BİOLOGİYA, TİBB VƏ AQRAR ELMLƏR
113
Cədvəl 2
Şəmkirçay su anbarı hövzəsində formalaşmış süxurların qranulometrik tərkibi
Süxurlar
Süxur hissəciklə-
rinin diametri
Miqdarı
Orta hesabla
miqdarı
1
İri çay daşları
>200 mm
8-22%
12,6%
2
İri qaya parçaları
>200 mm
8-22%
12,6%
3
Xırda çay daşları
200-20 mm
37-57%
48,3%
4
Çınqıllar
20-2 mm
13-29%
18,7%
5
Qum hissəcikləri
2-0,1 mm
14-25%
20,4%
Gil hissəciklərinin orta hesabla 1,7% təşkil etməklə, 0,4% -dən 3,1%-dək dəyişir. Bu süxurla-
rın təbii halda həcm çəkisi 2,0-2,1 t/m
3
təşkil edir. Daxili sürtünmə bucağı 35-36
0
-dir. Süxurlar zəif
və orta sıxılandır.
Birinci təbəqənin süxurları güclü sukeçiriciliyinə malikdir. Susüzdürmə əmsalı orta hesabla
200 m/gün qəbul edilə bilər. 3-cü təbəqənin susüzdürmə əmsalı 0,5-20 m/gün arasında dəyişir. Su-
süzdürmə əmsalının belə dəyişkənliyi görünür çöküntülərin yapışıqlıq dərəcəsinin və sıxlığının eyni
olmaması ilə əlaqədardır. Süxurlar güclü sukeçriciliyinə malikdir və susüzdürmə əmsalının orta he-
sabi qiyməti 5-10 m/gün qəbul edilə bilər.Qırma daş-gilcə çöküntüləri qranulometrik tərkibinin son
dərəcə müxtəlif olması ilə xarakterizə olunur. İri qaya parçaları və çay daşlarının miqdarı orta he-
sabla 6,6%, qırma daşlar-44,4%, xırda-17,7%, qum və toz hissəcikləri uyğun olaraq-18,9% və 9,9%
təşkil edir. Gil hissəciklərinin miqdarı-2,5%-dir.
Beləliklə, qırma daşlı-gilcəli qruntlar qranulometrik cəhətdən müxtəlifdir, lakin digər süxurlar
kimi zəif və orta sıxılandır. Sürtünmə bucağı φ=32-34
0
–dir.
İkinci təbəqənin çöküntülərinin susüzdürmə əmsalı 0,016m/gündən 4,67 m/günədək dəyiş-
məklə, orta hesabla 1,5 m/gün təşkil edir.7-ci təbəqənin çöküntülərini təmsil edən plagioqranitlər-
kvarslı dioritlər praktiki olaraq, sıxılmayan zəif və orta çatlı bərk qaya süxurlarıdır. Bu süxurların
həcm çəkisi orta hesabla 2,7 t/m
3
təşkil etməklə, 2,61-2,90 t/m
3
arasında dəyişir. Sıxılmaya qarşı
müqavimətin qiyməti 1378-3480 kq/sm
2
arasında dəyişir.
Bu süxurlar özlərinin susüzdürmə xüsusiyyətlərinə görə əsasən zəif sukeçiriciliyi malikdir.
Lakin bəzi sahələrdə yüksək dərəcədə sukeçiriciliyi olan zonalar aşkar edilmişdir ki, bu da tektonik
çatlılığı olan lokal sahələrin mövcudluğunu göstərir. Bu süxurların bərkliyi 13-15 arasındadır. Yol
verilə bilən yük 1000 kq/sm
2
-dir. Bəndin seçilmiş oxunun mühəndisi-geoloji şəraiti aşağıdakı kimi
xarakterizə olunur. Bəndin sol cinahı ana süxurlara dirənir, kiçik aşınma təbəqəsinin (1,0-1,5 m)
ləğv edilməsi v 20-30 m dərinliyədək sement örtüyünün yaradılması istisna olmaqla, heç bir mühən-
dis-hazırlıq işləri tələb etmir.
Subasar hüdudlarında bəndin bilavasitə əsasını 10 m-dək qalınlıqlı məcra çaqılları təşkil edir
və yaxşı olardı ki, onlar altda yatan ana süxurlara qədər diş şəkilində kəsilib keçilsin. Vadinin mər-
kəzi hissəsində, bilavasitə subasardan sağda, bəndin əsası çaqılların kiçik qalınlıqlı layları üzərində
yerləşir. Onlardan altda isə ana süxurların yeraltı çıxışları yatır. Burada da həmçinin, örtük layının
diş şəkilində kəsilməsi məqsədəuyğun sayılır.Daha sonra bənd dərinləşmələrin böyük qalınlıqlı ça-
qıl təbəqələri üzərində yerləşir. Bu süxurlar praktiki olaraq sıxılan deyil, lakin yüksək sukeçiricliyi-
nə malikdir ki, bu da uzun və dərin qazma-beton və ya sement örtüyünün yaradılması üzrə ciddi iş-
lərin görülməsini tələb edəcəkdir. Nəhayət, bəndin sağ cinahı birbaşa ana süxurlara söykənir. Ümu-
miyyətlə, dərənin eninin xeyli dərəcədə, iki dəfədən artıq, daralması və uyğun olaraq dərinləşmələ-
rin eninin və dərinliyinin azalması səbəbindən seçilmiş oxun mühəndisi-geoloji şəraiti Seyfəli oxun-
dan daha əlverişli hesab olunmuşdur.
Dostları ilə paylaş: