GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
100
Qoyunlarda aşkar edilmiş başlıca helmintoz törədicilərindən
Moniezia expansa, M.benedini,
Trichocepalus ovis, Chabertia ovina və Haemonchus contortus
növlərinin inkişaf dövriyyəsinin ba-
şa çatmasında əhli gövşəyən heyvanlar, o cümlədən də keçi, iribuynuzlu mal-qara, camış, zebu, də-
və,
H. contortus
növünün inkişaf dövriyyəsinin başa çatmasında həmiçinin ev donuzu da rol oyna-
yır.
Protostrongilus
növlərinin və
Muellerius capillaris
növünün inkişaf dövriyyəsinin inkişafında
keçilər də iştirak edir. Bu növlərin inkişaf dövriyyəsinin inkişafında və qoyunlar arasında yayılma-
sında bəzən vəhşi dırnaqlı heyvanlar, xüsusilə də gövşəyən heyvanlar da iştirak edirlər.
Nəticə
1.
Abşeron bölgəsində qoyunlarda aşkar edilən başlıca helmintoz törədicilərinin digər ev
heyvanları və insanlar arasında yayılma xarakteri öyrənilmişdir. Abşeron bölgəsində qoyunlarda aş-
kar edilən 18 növ başlıca helminitoz törədicilərindən 7 növü insanın helmintləri ilə, keçilərin hel-
mintləri ilə 18 növ, iribuynuzlu heyvanların helmintləri ilə 12 növ, camışın helmintləri ilə 11 növ,
zebunun helmintləri ilə 8 növ, dəvənin helmintləri ilə 10 növ, ev donuzunun helmintləri ilə 6 növ,
ev pişiyinin helmintləri ilə 3 növ, itin helmintləri ilə 4 növ, atın helmintləri ilə 3 növ, ada dovşanı-
nın helmintləri ilə 3 növ ümumilik təşkil edir.
2.
Abşeron bölgəsində qoyunçuluq təsərrüfatlarında qoyunlarda parazitlik edən başlıca
helmintoz törədicilərinin vəhşi məməlilərin helmintləri ilə ümumiliyi araşdırılmışdır. Müəyyən edil-
mişdir ki, Abşeron bölgəsində qoyunlarda aşkar edilən başlıca helmintoz törədicilərinin inkişaf döv-
riyyəsinin başa çatmasında və yayılmasında 16 növ vəhşi məməli heyvan bu və ya digər dərəcədə
iştirak edir.
3.
Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki,
Fasciola hepatica, F. gigantica,
Dicrocoelium lanceatum, Cysticercus tenuicollis, C.ovis, Coenurus cerebralis
növlərinin inkişaf
dövriyyəsinin başa çatmasında əhli və vəhşi gövşəyən heyvanlar, o cümlədən də qoyunlar əsas rol
oynayır. Bu növlərin epizootologiyasında əhli və vəhşi gövşəyən heyvanlarla yanaşı əhli və vəhşi
donuzlar, at, ada dovşanları da iştirak edirlər.
Dostları ilə paylaş: