Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə87/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   83   84   85   86   87   88   89   90   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

Açar sözlər
: hidrotexniki qurğu, kanal, su anbarı, ekoloji-mikrobioloji, bakteriya. 
İçməli su ehtiyatlarının aşkar edilməsi və istifadəsi dünya miqyasında olduğu kimi respublika-
mızda da XXI əsrin əsas problemlərindən hesab olunur. Su probleminin kəskinləşməsi əhalinin ər-
zaq təminatına və regionların ekoloji təhlükəsizliyinə birbaşa təsir göstərir. Azərbaycanın şimal-
şərq bölgəsinin su mənbələrindən istifadə etməklə, əsas sənaye mərkəzləri yerləşən və ≈ 39% ölkə 
əhalisi yaşayan Abşeron yarımadasının su ilə təmin olunması məqsədilə 2013-cü ildə Taxtakörpü su 
anbarı və onunla əlaqəli kanallar sistemi inşa edilmişdir [2]. 
Taxtakörpü su anbarı Böyük Qafqaz sıra dağlarının cənub-şərq qurtaracağında, alçaq dağlıq 
və dağətəyi ərazidə yerləşir. Anbarın sahəsi 8,71 km
2
, ümumi su tutumu 268,4 mln.m
3
-dir [2]. 
Taxtakörpü su anbarı doldurulmağa başladığı vaxtdan (19 iyul 2013-cü il) indiyənədək hələlik 
normal basqı səviyyəsinə çatmamışdır. Əldə olunan faktiki müşahidə məlumatlarına əsasən, su an-
barının doldurulma müddəti qidalandırıcı çaylarda (Qusarçay, Qudiyalçay, Cağacuğçay, Vəlvələ-
çay) hidroloji şəraitdən asılı olaraq bir neçə il davam edə bilər. Ancaq Taxtakörpü su anbarı artıq iş-
də öz faydalılığını göstərmişdir. Belə ki, 2014-cü il — kəskin quraqlıq ilində Bakı və Sumqayıt şə-
hərləri əhalisinin içməli su ilə təmin edilməsində mühüm rol oynamışdır [1]. 
Qeyd etmək lazımdır ki, Taxtakörpü hidrotexniki qurğular sistemi fəaliyyət göstərdiyi ərazilə-
rin su tələbatını ödəməklə yanaşı, Abşeron yarımadasının əsas su mənbəyi sayılan Ceyranbatan su 
anbarındakı su ehtiyatlarının da artırılmasına imkan yaratmışdır. Hər iki halda məişətdə sudan isti-
fadə olunması ilə əlaqədar olaraq — bütün ilk mənbədən Ceyranbatan su anbarınadək sahələrdə su-
ların sanitar-hidrobioloji vəziyyətini müəyyən etmək üçün tədqiqatların aparılmasını aktual saymaq 
olar. 

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin