QLOBALLAŞMA ŞƏRAİTİNDƏ HƏRBİ MÜNAQİŞƏLƏR
Son onilliklərə hərbi hərəkətlərsiz müharibələrin konsepsiyalarının hazırlanması “mülki mü-
haribələr” - hərbi-siyasi tədqiqatların aktual istiqaməti olmuşdur. Mülki şəxs vasitələrinin üstünlük-
ləri odur ki, onların tətbiqi insanların qətlini güman etmir və daha az xərc tələb edir. Nümunə kimi
SSRİ-in dağılmasını qeyd etmək olar. Sovet İttifaqı hərbi müdaxilə tətbiq olunman, daxildən dağı-
dılmışdı. İnterrnetin yaradılması və başqa kommunikasiya vasitələri istənilən maneələrin öhdəsin-
dən gələrək, KİV-ə kütlələrlə manipulyasiya edərək hər gün, hər saat ağıllara təsir etmək imkanları-
nı verir. [12,s.11]
İctimai irəliləmənin nailiyyətlərinə baxmayaraq, müharibələrin dayandırılması imkanı əvvəl-
ki kimi qeyri-real görünür. Məşhur sosioloq P. Sorokin hesab edirdi ki, müharibənin gedişatında ilk
növbədə ən sağlam, fəal, istedadlı insanlar məhv olurlar, mənəvi və bioloji cəhətdən qüsurlu şəxslər
arxa cəbhədə daha çox sağ qalmaq şanslarına malikdirlər. İlk dəfə “mənfi seleksiya” terminini tət-
biq edərək, Sorokin kəskin sosial kataklizmlər dövrlərində cəmiyyətin ən yaxşıları deyil, məhz orta
nümayəndələrinin adaptiv imkanlarının xüsusi qeyd edirdi. Biologiyada istifadə olunan “təbii se-
çim” nəzəriyyəsi cəmiyyətin sosial sisteminin modelini müvəffəqiyyətlə xarakterizə edir. Sərt rəqa-
GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
154
bət şəraitində başlıca vəzifə nəyin bahasına olursa-olsun sağ qalmaq olur və yeni şəraitə fərdin uy-
ğunlaşma qabiliyyətinə mane olan mənəvi aspektlər bu halda ikinci plana keçir. Sorokin belə qə-
naətə qəlib ki, müharibə nəticəsində bir növ “mənfi seleksiya” baş verir, yəni cəmiyyətin inkişafını
aşağı intellektli və şübhəli əxlaqı keyfiyyətli insanlar müəyyən etməyə başlayırlar. Mənfi seleksiya -
millətin gen fonduna əhəmiyyətli dərəcədə təsir edir [11,s. 250-251].
Müharibə - çoxölçülü hadisə olduğuna görə, burada cəmiyyətin bütün tərəfləri öz əksini tapır.
Cəmiyyət bütün resurs potensialını - iqtisadi, sosial, müdafiə və əlbəttə, öz əsas, insan potensialını
səfərbər etməyə məcburdur: bu əhalinin demoqrafik xarakteristikaları, onun mədəni, təhsil səviy-
yəsidir və s. Onların arasında əhalinin müharibəyə münasibətini (aqressiya və ya sülhpərvərlik), öz
ölkəsinə münasibət (vətənpərvərlik və ya kosmopolitizm) və bu mədəniyyət nümayəndələrinin bir
çox cəhətdən etno-mədəni ənənələri, dini baxışlardan asılı olan ölüm qarşısında dayanıqlılığı və s.
Müharibənin bir sıra təsnifatı mövcuddur. Məsələn, müharibə aparılması xarakterindən asılı
olaraq amerikalı sosioloq K.Rayt onların aşağıdakı tiplərini ayırmışdır: primitiv, sivil, müasir və ye-
ni. Bu qarışıq təsnifat özünə məzmunlu elementləri - müharibənin məqsədlərini, əsaslarını, həm də
müharibənin taktikasını və strategiyasını dəyişən texnoloji elementləri daxil edir. Əslində bir çox
xalqlar daha çox kütləvi və XX əsrin fenomeni olan “hərbiləşdirilmiş şüurun” formalaşmasına məhz
dünya müharibələrinə borcludur. Dünya müharibələri öz orbitinə bir çox dövlətlər və xalqları, onla-
rın ordusunu cəlb edərək, tarixdə indiyədək görünməmiş hadisəyə çevrilmişdir. Belə ki, müharibəyə
başlamış olkə, ictimai həyatın bütün tərəflərinin, potensialı və resurslarının da ona total şəkildə da-
xil edilməsinə məruz qalır. Söhbət düşmənə qismən güzəştlər haqqında deyil, bir dövlətin və hətta
bəzən xalqın mövcudluğundan gedir. Məhz dünya müharibələrində ən yüksək dərəcə ordunun və
vətəndaş cəmiyyəti arasında prinsipial hədlərin dağıdılmasının neqativ tərəfi görünmüşdü, bu da,
ümumi hərbi mükəlləfiyyətə keçidin nəticəsi oldu [13,s. 14-16].
XX əsrin müharibələrin daha bir xüsusiyyəti sürətli texniki tərəqqi oldu, nəticədə texniki üs-
tünlük silahlı qarşıdurmada həlledici rol oynayırdı. Texnikanın (silah, rabitə vasitələri, nəqliyyat və
s. p) inkişafı XX əsrdə onun psixologiyası, həm də döyüşün xarici formalarında radikal dəyişikliyə
səbəb oldu. Əgər əvvəl gələcək müharibəni qabaqcadan Napoleon sayağı “dağıdıcı” və sürətli proq-
nozlaşdırırdılarsa, rus generalı və hərbi tarixçi N. Qolovinin sözlərinə görə, “ötən Avropa mühari-
bəsi ümumi gözləntiləri aldatdı” [10,s.14].
Müharibə obrazı heç vaxt statik olmur. Bundan əlavə, onu üç növə bölmək olar: 1) proqnos-
tik; 2) sinxron; 3) retrospektiv. Proqnostik obraz, intellektual, yaxud kütləvi şüura xas olan emosio-
nal komponent üstünlük təşkil etməsindən asılı olmayaraq, bir qayda olaraq, adekvat olmur. Adətən
nikbin tonlarla dəstəklənir və buna görə də saxta obrazdır, müharibəni prinsipcə mümkün edir.
Proqnozun qeyri-adekvatlığı ilk növbədə rəqibin düzgün qiymətləndirilməməsində özünü göstərir.
Müharibənin sinxron obrazı real təcrübə əldə edilərkən, hadisələr zamanı birbaşa formalaşır. Bu o
demək deyil ki, intellektual və emosional komponentlərin nisbəti rasional yanaşmanın xeyrinə kö-
kündən dəyişir. Lakin adekvatlığın dərəcəsi, bir qayda olaraq, məhz əldə edilmiş yeni biliklər sayə-
sində artır. Emosional komponent də o mənada daha adekvat, “optimal” olur ki, müharibənin baş-
lanmasının eyforiyası yox olur, təbliğat stereotipləri pozulur. Müharibə haqqında təsəvvürlər bilava-
sitə yaşanmış və müşahidə edilmiş şəkildə konkretləşdirilir, onların əsası isə müharibə, cəbhə məi-
şəti, yaralılar, düşmənlə döyüşlərdə iştirak etmək kimi gündəlik çətinliklər olur. Abstrakt vətənpər-
vərlik fikirləri daha çox arxa plana keçir, xüsusilə müharibənin mənası tam aydın deyilsə. Mühari-
bənin sinxron obrazı da müxtəlif subyektlər tərəfindən formalaşdırılır və müvafiq olaraq, həm kütlə-
vi şüur, həm də siyasətçilər və hərbi mütəxəssislər tərəfindən peşəkar dərketmə faktına çevrilir. Bi-
rinci halda cəmiyyətin və ordunun mənəvi-psixoloji vəziyyətinə, ikinci halda isə cari müharibədə
taktikanın inkişafı ilə bağlı konkret siyasi və strateji qərarlar qəbul edilməsinə əhəmiyyətli təsir gös-
tərilir. Nəhayət, müharibənin retrospektiv obrazı bir tərəfdən xalqın tarixi yaddaşı faktına, digər tə-
rəfdən isə müxtəlif mütəxəssislər (tarixçilər, hərbçilər, ideoloqlar və siyasətçilər) tərəfindən peşəkar
təhlil predmetinə çevrilir. Müharibəni bütövlükdə xalqın tarixi yaddaşının elementi kimi nəzərdən
keçirsək, onun hadisəli dolğunluğu, emosional tərkib hissəsi və ictimai əhəmiyyəti tədricən azalır.
|