Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə166/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   162   163   164   165   166   167   168   169   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

Açar sözlər: 
Naxçıvan, kitabxana, elektron kitabxana, elm tədqiqat qurumları 
 
Giriş 
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən elmi kitabxanalardan biri də AMEA 
Naxçıvan Bölməsinin elmi kitabxanasıdır ki, bu kitabxananın əsası 1972-ci ildə Naxçıvan Regional 
Elm Mərkəzinin nəzdində qoyulmuşdur. Kitabxana 1975-ci il aprel ayının 25-də fəaliyyətə başlamış 
və dahi lider Heydər Əliyevin AMEA Naxçıvan Bölməsinin yaradılması haqqında verdiyi 2002-cil 
il 7 avqust tarixli sərəncamınadək [1] isə AMEA Mərkəzi Elmi Kitabxanasının şəbəkə kitabxanası 
kimi fəaliyyət göstərmişdir. Kitabxana universal tipli elmi kitabxana olaraq, fondları əsasən müxtə-
lif elm sahələrini əhatə edən ədəbiyyatlarla komplektləşdirilir. Kitabxana müxtəlif elmi müəssisələr-
də çalışan alimlərə, elmi işçilərə, universitet müəllim və tələbələrinə, xalq təsərrüfatının müxtəlif 
sahələrində çalışan mütəxəssislərə xidmət göstərir. 2019-cu ilin yekun statistik məlumatına əsasən
kitabxanada iki kitab, jurnal, dövri mətbuat, avtoreferat və dissertasiya fondları fəaliyyət göstərir. 
Azərbaycan və rus dillərində kitablarla yanaşı, həm də Qərbi Avropa və Şərq dillərində olan ədə-
biyyatlar da kitabxanada komplektləşdirilir. Kitab fondu 40007, jurnal fondu 19503, avtoreferat 
fondu 7866, dissertasiya fondu isə 106 nüsxə təşkil edir. Ənənəvi oxucuların sayı 460, elektron oxu-
cuların sayı 141-dir [3]. 
Elm və texnikanın, xüsusilə də informasiya və kommunikasiya texnologiyalarının sürətlə in-
kişaf etdiyi XXI əsrdə elmi kitabxanaların üzərinə düşən vəzifələr və məsuliyyət də böyükdür. Müa-
sir oxucunu kitabxanaya cəlb etmək, onları elmdə, təhsildə, ümumiyyətlə həyatın müxtəlif sahələ-
rində baş verən yeniliklərlə təmin etmək, onların intellektual potensialını artırmaq üçün kitabxana 
cəmiyyətində və dünya məkanında baş verən elmi yeniliklərə aid informasiyaları toplamalı, payla-
malı və öz oxucusuna çatdırmalıdır. Bir sözlə, oxucusunu yüksək səviyyəli elmi-informasiya ilə tə-
min etməlidir. Bu məqsədlə də kitabxanadakı iş prinsipləri, xidmət forma və üsulları daima təkmil-
ləşdirilməli, həm ənənəvi, həm də elektron xidmət formalarından düzgün istifadə olunmalıdır. Müa-
sir oxucu auditoriyasını genişləndirmək üçün modern xidmət formalarından istifadə olunmalıdır. 
Oxucularla əlaqələrdə birinci növbədə informasiya xidməti xüsusi əhəmiyyət daşıyır. Oxucuları ma-
raqlandıran məsələlərə, mövzulara aid kitabxanada mövcud olan çap əsərləri və başqa sənədlər haq-
qında onlara operativ şəkildə informasiya vermək, fondlara daxil olan müxtəlif çap məhsulları və 
digər sənədlər haqqında onları vaxtaşırı məlumatlandırmaq, kitabxanada müxtəlif kütləvi tədbirlər, 
kitab müzakirələri, kitab təqdimatları keçirmək, onlara müxtəlif şifahi biblioqrafik arayışlar ver-
mək- bütün bunların hamısı oxucularla birbaşa əlaqə deməkdir.
 
AMEA Naxçıvan Bölməsinin elmi 


GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
182 
kitabxanası universal xarakterli elmi kitabxana olduğundan həm fondların tərkibi, həm də oxucula-
rın tərkibi əsasən elmə xidmət edir. Muxtar Respublikada çalışan qeyri-akademik müəssisələrdən 
olan mütəxəssislərə də nümunəvi xidmət göstərən kitabxananın bu gün 600-dən artıq oxucusu var. 
Bu oxucular arasında müxtəlif elmi dərəcəsi olan alimlər, elmi işçilər, doktorant və dissertantlar, 
universitet müəllim və tələbələri daha çox üstünlük təşkil edirlər. Bu səbəbdən də onları daha çox 
elmi ədəbiyyatlar maraqlandırır. Naxçıvan Bölməsinin nəzdində olan Elmi-Tədqiqat İnstitutlarının 
profilinə uyğun olaraq oxucular məhz həmin istiqamətdə ədəbiyyatlara daha çox müraciət edirlər. 
 
Kitabxanada əsasən biblioqrafiya-informasiya xidməti kataloq-kartoteka sistemi vasitəsilə 
həyata keçirilir. Hal-hazırda kitabxanada fəaliyyət göstərən kataloq-kartoteka sisteminin ümumi sa-
yı 36-dır. Oxuculara xidmət işində biblioqrafiya şöbəsi tərəfindən yaradılmış müxtəlif kartotekalar: 
ümumi kartotekalar, aktual mövzuları əks etdirən mövzu kartotekaları, diyarşünaslıq kartotekası 
mühüm əhəmiyyətə malikdir. Bu karotekalar özündə əsasən dövri və nəşri davam edən çap məhsul-
larındakı materialları əks etdirir. Mövzu kartotekalarından “Azərbaycan elmi: inkişaf və perspektiv-
ləri”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Xocalı faciəsi”, “Qanlı 20 yanvar”, “Azərbaycanda rep-
ressiya qurbanları”, “Molla Nəsrəddin və mollanəsrəddinçilər”, “Azərbaycan gəncliyi”, “Həsən bəy 
Zərdabi və Əkinçi qəzeti”, “Azərbaycanlıların ermənilər tərəfindən soyqırımı: erməni siyasəti”, 
“Şahtaxtinskilərin tarixi” və digər mövzu kartotekaları oxucuların istifadəsindədir [3]. 
Kitabxanada eyni zamanda Azərbaycan dövlətçiliyinin, milli ideologiyamızın, Azərbaycançı-
lığın təbliğat mərkəzi kimi Ümummilli lider Heydər Əliyev irsinin toplanıb saxlanması mühüm əhə-
miyyət daşıyır. Bu məqsədlə kitabxanada həm Ümummilli liderin həyat və siyasi fəaliyyətini əks et-
dirən şöbə, həm də “Heydər Əliyev: həyatı və siyasi fəaliyyəti” adlı kartoteka yaradılıb. Bu kartote-
kada artıq 20-yə yaxın rubrika açılıb. Bunlardan “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Heydər 
Əliyev və neft strategiyası”, “Heydər Əliyev və Azərbaycan ordusu”, “Heydər Əliyev və Azərbay-
can dili”, “Heydər Əliyev və müstəqilliyimiz”, “Heydər Əliyev konstitusiyamızın banisidir” və bir 
çox digər rubrikalar oxucular tərəfindən olduqca maraqla və fəal şəkildə istifadə olunur. Qeyd edək 
ki, artıq bu kartotekanın elektron versiyası tam şəkildə hazırlanıb oxucuların istifadəsinə verilmiş-
dir. Kitabxanada ənənəvi kartotekalarla yanaşı, elektron kartotekalar da yaradılır. Ümumi sayı 65 
olan elektron kartotekalara indiyə qədər 15096 qəzet, 4280 jurnal məqaləsinin biblioqrafik təsviri 
yerləşdirilib. Bu proses müntəzəm olaraq davam etdirilir [3]. 

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin