Gənc təDQİqatçI, 2020, VI cild, №1


Açar sözlər : müharibə, müharibənin psixoloji obrazı, münaqişə, mənfi seleksiya



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə139/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   135   136   137   138   139   140   141   142   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

Açar sözlər
: müharibə, müharibənin psixoloji obrazı, münaqişə, mənfi seleksiya 
 
Giriş 
Müharibə - sosial münaqişə forması kimi dünya birliyinin inkişafı tarixini müşayiət edir. An-
tik dövrdən və orta əsrlərdə yayılan məlumata görə ibtidai dövrlər tarixin yeganə sülh dövrü, ibtidai 
insan isə - hər hansı bir davakarlığı və təcavüzkarlığı olmayan varlıq sayılır. Lakin Avropada, Şima-
li Amerikada və Şimali Afrikada tarixdən əvvəlki dayanacaqların ən yeni arxeoloji tədqiqatları gös-
tərir ki, silahlı toqquşmalar hətta neandertal dövründə də olmuşdur. Yer üzündə 15 mindən çox mü-
haribə olub və yalnız 300 il dünyada insanlar sülh şəraitində yaşamışlar. Bir çox ölkələr hərbi mü-
naqişədə iştirak edir, bununla müharibənin dünya müharibəsinə çevrilməsi ehtimalı arta bilər. 
[3,s.4]
 
HƏRBİ MÜNAQİŞƏLƏR PROBLEMİNİN TƏDQİQİ 
Qədim romalıların “Sülh istəyirsənsə, müharibəyə hazır ol” deyimi var idi. Bu ifadəni bu gün 
bir çoxları hərfi mənada qavrayıb, yanlış bir məna verir. Müharibə münaqişələrin həlli üsulu kimi 
daha tez yaranıb, bəşəriyyət genişmiqyaslı hərbi əməliyyatları yalnız XIX əsrin ikinci yarısında 
aparmağa başlayıb. Bu gün dünyada ən birinci müharibənin başlanmaı və bitməsini təyin etmək 
mümkün deyil, lakin tarixçilərin və arxeoloqların məlumatlarına görə ilk rəsmi şəkildə müharibəyə 
Misir və Fələstin tayfaları araında olub. Cəmiyyətlərin 95%-ə qədər xarici və ya daxili münaqişələ-
rin həlli üçün müharibəyə əl atırdılar. Müharibə və sülh problemi mütəfəkkirlərin əsərlərində müx-


İCTİMAİ ELMLƏR
 
151 
təlif dövrlərdə xüsusi diqqət yetirilmişdir. Bu problemin ilk tədqiqatlar VII-VI əsrlərə aid edilir. 
Müharibə haqda filosofların fikirləri fərqlənir. Belə ki, filosof-materialist Epikur əmin idi ki, toq-
quşmanın mənfi nəticələri insanları sülh vəziyyətində yaşamağa məcbur edəcək. Qədim yunan filo-
sofu Heraklit müharibəni hər bir şeyin atası və çarı hesab edirdi, Platon isə müharibəni ən böyük 
şər adlandırırdı. Herodot belə bir təsiredici fikir bildirmişdir: “Heç kim o dərəcədə ağılsız deyil ki, 
müharibəni arzulasın, çünki müharibə zamanı atalar uşaqlarını dəfn edir, sülh vaxtı isə uşaqlar ata-
larını” [8, s.57-59]. 
İctimai həyatda konfrontasiya labüdlüyünü dərk edərək, mütəfəkkirlər “ədalətli” və “ədalət-
siz” zorakılığının meyarlarını müəyyənləşdirməyə çalışırdılar. Xüsusilə, Siseron haqsızlığa görə qi-
sas üçün aparılan, düşməni ölkədən qovulması üçün “ədalətli müharibə” ilə bağlı tezis irəli sürmüş-
dü. Tarixdə müharibənin aşağıdakı formaları olub: müxtəlif qəbilələr, xalqlar, ölkələr, dövlətlər, 
imperiya arasında; lokal, regional, dünya; məhdud və ümumi və s. Amma ümumilikdə, bir neçə və 
ya çoxlu dövlətlərin bir-biri ilə apardıqları müharibə, eləcə də eyni dövlətin vətəndaşlarının müxtə-
lif qrupları arasında yaranan müharibələri ayırırlar. Birinci halda bu klassik dövlətlərarası (xarici) 
müharibə, ikinci halda isə vətəndaş (və ya daxili) müharibədir. Artıq qədim yunanlar “polemos”, 
yəni xarici düşmənlə müharibə arasında və “stasis” - vətəndaş müharibəsi arasında fərq qoyurdular. 
Əgər birincisi qanuni kimi qəbul olunub, dəstəklənirdirsə, ikinci hər zaman mənfi qiymətləndirilib. 
Vətəndaş müharibəsi bəşər tarixinin bütün dövrləri üçün səciyyəvi atributlarından biridir. Əgər döv-
lətlərarası müharibələrdə münaqişə subyektləri, onların maraqları və məqsədləri, iştirakçıların tərki-
bi kifayət qədər aydın görünürsə, vətəndaş müharibəsində yuxarıda sadalanan parametrlər dəqiq ol-
mur [17. s., 56].
Resursların məhdudluğu ona gətirir ki, öz maraqlarının reallaşdırması üçün beynəlxalq müna-
sibətlərin istənilən subyektinin başqa subyektlərin maraqlarına toxunulması lazım olur. Bu mənada 
müharibəni mövcudluq uğrunda mübarizə prinsipinin təzahürü kimi və müəyyən şəraitdə - həyata 
ən yaxşı uyğunlaşmışların sağ qalmasının konsepsiyası kontekstində baxmaq olar. Bu gün ən yeni 
kompüter texnologiyalarının və kütləvi informasiya vasitələrlərinin fəaliyyəti sayəsində, ən inkişaf 
etdirilmiş məhvedici vasitələrinin yaradılması və onların tətbiqi üsulları haqqında informasiyadan 
istifadə etmək mümkündür. [14,s. 16-21] 
Cəmiyyətdə həmişə sosial münaqişələr üçün obyektiv ilkin şərtlər mövcuddur. Həmin müna-
qişələrin ən mühüm səbəbi, maddi rifah və sosial nüfuz, sosial dəyərlərin bölüşdürülməsi ilə bağlı-
dır. Həqiqətən, əgər cəmiyyət üzvləri arasında münasibətlər həmahəng olsaydı, məcburiyyət funksi-
yalarını yerinə yetirən institutların təsis edilməsinə ehtiyac olmazdı. Tədqiqatçılar, xüsusilə, 
K.Marks və alman sosioloqu Q.Zimmel tərəfindən, münaqişələrin səbəblərinin mexanizmi fərqli 
izah olunur. Marksa əsasən, sosial münaqişələrin kökü ictimai sərvətin çatışmazlığındadır. Müxtəlif 
sosial qrupların öz artan ehtiyaclarını tamamilə təmin etməsinin qeyri-mümkünlüyü, insanların və 
öz fəaliyyətinin nəticələrinin özgəninkiləşdirilməsi sosial təbəqələşməyə, uyğunsuzluğa və müxtəlif 
ictimai qrupların maraqlarının ziddiyyətinə səbəb olur. İctimai nemətlərin qeyri-bərabər paylanması 
isə hökmranlıq edən və tabeçilikdə olan sosial qruplar arasında uçurumu genişləndirərək, bəzi xü-
susi şəraitdə açıq münaqişələri cəmiyyətdə qaçılmaz edir. Onun fikrincə, xüsusi şərtlərə aiddir: sosi-
al nemətlərin bölüşdürülməsində ədalətsizliyin hansısa kritik həddə çatması. Zimmel hesab edirdi 
ki, münaqişə, universal hadisə kimi, cəmiyyətdə qarşısıalınmazdır. Münaqişənin mahiyyətini o sosi-
al harmoniyanın pozulmasında görürdü. Lakin o belə pozuntuların mənbəyini yalnız sosial nemətlə-
rin qıtlığı ilə deyil, həmçinin insanların daxili bioloji təbiətinin xüsusiyyətləri - instinktlərlə əlaqə-
ləndirmişdi. Buna görə də münaqişələr, ictimai həyatın bir hissəsi kimi maraqların toqquşmaları və 
düşmənçilik instinkti nəticəsində kəskinləşə və ya münasibətlərdə harmoniya, həm də sevgi instinkti 
sayəsində yumşala bilər [2, s. 305]. 
Sosial münaqişənin silahlı mübarizə mərhələsinə keçidi onunla ifadə edilir ki, tərəflərin hər 
biri silah gücü ilə düşmənə öz iradəsini yeritməyə çalışır, bunun üçün onun maddi və insan poten-
sialına dağıdıcı zərbələr vurur. Bir qayda olaraq, müharibədə qarşıya qoyulan məqsədlərə çatmaq 
üçün silahlı zorakılıq iqtisadi, diplomatik, ideoloji və başqa təzyiq vasitələri ilə tamamlanır. Beləlik-



Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin