Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə172/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   167   168   169   170   171   172   173   174   175
Genc Tedqiqatci N1 2020 (1)

GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
188 
lıq imkanları məhdud uşaqların təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanu-
nunu, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategityası”nın təsdiq edilməsi 
haqqında Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamını, “Sağ-
lamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili müəssisələrinə qəbulu Qaydasının təsdiq edil-
məsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2002-ci il tarixli Qərarını, 
“Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısını və evdə təhsilin təşkili qaydalarının təsdiq 
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2002-ci il tarixli Qərarını, 
“Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatma-
yanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası 
Prezidentinin 9 yanvar 2013-cü il tarixli Sərancamını və digər bu kimi aktları nümunə göstərmək 
olar.
Qeyd etmək istərdim ki, Respublikamızda təhsil hüququ ilə bağlı müddəa ilkin olaraq 12 no-
yabr 1995-ci il tarixində qəbul edilmiş Azərbaycan Respublikasının müstəqil Konstitusiyasının 42-
ci maddəsində öz təsbitini tapıb. Həmin maddədə əks olunur ki, “hər bir vətəndaşın təhsil almaq hü-
ququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə 
dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam 
etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir”. [4] 
7 oktyabr 1992-ci il tarixində qəbul edilmiş Azərbaycan Respublikasının “Təhsil haqqında” 
Qanununda sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqlarının təmin edilməsi təsbit edilib. 
Belə ki, qanunda göstərilir ki: 

dövlət hərbir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsi-
lin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir

dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyətindən, iqtisadi və sosial 
vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq hər bir vətəndaşa təhsil almaq imkanı 
yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir; 

vətəndaşlar təhsilin növünü, təhsil müəssisəni və tədrisin dilini sərbəst şəkildə seçmək hüququna 
malikdir. [5] 
Qanunvericilik tələb edir ki, dövlət ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud 
uşaqlar üçün normal təhsil maksimal səviyyədə təşkil olunsun və həmin şəxslərin xüsusi tələbatı 
nəzərə alınır. 
Hal hazırda əlilliyi olan 60 mindən çox uşaq var. Onlardan 1105-i xüsusi təhsil məktəblərin-
də, 2664-ü xüsusi internat məktəblərində təhsil alır ( onlardan 1353 nəfəri müəssisədə gecələyir), 
7750-si evdə təhsilə, 268-i inkluziv təhsilə cəlb edilib. Azərbaycanda fiziki qüsurlu uşaqlara yardım 
hərtərəfli edilir dövlətimiz bu sahədə də başqa dövlətlərə bir nümunədir. “ Azərbaycan dövləti əlil 
uşaqlara hər zaman qayğı göstərib. Onların təhsili məsələsi hər zaman dövlətin diqqət mərkəzində-
dir. 
Ümummilli lider Heydər Əliyev isə hər zaman belə uşaqlara xüsusi həssaslıqla yanaşır onlara 
sevgi bəsləyirdi. Azərbaycanın istedadlı əlil uşaqları xaricdə keçirilən tədbirlərə də dəvət alır. Tur-
kiyə Onurğa-ilik ifliçlilər dərnəyinin təşkil etdiyi, dünyanın bir çox ölkəsindən əlil, şikəst, lal-kar 
uşaq və yeniyetmənin qatıldığı şənliyə Azərbaycandan Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda 
Cəmiyyətin “ Əlil uşaq və gənclərlə iş mərkəzi ”adlı təşkilata da qatılıb. Hazırda əlilliyi olan şəxslə-
rin hüquqi statusu Azərbaycan Respublikası Konstitusiyası və “ Əlilliyin və uşaqların sağlamlıq 
imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların
reabilitasiyası və sosial müdafiəsi haqqında ” Azərbaycan Respublikasının Qanunu
ilə müəy-
yən edilir. [6] 
Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tə-
rəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə daha da zəngil-
ləşdirərək yeni keyfiyyət mərhələsinə daxil olmuş və bu sahədə aparılan işlər xeyli intensivləşmiş-
dir. Ümumi daxili məhsulun artım tempinə görə ölkəmizin dünya dövlətlərinin reytinq cədvəlinə 
başcılıq etməsi, yoxsulluğun azaldılması və konkret sahəvi inkşafın təmin edilməsi istiqamətində 
qəbul olunan çoxsaylı dövlət proqramları, aparılan iqtisadi islahatlar nəticəsində ötən illərlə müqa-



Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin