Gənc təDQİqatçI, 2020, VI cild, №1


“Şəmkir- çay su anbarı regionların sosial-iqtisadi inkişafını müsbətə doğru dəyişəcək və müstəqillik illə-



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə93/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   89   90   91   92   93   94   95   96   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

“Şəmkir-
çay su anbarı regionların sosial-iqtisadi inkişafını müsbətə doğru dəyişəcək və müstəqillik illə-
rində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm 
yer tutacaqdır” 
[1,2].
Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə çatdırılması üçün əsas magistral kanal, 
sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Hə-
min kanallar açıq dəmir-beton üzlüklüdür. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan də-
qiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, Samux rayonlarında su ilə ümumilikdə təmin olunan 


BİOLOGİYA, TİBB VƏ AQRAR ELMLƏR
 
109 
54248 hektar, o cümlədən yeni suvarılan 17147 hektar torpaq sahələri mövcuddur. Şəmkirçay su 
anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kub-
metr su verməklə içməli su təchizatı yaxşılaşdırılmışdır [6].
Tədqiqatın məqsədi və vəzifələri:
Tədqiqatın aparılmasında əsas məqsəd Şəmkirçay su an-
barının müasir vəziyyətinin təhlili, anbarın sahil yamaclarında baş verə biləcək tədbirlərin müəy-
yənləşdirilməsi, yamaclarda gözlənilən suffoziya proseslərinin qarşısının alınması üçün təklif olu-
nan mühəndis ekoloji tədbirlərdən ibarətdir. 
Su anbarı ərazisinin relyefinin təhlili: 
Şəmkirçay su anbarının ərazisi mürəkkəb relyefə ma-
likdir. Belə ki, su anbarının sahil yamaclarında abraziv sürüşkən, uçurumlu, qayalı, maili yatımlı 
qrunt süxurları daha çox mövcuddur. Həmin sahil yamacları əvvəl başqa formada olmuşdur. Su an-
barlarının istismarı dövründə zaman keçdikcə dinamiki təsirlərə məruz qalaraq öz formalarını nisbə-
tən dəyişmişdir. Sahil yamaclarında baş verən kiçik həcmli sürüşmə nəticəsində su anbarının ölü 
həcmi formalaşmış, yuxarı byefdə su səviyyəsinində nisbətən artma müşahidə edilmiş, sahil ərazilə-
rin relyefində dəyişmələr baş vermişdir. Təqdid olunan ərazi tektonik cəhətdən Kiçik Qafqazın və 
orta Kür depressiyası zonasında yerləşir. Ərazinin dağətəyi zonası şimal-qərbdə Ağstafaçaydan cə-
nub-şərqdə Kürəkçayadək uzanan Göygöl-Şəmkir antiklinoriumuna aiddir. Antiklinorium eninə çö-
kəkliklərlə mürəkkəbləşmişdir. Bu çökəkliklər antiklinoriumu iki sərbəst-Şəmkir və Göygöl qalxan-
larına ayırır [5,8]. 
Təsvir olunan qırışıqlıq fonunda Şəmkir qalxanının ətraf hissələri boyu mikroqırışıqlığın inki-
şafı qeydə alınmşdır. Burada əsasən, Şəmkirçay və Quşqaraçay arasında şaquli düşmə və düşmə-
yerdəyişmələri əks etdirən bir sıra qırılmalarla ifadə olunmuş dizyunktiv dislokasiya geniş inkişaf 
etmişdir. Ərazinin düzənlik hissəsi ağcagil və kontinental təbəqənin çöküntülərindən ibarət olmaqla, 
orta Kür çökəkliyinə aiddir [5]. 
Su anbarının kaskadının hər birinin ətraf mühitə göstərdiyi təsiri müəyyənləşdirmək üçün 
onun hər birinin texniki göstəricilərini araşdırmaq lazım gəlir. Anbarının əsas texniki göstəriciləri 
aşağıdakı cədvəldə şərh edilmişdir [4,5]:

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin