GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
110
3.Hündür basqılı bənd-suyun həcmi 25 m-dən artıq olur.
Bizim tədqiqat sahəmiz olan Şəmkirçay su anbarının bəndi torpaq bəndlər qrupuna aiddir. Torpaq
bəndin tərkibi əsasən gildən, qumlu gildən səthi örtüyü isə daş parçalarından suvaqlı hörülüb yüksəldil-
mişdir.Ilk əvvəl ərazidə torpaq tökmək üsulu həyata keçirilmiş, ən aşağıdan başlayaraq 20-40 sm qalın-
lığında qat-qat torpaq töküb, katok ilə döyəcləyib bərkitməklə tikilmişdir. Tikinti zamanı hövzə ərazisi
qazılan zaman götürülən torpaq-qrunt-süxurlar bəndin gövdəsinə boşaldılmış, su basqısı vasitəsilə kip-
ləşdirilmişdir. Mərhələ şəklində baş verən bu proseslər nəticəsində torpaq bəndin hər iki maili yamacla-
rında böyük gərginliyə tab gətirə biləcək örtüklərdən istifadə olunmuşdur. Tikinti zamanı istifadə olunan
daşlar suyun və soyuğun təsirinə dayanıqlı olaraq inşa edilmişdir. Gələcəkdə baş verə biləcək sızmanın
qarşısını almaq üçün daş örtüklər suvanmış və səthi hamarlanmışdır [7,8].
Dostları ilə paylaş: