Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə72/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   68   69   70   71   72   73   74   75   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

Aparılan işin aktuallıği.
Nar(Punica L.) zəngin kimyəvi tərkibə malik olan, böyük xalq tə-
sərrüfatı əhəmiyyəti kəsb edən bitkilərdəndir. Nar bitkisinin meyvələrindən təzə halda yeyilməkdən 
başqa, onlardan müxtəlif məmulatlar hazırlanır. Belə ki, nar meyvələrindən natural (təbii) şirə, nar-
şərab, spirtsiz içkilər (qranadin), üzüm bəkməzi ilə nar toxumlarından hazırlanmış nardaşı, narşə-
rabla üzüm şirəsindən hazırlanmış nardaça, spirt, şərab və digər yüksək keyfiyyətli məhsulların ha-
zırlanmasında istifadə olunur. Bununla yanaşı, nar bitkisinin (Punica L.) müxtəlif hissəciklərindən 
təbabətdə və sənayedə geniş şəkildə istifadə olunur. Nar kollarından dekorativ bağçılıqda bəzək 
məqsədilə, tarla qoruyucu meşə zolaqlarının yaradılmasında, habelə canlı çəpərlərin çəkilməsində 
istifadə olunur.
Nəzərə alsaq ki, Azərbaycan kənd təsərrüfatı ölkəsidir və kənd təsərrüfatı da ölkə iqtisadiyya-
tının əsasını təşkil edir, onda deyə bilərik ki, nar (Punica L.) böyük iqtisadi əhəmiyyət kəsb edən 
rentabelli bitkidir. Belə ki, nar (Punica L.) yüksək məhsuldar və gəlirli bitki olmaqla, hektardan 15-
20 ton və daha çox məhsul verir.


GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
88 
Həmçinin, son illər aqrar sahədə aparılan islahatlar xüsusilə ənənəvi kolxoz və sovxoz təsərrü-
fatlarının ləğv edilərək, torpaqların özəlləşdirilməsi və kəndlərdə bazar münasibətlərinə uyğun ye-
ni iqtisadi qurumların, kəndli-fermer təsərrüfatları, kooperativ, ailə təsərrüfatları və s. Formalaşması 
prosesində məhsul istehsalı ilə əlaqədar xeyli problemlər üzə çıxmışdır. Bu problemlərin həlli isə el-
mi əsaslara söykənən meyvə bağlarının salınması, onun digər elementləri ilə yanaşı, xəstəlik və zə-
rərvericilərinin də öyrənilməsindən asılıdır. Kortəbii şəkildə aparılan kimyəvi çiləmələr və ya ma-
liyyə imkanları olmadığından profilaktik tədbirlərin aparılması da müxtəlif bitkilərin xəstəliklərinin 
növ tərkibinin çoxalmasına, əvvəllər əhəmiyyətsiz, ziyanlı hesab edilməyən növlərin aqressivliyinin 
artmasına səbəb olmuşdur. Bu isə bir sıra zərər verən orqanizmlərin daha dərindən öyrənilməsini tə-
ləb edir.
Azərbaycan qədim narçələq diyarı olduğundan, ölkəmizin nar bağlarında istər infeksion (para-
zitar), istərsə də qeyri-infeksion ( qeyri-parazitar) xəstəliklər geniş yayılmışdır və hər il meydana çı-
xaraq, böyük məhsul itkisinə səbəb olur. Respublikamızın nar bağlarında fitopatogen mikobiotanın 
bir bu qədər zəngin olması faktı bu sahədə elmi-tədqiqat işi aparmaq zəruriyyətini ortaya çıxartmış-
dır. Bu baxımdan 2018-2020-ci illər ərzində Gəncə-Qazax coğrafi bölgəsinin nar bağlarında xəstə-
lik törədicilərinin növ tərkibinin öyrənilməsi və onlara qarşı təkmilləşdirilmiş mübarizə üsullarının 
işlənib hazırlanması mühüm əhəmiyyət kəsb edir 


Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin