məqalələrində geniş məlumat vermişdir.
İsmayıllı və Ağsu rayon ərazisindəki arxeoloji abidələr isə 60-cı
illərə kimi demək olar ki,
əsaslı şəkildə öyrənilməmiş, yalnız F.Osmanovun rəhbərliyi altında 1963-ci ildən başlayaraq 30 il
ərzində aparılmış olan geniş miqyaslı arxeoloji tədqiqatlar Qafqaz Albaniyasının antik dövr tarixi-
nin bir sıra mühüm məsələlərinin öyrənilməsinə şərait yarartmışdır (1, s.26). 1963-cü ildə İsmayıllı
rayonununda yerləşən Qalagah, Mollaisaqlı, Hacıhətəmli kəndlərində bir daha yoxlanış işləri aparıl-
mış, zəngin arxeoloji materiallar aşkar edilmişdir. F.Osmanov bu materialları “yaloylutəpə” və “küp
qəbirlər” mədəniyyətinə aid edir (9, s.15). Tədqiqatçı 1965-ci ildə “İsmayıllı rayonunun arxeoloji
abidələri haqqında” adlı məqaləsində İsmayıllı rayonu və ətraf ərazilərin arxeoloji abidələrinin təd-
qiqi barədə geniş məlumat vermişdir (6).
Qalagah abidəsi İsmayıllı rayonunun 28 km cənub-qərbində, Qalagah kəndi ərazisində yerlə-
şir. Abidədə 1963-cü ildən aparılan tədqiqatlar nəticəsində onun şəhər tipli yaşayış yeri olduğu mə-
lum olmuşdur. Burada dirək yerləri, ocaq izləri, çay daşından hörülən divar qalıqları aşkar edilmiş-
dir. Tapıntılardan aydın olur ki, daş və ağacdan inşa edilən evlərin ortasında bir cərgə ilə dirəklər
basdırılmışdır. Qalagah yaşayış yerində mədəni təbəqənin qalınlığı 1,5-1,7 metrdir (1, s.34-36).
Hacıhətəmli (Hacatamlı) yaşayış yeri eyni adlı kəndin cənubunda yüksək təpə üzərində təxmi-
nən 1 km-lik məsafədə yerləşir. Ərazidə qazıntı işlərinin aparılması mümkün olmadığından abidə
yerüstü materiallar əsasında qismən öyrənilmişdir. F.Osmanov abidənin İsmayıllı rayonunun digər
antik və ilk orta əsr abidələri ilə eyni xarakterik xüsusiyyətlərə malik olması qənaətinə gəlmişdir.
Kəndin içərisində kürə yerini xatırladan 3-4 metr diametrə sahib sahədə kül, yanıq izləri, gil qab qı-
rıqlarına rastlanır. Yerli əhali həmin sahənin qədim dulus kürəxanası olduğunu bildirir (1, s.39-40;
9, s.17-18).
İsmayıllı rayonunun 25 kilometrliyində Göyçay çayının
sol sahilində yerləşən, təxminən 30
hektar ərazini əhatə edən Mollaisaqlı abidəsi əkin sahəsinə çevrildiyindən və uzun illər şumlandı-
ğından üst qatıın maddi mədəniyyət qalıqları üzə çıxmışdır (3, s.53; 10, s.82). 1963-1964-cü illərdə
aparılan qazıntılar zamanı antik dövrə aid zəngin mədəni irsin qalıqları aşkar edilmişdir. 1969-cu il-
də Mollaisaqlıda təsərrüfat işləri görülərkən 3 ədəd gil antropomorf fiqur, yəhərli at və digər heyvan
fiqurları, gil zənbil və saxsı cam əldə edilmişdir (10, s.82). 1970-1971-ci illərdə abidədə qazıntı işlə-
ri davam etdirilmişdir. Burada yer səthindən 50-60 sm dərinlikdəki
qatda
gil qab fraqmentlərinə,
heyvan sümüklərinə və yanıq izlərinə təsadüf edilir. Həmin torpaq qatı da şumlandığından qarışdı-
rılmışdır
(3, s 53). 2002-ci ildə Mollaisaqlı kəndində təsərrüfat işləri aparılarkən e.ə. I minilliyə aid
içərisində metal bəzəklərin də olduğu gil qablar aşkar olunmuşdur. Müxtəlif tunc əşyalarından (as-
ma bəzəklər, qadın saç bəzəkləri, boyunbaqlar, bilərziklər və.s) ibarət həmin tapıntılar Milli Azər-
baycan Tarixi Muzeyinin Arxeologiya fonduna təhvil verilmişdir (11, s.8).
1959-cu ildə Ağsu rayon mərkəzindən 27 km şimalda yerləşən
Nüydi kəndində, “Nüydi düzü”
adlı yerdə təsərrüfat işləri görülərkən maddi mədəniyyət nümunələrinin aşkar edilməsi nəticəsində
yerüstü axtarış işləri aparılmışdır. Yaşayış yerinin sahəsi üzüm bağına
çevrildiyindən üst təbəqəsi
qarışmış və nəticədə sahənin üzərindən bir sıra arxeoloji materiallar o cümlədən, qayıqvarı dən daş-
ları,
daş qablar, küp qırıqlar aşkar edilmişdir (1, s.40). F.Osmanov 1962-ci ildə nəşr etdiyi “Ağsu ra-
yonunda təsadüfi arxeoloji tapıntılar” adlı məqaləsində həmin təsadüfi tapıntılarından olan gil qab-
ların təsnifatını vermişdir (12).