Gənc təDQİqatçI, 2020, VI cild, №1


  UOT: 619:576.89;619:616.995.1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə80/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   76   77   78   79   80   81   82   83   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

 
95 
UOT: 619:576.89;619:616.995.1 
 
ABŞERON BÖLGƏSİNDƏ AŞKAR EDİLMİŞ BAŞLICA HELMİNTOZ 
TÖRƏDİCİLƏRİNİN EPİDEMİOLOJİ VƏ EPİZOOTOLOJİ ROLU 
 
A.N. Ağayeva
Sumqayit Dövlət Universiteti 
Sumqayıt, Azərbaycan, 43cü məhəllə, AZ5008 
aysel.agayeva83@gmail.com 
 
Məlumdur ki, əhli və gövşəyən heyvanlar, o cümlədən də qoyunlar bir çox invazion xəstəlik 
törədicilərinin xüsusilə də helmintoz törədicilərinin daşıyıcıları və yayıcılarıdırlar. Sinantrop mu-
hitdə və təbii otlaq sahələrində əlverişli şərait yarandıqda bu törədicilər əhli və vəhşi ətyeyən hey-
vanlara, digər dırnaqlı heyvanlara və insana keçə bilirlər. Abşeron bölgəsinin landşaft-ekoloji şə-
raiti qoyunların və əhli ətyeyən heyvanların bir çox helmintoz törədicilərinin inkişafı üçün çox əlve-
rişlidir. Buna görə də qoyunlarda sürfə mərhələsində aşkar edilmiş başlıca helmintoz törədiciləri 
yetkin mərhələdə gövşəyən digər ev heyvanlarını və insanı yoluxdurmaq ehtimalı vardır. Bütün bun-
ları nəzərə alaraq Abşeron bölgəsində qoyunlarda aşkar edilmiş başlıca helmintoz törədicilərini 
epidemioloji və epizootoloji cəhətcə xarakterizə etməyi vacib hesab edirik. 
Açar sözlər:
 helmintlər, təsərrüfat, yoluxma, koproloji müayinə, ekoloji mühit 
 
Giriş
Abşeron bölgəsində əksər iri qoyunçuluq təsərrüfatları köçəri xarakter daşıyır. Köç yollarında 
xırdabuynuzlu heyvanlar müxtəlif xarakterli otlaqlarda qidalanır, bəzi hallarda vəhşi ətyeyənlərin 
məskunlaşdığı meşə kənarında, meşələrdə, kolluqlarda otarılır. Bölgə ərazilərində turizmin inkişafı, 
xalq təsərrüfatının və kənd təsərrüfatının intensivləşdirilməsi, digər bir sıra antropogen faktorlar 
helmintoz törədicilərinin antropogen muhitdən vəhşi təbiətə və əksinə vəhşi təbiətədən antropogen 
mühitə keçməsinə səbəb olur. 
Bütün bunları nəzərə alaraq Abşeron bölgəsində qoyunlarda aşkar edilmiş başlıca helmintoz 
törədicilərini epidemioloji və epizootoloji cəhətcə xarakterizə etməyi vacib hesab edirik. Abşeron 
bölgəsində qoyunlarda aşkar edilmiş 18 növ başlıca helmintoz törədicilərindən 7 növü insanların 
helmintləri ilə ümumilik təşkil edir. Bunlardan 
Fasciola hepatica, F. gigantica və Dicrocoelium 
lanceatum növləri 
yetkin mərhələdə
, Cystisercus teniucollis, C. ovis, Coenurus cerebralis və Echi-
nococcus granulosus
növləri isə sürfə mərhələsində aşkar edilmişdir. 
Göstərilən bu növlər qoyunlarla bərabər eyni zamanda digər dırnaqlı və əhli ətyeyən ev hey-
vanlarının helmintləri ilə də ümumilik təşkil edir. 

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin