Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə75/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   71   72   73   74   75   76   77   78   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

 
 
 


GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
90 
Nəticə və təkliflər. 
1.
Sağlam bağın bünövrəsi yüksək keyfiyyətli sağlam əkin materialının tədarükündən başla-
yır[5]. Bir sıra xəstəliklərin əkin materialı ilə ötürüldüyünü nəzərə alsaq, onda deyə bilərik ki, əkin-
dən əvvəl dərmanlanmış, xəstə və zərərvericilərə münasibətdə tamamilə, zərərsizləşdirilmiş sağlam 
əkin materialından istifadə mühüm əhəmiyyət kəsb edir. Nar bir qayda olaraq, odunlaşmış çiliklərlə 
artırılır. Çiliklər əsasən, payızdan tədarük edilir. Qəbul edilmiş aqroqaydalara əsasən, çiliklər 20-25 
sm uzunluqda, çiliyin diametri isə 10-15 mm olmalıdır. Tinglər payızda yarpaqlar töküldükdən son-
ra çıxarılır, çeşidlənir və daimi yerinə köçürülür; 
2.
Nar bağında bitki sıxlığına mütləq şəkildə əməl olunmalıdır[6]. Hektara tələb olunandan 
da artıq sayda tinglər əkilmiş həddən artıq bitki sıxlığına malik olan bağlarda aerasiya ( havalan-
ma) getmir, bağda hava durğunluğu yaranır, bu da öz növbəsində müəyyən xəstəliklərin meydana 
çıxmasına səbəb olur; 
3.
Nar bağı salarkən, seçilmiş ərazinin relyefi mütləq şəkildə nəzərə alınmalıdır[7]. Belə ki, 
bağ üçün seçilmiş sahənin səthi hamar və yaxud bir qədər meyilli ( 7-8-ə qədər), küləklərdən müha-
fizəli ( təbii və ya süni şəkildə), yaxşı rütubətlənmiş və qalın şum qatlı olmalıdır[8]. Yəni, seçilmiş 
ərazinin relyefi növün tələblərinə cavab verməlidir. Nar bağı üçün çökək relyefli ( məsələn, dərə, 
yarğan və s.) ərazilər əlverişsizdir. Çünki, nəzərə alsaq ki, nar ( Punica L.) istisevən quru subtropik 
iqlim bitkisidir, o zaman deyə bilərik ki, çökək relyefli ərazilərdə qışda soyuq hava durğunluğu ya-
ranacaq və şaxtanın təsirindən bağ məhv olacaq. Eyni zamanda, çökək yerlərdə olan bağlarda aşırı 
dərəcədə rütubət toplanır, aerasiya (havalanma) getmir və bu zaman da xəstəliklər baş qaldırır; 
4.
Torpaq müxtəlif orqanizmlərin normal imkişaf etdiyi təbii mühitdir, ona görə də o külli 
miqdarda mikroorqanizmlərlə əhatə olunmuşdur. Bir çox fitopatogen orqanizmlər qışlamaq üçün 
məhz torpaqdan istifadə edirlər[9,10]. Bu baxımdan, nar bağında cərgəaralarının və kolların ətrafı-
nın torpağının becərilməsi mühüm əhəmiyyət kəsb edir. Hər suvarmadan sonra torpaq yumşaldılır, 
kolların ətrafı becərilir. Lakin, bu zaman nar köklərinin arxitektonikasını (torpaqda yerləşmə xarak-
terini) mütləq nəzərə almaq lazımdır. Belə ki, nar ( Punica L.) saçaqlı dərinə işləyən kök sistemi 
formalaşdırır. Köklərinin əsas kütləsi ( 60-70 %-i ) şum qatında ( 40-50 sm ), qalan köklər isə nisbə-
tən dərində ( 1,5-2 m və daha çox) yerləşir. Mütləq şəkildə mexanizmlə cərgəaralarının işləyərkən, 
köklərin torpaqda yerləşmə dərinliyi nəzərə alınmalıdır ki, səthi köklər kəsilməsin və beləliklə, bitki 
xəstəliklərin təsirinə məruz qalmasın. Bundan əlavə, cavan bağın cərgəaralarında 4-5 ilə qədər cər-
gəarası toxalanan tərəvəz bitkiləri becərilə bilər. Su azlıq edən sahələrdə isə cərgəaraları qara herik 
altında saxlanılmalıdır; 
5.
Aqrotexniki və ya qarşısıalınan mübarizə üsulunda gübrələmə bir aqrotexniki tədbir kimi 
önəmli yerlərdən birini tutur. Gübrələrin tətbiqi bitkinin quruluşu və fizioloji xassələrini dəyişir, bu 
isə xəstəliklərə qarşı davamlılıq və ya həsaslıq kimi məsələlərə təsir edir[11,12]. Gübrələr torpağın 
kimyəvi tərkibini dəyişir, torpaq reaksiyasını mədəni bitkilərin xəstəlik törədiciləri ilə az yoluxması 
istiqamətinə yünəldir, yəni gübrələmədən sonra torpaqda yaranan şərait göbələklərin böyümə və in-
kişafına mənfi təsir göstərir. Bu amilləri nəzərə alaraq, nar bağının hər hektarına 30-40 ton peyin və 
hər il payızdan becərmə altına təsiredici maddə hesabı ilə 180-250 kq fosfor (PO), 90-120 kq kali-
um (KO), vegetasiya dövründə isə yemləmə şəklində ( may-iyun aylarında) hər dəfə 50-60 kq ol-
maqla, azot gübrəsi verilir. Qeyd edək ki, bitkilər məhsula düşdükdən sonra, hər iki ildən bir nar 
bağlı bu şəkildə gübrələnir. Eyni zamanda, yeni salınmış nar bağında cavan bitkilərə vegetasiya 
dövründə hər kola 10 kq peyin, 300 qr superfosfat və 150 qr ammonium şorası verilir[13,14]. Belə-
liklə, bitki mühafizəsində gübrələr bitki xəstəlikləri ilə mübarizədə birbaşa kimyəvi mühafizə vasi-
təsi olmayıb, onların xəstəlik törədicilərə qarşı davamlılığını yüksəldən başlıca amildir. Bir önəmli 
məqamı da yadda saxlamaq lazımdır ki, üzvi və mineral gübrələr kortəbii şəkildə deyil, torpağın aq-
rokimyəvi analizinə əsasən, tətbiq edilməlidir. Əks təqdirdə gübrələr bitkilərin xəstəliklərə qarşı da-
vamlılığını artırmaq əvəzinə, onların xəstəliklə daha da şiddətli şəkildə sirayətlənməsinə gətirib çı-
xarır. Məsələn, azotlu gübrələrin birtərəfli qaydada tətbiqi bitkilərdə kutikula qatının qalınlığının 



Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin