Alınan nəticələr və onların şərhi Tədqiqatlarımıza cəlb olunan qrunt nümunələri bir qayda olaraq, sedimentin üst— yumşaq tə-
bəqəsindən götürülmüşdür. Lil-qruntda əsas mikrobioloji proseslər məhz çöküntülərin üst qatında—
suyun ən çirkli qatında gedir. Qruntun dərin qatlarında isə mikroorqanizmlərin ümumi miqdarı aza-
lır, həm də mikrobiotanın aktivliyi aşağı düşür.
Apardığımız təcrübələr və onların nəticələri 1-ci və 2-ci cədvəllərdə, həmçinin 1-ci şəkildə
verilmişdir. Qeyd edək ki, su qatlarından fərqli olaraq, çayların, ümumiyyətlə su hövzələrinin dib
çöküntülərində mikroorqanizmlərin kəmiyyət və keyfiyyət göstəriciləri il boyu çox böyük dəyişikli-
yə uğramır. Su hövzələrində, kanallarda, çaylarda fəsillərdən asılı olaraq, iqlim-atmosfer çöküntülə-
rilə əlaqədar, suyun artıb-azalması qanunauyğun sayılır. Həm məntəqələr üzrə, həm də ilin fəsilləri-
nə görə mikroorqanizmlərin ümumi miqdarı (ÜMS) çox böyük dəyişikliyə uğramamışdır.
Cədvəl 1-dən göründüyü kimi, istər ÜMS, istərsə də saprofit və koliform bakteriyaların sayı
yay aylarında daha çox, qış aylarında daha azdır. Bunu həm tepmeraturun artıb-azalması, həm an-
bar və kanalların yerləşdiyi əraziyə, həm də antropogen təsirlərin olub-olmamasına görə əlaqələn-
dirmək olar.
1-ci və 2-ci cədvəllərdən göründüyü kimi, 1-ci stansiya— Vəlvələçay qidalandırıcı kanalda
bütün mikrobioloji göstəricilər digər stansiyalara nisbətən çoxdur. Çünki bura 4 çayın—Qusarçay,
Qudiyalçay, Cağacuqçay, Vəlvələçayın axarları açılır. Çaylar yaşayış məntəqələrindən keçdiyi
üçün, bilavasitə antropogen təsirlərə, yəni insanın məişət və təsərrüfat fəaliyyətinə məruz qalır. Vəl-
vələçay qidalandırıcı kanalda il boyu ÜMS 20-60 mln/q, koliform bakteriyalar 1 q-da 165-460, sap-
rofitlər isə 140-304 min/q həddində dəyişmişdir.
Digər qeyri-patogen fizioloji qrup bakteriyalar sistem üzrə, demək olar ki, çox az dəyişikliyə
uğramışdır. Burada azot bakteriyalar il ərzində 1 q-da 5-13,
Clostridium pasteurianum və fenolmə-
nimsəyən bakteriyalar 100-10000 həddində dəyişmişdir.
Suyun Vəlvələçay-Taxtakörpü kanalı (34 km) ilə axını zamanı, Taxtakörpü su anbarınadək,
əlavə təsirlərə məruz qalmadığı üçün öz-özünə təmizlənmə prosesi getmiş və mikrobioloji göstərici-
lərdə azalma müşahidə olunmuşdur (Cədvəl 1,2). ÜMS-də orta illik göstərici ≈2,3, saprofit bakteri-
yalar ≈ 6,8 və koliform bakteriyalar ≈1,4 dəfə azalmışdır.
Vəlvələçay-Taxtakörpü kanalının sonu — Taxtakörpü su anbarının giriş hissəsində 2-ci stan-
siyaya nisbətən mikrobioloji göstəricilərdə artım müşahidə olunur. Anbarın girişində suyun səviy-
yəsi çox aşağı olduğuna görə sedimentasiya (çökmə) prosesi sürətli getmiş və il boyu ÜMS-nin
miqdarı 10-30 mln/q, saprofit bakteriyalar 95-240 min/q, koliform bakteriyalar isə 132-310 arasında
dəyişmişdir.