Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə138/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   134   135   136   137   138   139   140   141   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

G.İ. İsmayılova 
AMEA Fəlsəfə İnstitutu 
gulya.alibekova@rambler.ru 
Müharibə psixologiyası geniş mənada hərbi psixologiyanın aktual araşdırılan predmeti ola-
raq hərbi elmin tətbiqi məsələlərini həll etmək məqsədi daşıyır və psixoloji, sosioloji və hərbi elmlə-
rin qovşağında yerləşir. Müharibənin tarixi və psixoloji tədqiqatları çoxşaxəlidir, lakin, onlar tarixi 
elm sahələrinə aiddir və elmi-humanitar məqsədləri daşıyır. Buna görə də onlar ilk növbədə konk-
ret elmi-tarixi metodologiya və tədqiqat metodikasından, tarixi mənbələrdən istifadə edirlər. Bu, di-
gər elmi fənlər metodlarının tətbiqini, eləcə də onların faktiki informasiya bazasından istifadəsini 
istisna etmir. Araşdırılan problemin tədqiqat metodologiyasını müəyyən edərkən bir neçə məqam 
nəzərə alınmışdır. İlk növbədə, araşdırmanın ümumi, yəni konkret-tarixi xarakteri və problemin fən-
lərarası xüsusiyyəti, müvafiq elmi fənlərin (psixologiyanın, sosiologiyanın və s.) metodlarından is-
tifadə edilməsindən əlavə tarixi metodlarının sintez edilməsini tələb edir. Tədqiqatın əsasını müha-
ribə zamanı insanın psixologiyasını daha səmərəli öyrənməyə, kütləvi psixoloji hadisələrin təzahü-
ründə ümumi və xüsusi məlumatları üzə çıxarmağa, onların tarixi təkamülünü izləməyə və vahid 
qarşılıqlı əlaqədə araşdırmağa imkan verən tarixi müqayisəli metod təşkil edir. Bununla yanaşı, ta-
rixi-tipoloji, tarixi-sistemli ümumtarixi metodlardan da istifadə olunmuşdur. 
 Mövzusunun yeniliyi və aktuallığı silahlı münaqişələrin psixoloji səbəblərinin hərtərəfli və 
müqayisəli tarixi təhlilini aparmaq, eyni zamanda onların həlli mexanizmini müəyyənləşdirmək cəh-
di ilə müəyyən edilir. Müasir müharibənin spesifikliyi və xüsusiyyəti ondan ibarətdir ki, silahlı mü-
naqişələri başlayan ölkələr tərəfindən hüquqlardan sui-istifadə hallarının durmadan artması müşa-
hidə olunur, təcavüzkar məqsədlər silah, hərbi və xüsusi texnika istifadə edilmədən əldə edilə bilər; 
yad ərazilərin işğalı qeyri-hərbi qarşıdurmanın köməyi ilə, xüsusilə də maliyyə-iqtisadi, informasi-
ya və digər yeni metodlardan istifadə etməklə mümkündür. 

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin