GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
156
dendləri əldə edən üçüncü qüvvənin mövcudluğundadır, məsələn, onlar müəssisələrin sonrakı alın-
ması imkanı ilə döyüşən ölkələrin iqtisadiyyatına faizlə maliyyə qoyurlar. Müasir müharibənin hə-
dəfi - əksəriyyətin şüurunun azlığın maraqları xeyrinə dəyişməkdədir və bu informasiya texnologi-
yalarının vasitələriylə əldə edilir.
Həmçinin, hərbi psixologiyanın ən mühüm elementlərindən biri
müharibə obrazıdır, yəni onun haqqında təsəvvürlər kompleksi. O, həm intellektual, həm də emo-
sional komponentlərini özündə birləşdirir. İntellektual - hadisənin rasional, məntiqi anlamaq cəhd-
ləridir. Emosional da bu müharibədə hisslərin, emosional münasibətlərin məcmusudur [8,s. 20-24].
Əlinə silah alan şəxs bir anda psixoloji cəhətdən dəyişir: bütün dünyaya münasibəti, öz-özünə
və ətrafdakıları qiymətləndirməsi də dəyişir. Silah - güc və hakimiyyətdir.
O özünə əminliyi verir və
davranış tərzini diktə edir, şəxsi əhəmiyyətin illüziyasını yaradır. Hər halda silaha sahib olmaq bö-
yük məsuliyyətdir, çünki gücün belə maddiləşdirilmiş rəmzini əlinə alaraq insan dərk etməlidir ki,
bu qüvvə istifadə oluna bilər. İnsanın əsas instinktlərindən birinə - özünü qorumanın instinktinə
əsaslanan silahın tətbiqinin dörd əsas psixoloji növü mövcuddur:
1. əmrə görə: müharibədə bir psixoloji yönəliş – nəyin bahasına olursa olsun
sağ qalmaq;
2. tamahkar meyllərdən: mənəviyyatın yoxluğunda silahın mövcudluğu və ya qazanc əldə et-
mək arzusu;
3. məcburi tədbir: psixoloji motivasiya – özünü və öz ailəsini nəyin bahasına olursa olsun qo-
rumaq;
4. ovçuluq: müəyyən qaydalar var və əksəriyyət onlara riayət edir.
Amma, vətəndaş qətlinin və hərbi qətlin arasında bir əhəmiyyətli fərq var: bir insanı öldürüb
həbsxanaya düşmək olar, amma müharibədə yüzünü öldürüb milli qəhrəman olmaq olar. Müharibə
şəxsiyyətin xüsusi tipi ilə birlikdə psixologiyanın xüsusi tipini, fransız dilindən tərcümədə “vuruşan
döyüşçü” mənasını daşıyan – “kombatant” psixologiyasını formalaşdırır. Bu beynəlxalq hüquq ter-
min vuruşan tərəflərin müntəzəm silahlı qüvvələrinin tərkibinə daxil olan və bilavasitə döyüş hərə-
kətlərində iştirak edənlərə aiddir. Həmçinin onlara komandirin rəhbərlik etdiyi könüllülərin tərki-
bində olarkən aşkar fərqləndirici nişan və açıq şəkildə silah daşıyan, müharibə qanunlarına əməl
edənlər aiddirlər [15,s.1-2].
Münaqişələrin sülh nizamlanması metodlarından güzəşt metodu ən uğurlu və real hesab edilir.
Birtərəfli münaqişənin həlli cəhdləri ikitərəfli cəhdlərə müqayisədə az effektli olur,
çünki həmişə
onun yenidən kəskinləşməsi şansı mövcuddur. Münaqişələrin həllinin başqa üsullarına güc bilavasi-
tə tətbiq edilməyən, amma rəqibin qorxudulması üçün istifadə olunan vasitələr aiddir. Həmçinin
mübahisənin həllində paralel sülh və zorakı vasitələr də tətbiq edilə bilər. Qarışıq
nümunəyə güc
tətbiqi olmadan silahlı qüvvələrin döyüş hazırlığına gətirilməsi, onların düşmən dövlətinin sərhədi-
nə yerdəyişməsi və eyni zamanda da danışıqların aparılması aiddir. Təzyiq ölçülərinə iqtisadi sank-
siyaların tətbiqi, güc tətbiqi olmadan hərbiləşdirilmiş aksiyalar – manevrlər, qoşunların yerdəyişmə-
si, tələblərə əməl etmədikdə mümkün güc tətbiqi haqqında dövlətin səlahiyyətli nümayəndələrinin
qəti bəyanatları aiddir [18,s.3].
Dostları ilə paylaş: