Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə140/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   136   137   138   139   140   141   142   143   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
152 
lə, sosial münaqişələr müxtəlif sosial subyektlərinin dəyərlər ziddiyyəti baxışlarından, əqidə və ya 
səbəbindən baş verir. Bu cür münaqişələri dövlətdaxili və dövlətlərarasına bölmək olar. İstənilən 
münaqişə açıq qarşıdurma fazası qarşısında yetişmə və ya yaxınlaşma mərhələsini keçir, yəni müna-
qişəli hadisə qarşı duran qruplaşmaların səbirini tükəndirən “son damla” olur. Müharibə əslində so-
sial münaqişənin ifrat forması olmaqla, eyni zamanda, qarşı duran tərəflərin hər biri üçün istəyinə 
çatmağın ən sadə üsuludur. Hər bir münaqişə özünəməxsus və təkrarolunmaz olduğuna görə, bütün 
münaqişələrin nizamlanması üzrə yeganə resept mövcud deyil. Nəzəri biliklər konkret münaqişə və-
ziyyətinə daha yaxşı bələd olmaq, dəqiq diaqnoz qoymağa, dərindən təhlil etməyə, yaxud bu və ya 
digər yanaşma üsulunun tətbiqinin mümkün müsbət və mənfi nəticələrinin təsirini əvvəlcədən he-
sablamaqa imkan verir. Lakin təcrübədə münaqişələrin həlli, hər bir praktiki fəaliyyət kimi, bilik-
dən başqa, təcrübə ilə gələn vərdiş və bacarıqları tələb edir [14,s. 63]. 
Hər münaqişə müharibəyə gətirib çıxarmır, amma hər bir müharibə-münaqişədir. Müharibə 
sürətli inkişaf dövrü olan tarixi hadisələrə aid edilir və mahiyyət etibarilə kütləvi dövlət terrorudur. 
O, sülh münasibətlərə nisbətən daha çox inkişaf etmiş formalarına çatıb. Müharibə indiyədək nəzə-
rəçarpacaq dərəcədə ictimai-siyasi məzmunu, hərbi-texniki simasına, cəmiyyətin həyatına təsiri mi-
qyasına görə dərin dəyişikliklərə məruz qalıb. Bir siyasi subyekt gücü ilə başqasının davranışını 
dəyişməyə çalışır, öz ideologiyası, azadlığınından çəkindirməyə, resurslarından, mülkiyyət hüquqla-
rından imtina etməyə məcbur etməyə çalışır. Müharibə yalnız iki yolla qurtara bilər: ya onun dayan-
dırılması barədə qərar ilə, ya düşmən tərəflərin tam taqətdən düşməsi ilə. XX əsr tarixdə iki dünya 
müharibəsi və soyuq müharibə əsri kimi qaldı və hər sonrakı müharibə ötənlərdən daha da kəskin 
olur [16, s.32]. Hərbi qələbələr anlayışı da dəyişib: əvvəllər bunun üçün düşmən ərazisini işğal et-
mək və ya onun ordusunu darmadağın etmək lazım idi, indi belə uğurlar qələbəyə təminat vermir. 
Hərbi münaqişələr heç bir perspektivi olmadan on illərlə davam etməkdədir. Britaniyalı tarixçi E. 
Xossbaumun fikrincə, bu vəziyyədə dövlətlərdə daxili sabitliyi və hərbi münaqişələrin qarşısının 
alınmasında maraq həlledici əhəmiyyət kəsb edir. İnsanlar dəyişməyənədək - dünya dəyişmir, xü-
susilə hakimiyyəti idarə edənlərin məsuliyyəti böyükdür [6, s.21]. 
Sosioloji, demoqrafik, iqtisadi nəzəriyyələr müharibənin yaranma səbəblərini açaraq, insanla-
rın niyə bir-birini məhv etməsi sualına cavab tapa bilmirlər. Müharibədə heç də həmişə düzgün 
mövqedə olmayan ən güclü qalib gəlir. Qətiyyən tanış olmayan, bir-birinə qarşı heç bir düşmənçili-
yi olmayan insanlar belə şəraitə qoyulur ki, biri digərini öldürmək məcburiyyətində qalır. Mühari-
bə tarixi aspektdə birmənalı şəkildə qiymətləndirilmir. Tarixçilər müharibələrin müsbət nəticələrini
ayırır: cəmiyyətdə informasiya mübadiləsinin gücləndirilməsi, texniki tərəqqi, psixoloji gərginliyin 
aradan qaldırılması, beynəlxalq münasibətlərin yeni mərhələyə çıxması. Müharibənin yaranmasın-
da səbəblər müxtəlif ola bilər. Onlardan əsası- həm daxili siyasi, həm də xarici siyasi məqsədlərə 
çatmaqdır. Bəşər tarixində çox saylı hərbi əməliyyatlar olub - kampaniya, hücum, döyüş, əməliy-
yat. Bu vuruşan ölkənin əhalisi üçün əzab, aclıq, yaxınlarının ölümü və əmlakin itkisidir. Müharibə-
nin yaratdığı son dərəcə əlverişsiz şərait xalqın həyat və sağlamlığında əks olunur, mənəvi inkişa-
fına təsir göstərir [7, s. 14].
Faktiki olaraq, insan heyvan aləminin müharibə aparan yeganə nümayəndəsidir. Müharibə bir 
fizioloji tələbatı ödəmir. Hegelin fikrincə, heyvanlar həyati tələbat - yemək, ov və s. üçün ərazi üs-
tündə təbii mübarizə aparırlar. Öz tələbatını ödəməklə bərabər, o qazandığı ilə kifayətlənir və təbiə-
tin qaydalarını dəyişmir. İnsan isə özünü başqa tərəfdən tanınmasını və tabeçiliyi arzulayır. Beləlik-
lə, müharibənin məqsədi tək fiziki yaşam deyil, həm də öz dəyərlərini digərlərinə zorla qəbul etdirr-
məsidir [1, s. 145-147]. Həmçinin insana müharibəni tərənnüm etmək, ideallaşdırmaq meyli xasdır, 
məhz bununla müharibə öncəsi insanların müharibənin dəstəklənməsini, geniş kütlə fenomenini və 
ruh yüksəkliyini izah etmək olar. Belə vəziyyət, məsələn, Birinci Dünya Müharibəsinin başlanması 
ərəfəsində, demək olar ki, bütün aparıcı Avropa ölkələrində yaranmışdı. Həmçinin, Avropa ölkələri-
nin ictimai dairələri, müharibəyə hazırlıqa çox böyük xərclər çəkildiyini görürdülər, onun reallıqını 
və yaxınlığını hiss etmişdilər, amma heç kim bu bəşəri bəlanın qarşısını almaq üçün heç nə edə bil-
mədi.


İCTİMAİ ELMLƏR
 
153 
Alman filosofu İ. Kant öz “Əbədi dünyaya” traktatında siyasətin “qadağanedici qanunlar” ını 
tətbiq etmişdir ki, siyasətçilər sülhü qoruyub saxlamaq üçün onlara riayət etməlidirlər. Traktat Kant 
tərəfindən beynəlxalq müqavilənin layihəsi şəklində yazılmışdır. Onun birinci bölməsi bu gün üçün 
aktual tövsiyələri özündə cəmləşdirən “Dövlətlər arasında əbədi sülh Sazişinin” ilkin maddələrindən 
ibarətdir, məsələn: “Heç bir müstəqil dövlət nə mübadilə, bağışlama və vərəsəlik nəticəsində, digər 
dövlət tərəfindən alına bilməz”, "Heç bir dövlət başqa dövlətin idarəsi və siyasi quruluşuna zorla 
müdaxilə etməməlidir” [9, s.1-3 ]. Kant xüsusi diqqəti düşmən hərəkətlərindən çəkinməyə ayırıb, 
onların təsnifatını vermişdir. Bu səbəbdən o, dövlətlər arasında cəzalandırıcı müharibələri ağlasığ-
maz hesab edirdi. Amma aktuallığınıa baxmayaraq, bu tövsiyyələr bu gün sülh və müharibənin ta-
leyi asılı olduğu şəxslər tərəfindən istifadə olunmadan qalıb [17,s. 129-132].
Son illərin çoxsaylı lokal müharibələrin gedişatı göstərir ki, yaxın gələcəkdə onların bitmək 
ehtimalı çox aşağıdır. XX əsrdə müharibənin bir sıra fərqləndirici əlamətləri var idi:
1. döyüş əməliyyatlarında iştirak edən qarşı duran tərəflər;
2. əleyhdarlar arasında aydın mübahisə predmeti;
3. silahlı mübarizənin dəqiq məkan parametrləri, yəni lokallaşdırılmış döyüş meydanının 
mövcudluğu və rəqiblərin ərazisinin arxaya və cəbhəyə bölünməsi.
Bu gün müharibənin bu əlamətləri itib. XX əsrin əvvəllərində baş verən müharibələrin məlu-
matlarını ümumiləşdirərək bir sıra istiqamətləri müəyyən etmək olar:
1. müharibələrin tezləşməsi - XX əsrdə müharibələrin sayı ümumilikdə bəşəriyyətin tarixi ər-
zində məlum müharibələrin orta tezliyini təxminən 1,5 dəfədə ötüb keçib.
2. müharibələrin miqyasının dəyişməsi - əvvəl müharibə daha böyük miqyaslı olurdu, amma 
XX əsrin ikinci yarısından əks vəziyyət – böyüklərin sayında azalma var və kiçik və orta müharibə-
lərin sayının artırılması müşahidə olunur [4,s.5-6]. Eyni zamanda da müharibələrin dağıdıcı qüvvə-
sinin artması tendensiyası əvvəlki kimi dəyişməz qalıb.
3. müharibənin aparılması metodlarının dəyişikliyi. Kütləvi məhv etmə silahından istifadəsi 
ilə tammiqyaslı müharibənin qəbuledilməzliyinə görə, müasir müharibələrdə silahlı mübarizə infor-
masiya-psixoloji, kəşfiyyat-diversiya mübarizəsiylə tamamlanır.
4. hərbi itkilərin strukturunun dəyişikliyi. Vuruşan tərəflərin əhalisi onsuz da sülh əhalisinin 
arasında qurbanların miqdarını artıraraq böyük ölçüdə silahlı təsir obyektinə çevrilir. Əgər Birinci 
Dünya Müharibəsi zamanı sülh əhalisinin itkiləri insan itkilərinin ümumi miqdarından 5% təşkil 
edirdirsə, İkinci Dünya Müharibəsində bu 48% təşkil edib. Son illərin hərbi münaqişələri göstərir 
ki, sakinlər qurbanların 80-90% ümumi miqdarını təşkil edirlər.
5. müharibə və sülh arasında həddin silinməsi. Müharibə gündəlik həyata daxil olur, münaqişə 
bəhanəsi ilə hərbi hərəkətlər maskalanır, sülh şüarları altında qədim dövlətlər məhv edilir [5, s.1-2]. 

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin