Gənc təDQİqatçI, 2020, VI cild, №1


ŞƏMKİRÇAY SU ANBARININ SAHİL YAMACLARINDA GÖZLƏNİLƏN SUFFOZİYA



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə92/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   88   89   90   91   92   93   94   95   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

 
ŞƏMKİRÇAY SU ANBARININ SAHİL YAMACLARINDA GÖZLƏNİLƏN SUFFOZİYA 
PROSESİNİN QARŞISININ ALINMASI ÜÇÜN TƏKLİF OLUNAN
MÜHƏNDİS-EKOLOJİ TƏDBİRLƏR 
R.Ə. Sadıqov 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu 
Ramil.sadigov@asoiu.edu.az 
 
Təqdim edilən məqalədə əsas məqsəd istismara 2014-cü ildə verilən Şəmkirçay su anbarının 
sahil yamaclarında baş verə biləcək proseslərin öyrənilməsi, tədqiqi və təhlilidir. Su anbarının is-
tismara verilən tarixdən sonra müşahidələr nəticəsində aparılan tədqiqat işləri, Şəmkirçay su anba-
rı hidroqovşağının torpaq bəndinin əsasında gözlənilən suffoziya prosesinin tədqiqi, su anbarının 
texniki-iqtisadi göstəriciləri haqqında məlumatlar verilmişdir. Eyni zamanda basqılı sızma prosesi 
nəticəsində su anbarının aşağı byefində yarana biləcək torpaq-eroziya prosesləri öyrənilmişdir. 
Kaskad su anbarının yarada biləcək fəsadları aradan qaldırmaq məqsədi ilə mümkün mühəndis 
tədbirlərinin həyata keçirilməsi üçün bir sıra tədbirlər təklif edilmişdir [1,2,4,5]. 
Məqalədə eyni zamanda su anbarı tikilən zaman köçürülmə (ağacların, kök və kökcükləri çı-
xarılması, qəbirsanlıqların köşürülməsi, aftomobil və dəmir yollarının yerinin dəyişdirilməsi) pro-
sesləri, torpaq-qrunt işləri, tikilmiş torpaq bəndin oxunun seçilməsi mərhələləri haqqında məlumat 
verilmişdir [8].
Açar sözlər:
su anbarı, hövzə, suffoziya, hidroqovşaq, kaskad, torpaq bənd, bəndin en kəsiyi, 
torpaq-qrunt işləri, süxur, qranulometrik tərkib. 
 
Giriş.
Ölkəmizdə irili-xırdalı 120-yə qədər su anbarı mövcuddur. Bu anbarlardan ən nəhəngi tikintisi 
1953-1956-ci illərdə davam etmiş Mingəçevir su anbarıdır (Mingəçevir su anbarı nəinki Azərbay-
canda, Cənubi Qafqaz ölkələri ərazisində tikilmiş ən böyük su anbarıdır.). Sonralar həmən anbarın 
sahil yamaclarında baş verən şürüşmələr, suffoziya prosesləri, sızma nəticəsində kənd təsərrüfatına 
yararlı əkinaltı torpaqların şorlaşması və başqa neqativ proseslər ərazinin ekoloji vəziyyətinin gər-
ginləşməsinə səbəb olmuşdur [2,3].
 
Şəmkirçay su anbarının tikintisi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 
14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş Dövlət Proqramına və Azərbaycan Respublika-
sı Nazirlər Kabinetinin 28 yanvar 2010-cu il tarixli 19 saylı qərarına uyğun olaraq həyata keçiril-
mişdir. Bu anbarın tikilməsində əsas məqsəd respublikanın qərb hissəsində arid ərazilərdə əkin sa-
hələrdə yaranan su çatışmazlığı problemini aradan qaldırmaqdan ibarət olmuşdur. Şəmkirçay su an-
barının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəm-
kirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Orta illik su ehtiyatı 265,2 mil-
yon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr 
sudan istifadə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev: 

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin