Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə88/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   84   85   86   87   88   89   90   91   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

 
Material və metodlar 
Təbii təsirlər nəticəsində anbarın suyunda baş verən keyfiyyət dəyişmələrini müəyyən etmək 
və müşahidələr aparmaq üçün 2017-ci ilin yay və payız, 2018-ci ilin qış və yaz fəsillərində sistem 
üzrə aşağıdakı stansiyalardan lil-qrunt nümunələri götürülmüşdür: 
1. Vəlvələçay qidalandırıcı kanalı 
2. Vəlvələçay-Taxtakörpü kanalının başlanğıcı 
3. Vəlvələçay-Taxtakörpü kanalının sonu (Taxtakörpü su anbarının girişi) 
4. Taxtakörpü su anbarının sol sahili 
5. Taxtakörpü su anbarının sağ sahili 
6. Taxtakörpü-Ceyranbatan kanalının sonu. 
Tədqiqatlar apardığımız dövlərdə, lil-qruntda mikrobiotanın ümumi miqdarı, saprofit və koli-
form bakteriyaların say dinamikası, bəzi fizioloji qrupa aid bakteriyalar öyrənilmişdir. Lil-qrunt nü-
munələri steril şpatel vasitəsilə götürülmüş və xüsusi steril qablara yığılmışdır. Götürdüyümüz lil-


BİOLOGİYA, TİBB VƏ AQRAR ELMLƏR
 
103 
qrunt nümunələrindən mikrobioloji emulsiya hazırlanmışdır. Mikrobioloji analiz-əkmələr mikrobio-
logiyada tətbiq olunan metodlara əsasən aparılmışdır [3,4,5,6,7,8,9]. 
Lil-qrunt nümunələri 1:100 nisbətində əvvəldən hazırlanmış steril suda həll edilmişdir. Alın-
mış suspenziyalar 1:1000 və 1:10000 nisbətində durulaşdırılmış və əkmələr aparılmışdır. Mikroor-
qanizmlərin ümumi sayı (37 ) və saprofit bakteriyalar
) adi ət-peptonlu aqar (ƏPA) mühi-
tində Petri kasalarında becərilmişdir. Koliform bakteriyaları membran süzgəc metodu ilə (İSO 
9308-1), elektiv Endo mühitində əkilməklə təyin edilmişdir. Nəticələrin doğruluğu oksidaz testi ilə 
yoxlanmışdır. 
Lil-qrunt nümunələrində fizioloji qrup bakteriyalardan azotbakteriyalar (aerob), 
Clostridium 
pasteurianum
(anaerob), fenol- və neftmənimsəyən bakteriyalar 25-28 -də 8-10 gün müddətində 
inkubasiya edilmişdir. 
Lil-qrunt nümunələri ilə aparılan mikrobioloji analiz-əkmələr bir neçə təkrarla yerinə yetiril-
mişdir. 

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin