Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə96/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   92   93   94   95   96   97   98   99   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

 
 
 
Şəkil 3. 
Şəmkirçay su anbarı bəndinin en kəsiyi. 
 
Çayın aşağı axını (III rayon) dərənin Çinarlı kəndindən aşağıda yerləşən hissəsini təmsil edir. 
Çay dərəsi düzənliyin örtük çaqıllarında yaranmış çanaqşəkilli yarığı əks etdirir. Burada çay dərəsi 
bəndin həm kasası və həm də oxları üçün əlverişli formaya malik deyildir. Çayın orta axını (II ra-
yon) bəndin bütün 4 ədəd oxlarının layihələndirildiyi ərazini təmsil edir. Burada çay dərəsi çay bo-
yu aşağıya doğru getdikcə tədricən genişlənməklə, bir qədər daha geniş profillə xarakterizə olunur 
və su anbarının yaradılması üçün əlverişli şərait yaradır [4,6]. 
Rayonun yuxarı hissəsində dərənin dar yamacları Yuranın daha cavan intruziyalarla dərinləş-
miş vulkanogen süxurlarından ibarətdir. Bu süxurlar bəzi yerlərdə elüvial-delüvial-prolüvial və allü-
vial çöküntülərlə örtülmüşdür.Rayonun aşağı hissəsində terras çöküntüləri ilə növbələşən delüvial-
prolüvial şleyf ana süxurların çıxışları üçün yer qoymaqla, həm eninə və həm də qalınlığına görə ar-
tır.Göründüyü kimi su anbarının layihələndirilməsi nöqteyi-nəzərindən II mühəndisi-geoloji rayon 
və ya çayın orta axını rayonu vahid prespekivli ərazi sayılır.II rayonun hüdudlarında ox sahəsinin 
seçimində aşağıdakı məsələlər əsas rol oynayır. 


GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
112 
Yuxarıda deyildiyi kimi, çay boyu aşağıya doğru hərəkət etdikcə, dərənin yamacları enləşə-
rək, su anbarının yerləşdirilməsi üçün əlverişli şərait yaradır. Lakin bununla yanaşı, bəndin oxunun 
uzunluğu da artır. Baxılan rayonun aşağı hissəsində dərənin nisbətən daralması ilə yaranmış vahid 
təbii ox Seyfəli kəndinin yaxınlığında yerləşir [6]. 
Bütün uzunluğu boyu oxun əsasında Yura yaşlı vulkanogen ana süxurlar yatır. Çayın subasarı 
hüdudlarında ana süxurlar qalınlığı 15 metrədək olan müasir məcra allüvisi ilə örtülmüşdür. Daha 
sonra sağ sahil istiqamətində ana süxurların səthi dərinləşərək, çay dərəsinin qədim dərinləşmələrini 
üzə çıxarır. Qədim dərinləşmə çöküntüləri ana süxurlar üzərində yatan 70-80 metr qalınlıqlı qədim 
çaqıllarla təmsil olunur. Ox boyu bir qədər uzaqda ana süxurlar yenidən üzə çıxır. Sol sahil başdan-
başa ana süxurların çıxışlarını təmsil edir. 
Burada bənd yaradılması üçün mühəndisi-geoloji şəraitin mürəkkəbliyi dərinləşmələrdə çaqıl 
çöküntülərinin qalınlığının böyük olması və bu çöküntülərin sukeçiricilik xüsusiyyətlərinin xeyli 
dərəcədə artması ilə əlaqədardır. Lakin bu oxdan imtina etmək üçün geoloji proseslərdən daha çox, 
yaradıcılıq su anbarının dərənin yamacları boyu 3,0 km-ə məsafə üzrə bir-birinin ardınca uzanan bir 
sıra yaşayış məntəqələrini və kənd təsərrüfatı üçün yararlı torpaqları su altında qoya bilməsi təhlü-
kəsi əsas rol oynayır.Verilmiş rayonun yuxarı hissəsində Barum və Barsum kəndləri yaxınlığında 
bir-birindən 4 km məsafədə yerləşən daha 2 ox nəzərdən keçirilir. Burada çay dərəsi dar olmaqla, 
V-şəkilli formaya malikdir.Hər iki ox orta Yuranın çatlı porfiritlərindən ibarətdir. Yalnız çayın su-
basarında bu süxurlar az qalınlıqlı allüvial çöküntülərlə örtülmüşdür. 
Geoloji cəhətdən hər iki ox əlverişlidir. Lakin, dərənin bu hissəsinin əlçatmaz xarakteri, giriş 
yolunun çətinliyi və digər şəraitləri tikintinin həyata keçirilməsini şübhə altına alır.Beləliklə, Qara-
qoç köç yerinin yaxınlığında yerləşən II mühəndisi-geoloji rayonun təxminən orta hissəsindəki ox 
ən uğurlu variant sayılır. Bəndin seçilmiş oxu çayın axını üzrə Seyfəli oxundan 7,5-8,0 km yuxarıda 
yerləşir. Burada çayın vadisi mürəkkəb dərə-təpəli relyefə malik olmaqla, bəzi yerlərdə sıldırımlı 
dik sahilləri olan dərə formasındadır. Bəndin əsasını kvarslı dioritlərlə təmsil olunan III dövrün ana 
süxurları təşkil edir. Çayın subasar hissəsində bu süxurlar üstdən doldurucusu qum olan iri çaydaş-
ları ilə çaqıllardan ibarət 10 metr qalınlıqlı məcra allüvisi ilə örtülmüşdür. 
Sağ sahildə ana süxurlar yer səthinə ensiz haşiyə şəkilində çıxaraq dik uçurum əmələ gətirir. 
Daha sonra süxurların səthi çöküntü təbəqəsi ilə örtülməklə dərinləşir.Burada quyular vasitəsilə 50-
60 metr qalınlığı malik qədim dərinləşmələr aşkar olunmuşdur. Çayın qədim dərinləşmələrini təşkil 
edən çöküntülər doldurucusu qum-qumca allüvial çaqıllardan ibarətdir. Bu çöküntülərin üzəində 
püskürmə süxurlarının yuvarlaqlanmamış kobud qırıntılarından (qırma daş, xır) ibarət, doldurucusu 
gilcə olan kifayət qədər iri qalınlıqlı delüvial çöküntülər yatır. Çöküntülərin qalınlıqlı 15-20 metrə 
yaxındır. 
Hidrogeoloji cəhətdən sulu təbəqə məcra və dərinləşmələrin çaqıllarından ibarətdir. Sol sahil 
başdan-başa ana süxurların çıxışlarını təmsil edir. Su anbarının kasası əsasən, yamaclarda çıxışları 
olan kvarslı dioritlər üzərində yatan allüvial çaqıllardan təşkil olunmuşdur. 
Aparılmış tədqiqatlara əsasən, bəndin bünövrəsini təşkil edən çöküntüləri 3 mühəndisi-geoloji 
növə ayırmaq olar [3]. 

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin