BİOLOGİYA, TİBB VƏ AQRAR ELMLƏR
87
Kənd Təsərrüfatı Nazirliyinin statistik məlumatlarına əsasən, 2018-ci ildə Respublika üzrə nar
bağlarının sahəsi nar bağlarının sahəsi 24 min hektara çatmışdır. İllik istehsal həcmi isə 155 min ton
həddində olmuşdur. 2018-ci ildə istehsal olunan narın 10 min tonu xarici ölkələrə(ABŞ, Avstraliya
və s.) ixrac olunmuş, 145 min ton isə yerli bazarda satılmışdır.
Hazırda Azərbaycan narçılığının qarşısında duran əsas hədəflər- nar tingləri ilə təminat, yeni
nar bağlarının salınması, mövcud ənənəvi nar bağlarının intensiv bağçılıqla tədricən əvəzlənməsi,
yeni məhsuldar və keyfiyyətli sortlar üzrə tingçiliyin inkişaf etdirilməsi, nar bitkisinin xəstəlik və
zərərvericilərinə qarşı təkmilləşdirilmiş mübarizə üsullarının işlənib hazırlanması, narçılığın region-
lar üzrə ixtisaslaşması, nar istehsalı və emalı sahəsində innovativ texnologiyaların genişləndirilməsi,
mövcud soyuducu anbar sistemlərinin imkanlarının artırılması, ekoloji təmiz məhsulların istehsalı-
nın stimullaşdırılmasıdır.
Nar (Punica L.) qışda yarpaqlarını tökən quru subtropik iqlim bitkisidir. Nar (Punica L.) cinsi
olub, narkimilər və ya narçiçəklilər fəsiləsinə (Punicaceae Horan.) aiddir və 2 növlə təmsil olunur.
Bunlardan biri Hind okeanının Ərəb dənizində yerləşən Yəmənin Sokotra adasında yayılmış, həmi-
şəyaşıl, heç bir təsərrüfat əhəmiyyətinə malik olmayan, yeyilməyən, quru qutucuq meyvə formalaş-
dıran endem Sokotra narıdır( Punica protopunica Belf.). Digəri isə geniş yayılmış, narın bütün möv-
cud sortlarına başlanğıc vermiş Adi nar növüdür(Punica granatum L.)[1,2].
Ümumiyyətlə, nar bitkisinin (Punica L.) təsnifatda mövqeyi aşağıdakı kimidir;
Regnum-Plantae(Bitkilər aləmi);
Divisio-Magnoliophyta(Ali çiçəklilər şöbəsi);
Classis-Magnoliopsida(İkiləpəlilər sinifi);
Ordo-Myrtales(Mərsinçiçəklilər sırası);
Familia-Punicaceae(Narkimilər fəsiləsi);
Genus-Punica(Nar cinsi);
Species→Punica granatum(Adi nar növü);
Species→Punica protopunica(Sokotra narı növü).
Adi narın(Punica granatum L.) təbii coğrafi yayılma arealı Balkan yarımadasından və Qərbi
Asiyadan başlayaraq, Şərqə doğru, yəni Şimal-Qərbi Hindistana qədər uzanır. Bu nar növü Azər-
baycanda da geniş yayılmışdır. Adi nar növünə (Punica granatum L.) Azərbaycanın əksər rayonla-
rında çay vadilərində, qumlu-çınqıllı yamaclarda rast gəlinsə də, onun qrup halında cəngəlliklərinə
Tuqay meşələrində təsadüf olunur[3,4].
Hazırda narın dünya miqyasında 500-dən artıq sortu məlumdur. Respublikamızda geniş yayıl-
mış və böyük təsərrüfaf əhəmiyyəti kəsb edənlərdən Azərbaycan gülöyşəsi, Çəhrayı gülöyşə, Qır-
mızı qabıq, Nazik qabıq, Bala Mürsəl, Qara Bala Mürsəl, Şirin nar, Şah nar, Şelli mələsi, Zibeydə,
İridənə, Qaradənə, Ağdənə, VİR №1, Göynar, Alşirin, Şüvəlan narı, Qırmızı şirin, Ağ şirin və s.
Sortları göstərə bilərik.
Dostları ilə paylaş: