Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə102/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   98   99   100   101   102   103   104   105   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
118 
“Quyucaqlı Yusif” romanı həm ideya-məzmun, həm də dil-üslub baxımından diqqəti cəlb 
edir. Əsərdə qoyulan əsas problemlərdən biri urbanizasıyadır. Yazıçı, “kəndçi”liklə şəhərlilik ara-
sında qalan, mühitinə ayaq uydura bilməyən bir obraz yaradır. 
Digər əsərlərdən fərqli olaraq, Yusifin kənddən ayrılması valideynlərinin itkisiylə əlaqədardır. 
Əsər faciəvi bir ab-hava, quldurların bir evi basıb ər-arvadı öldürdüyü səhnəylə başlanır. Xəbəri eşi-
dib gələn jandarma və qaymaqam Səlahəddin bəyi ər-arvadın qətlindən çox, valideyinlərinin başının 
üstündə sakit bir hüzünlə duran balaca bir uşağı görməsi dəhşətə gətirir. Onun vüqarı, həm kəsilən 
baş barmağının, həm də valideyinlərinin faciəli şəkildə ölümünə səs çıxarmadan, yaşlı bir adam ki-
mi səssizcə duruşu körpə bir uşaqdan çox, dünyagörmüş qələndər bir adamı xatırladır. Səlahəddin 
bəy, kimsəsiz Yusifi himayəsinə götürüb, özüylə Ərdəmitə aparır. Professor Ramazan Qorxmaza 
görə, məkanın Quyucaqdan Ərdəmidə daşınması, tematik güclə qarşı güclərin konfliktinə zəmin ha-
zırlamaq funksiyasını daşıyır [1, s.331]. Hadisələrin gərginləşərək cərəyan etdiyi əsas məkan da elə 
buradır. Səlahəddin bəy, ona ata sevgisi göstərsə də, Yusif heç cürə rahatlıq tapa bilmir, Şahindənin 
“bic kəndli balası” təhqirləri altında əzilərək böyüyür.
Olduqca zəki bir uşaq olan Yusifin məktəbdə uğur qazana bilməməsi də uşaqlıqdan bəri aldığı 
psixoloji travmalarla əlaqələndirilə bilər. Yusif obrazının təbii və səmimi olmasına işarə edərək, on-
dan soylu vəhşi deyə bəhs edən Berna Moranın fikrincə isə, yazıçı Yusifi toplum qurumlarından, 
məktəblərin verəcəyi təhsildən uzaq tutaraq, onun təbiiliyini qorumaq üçün bu addımı atır [2, s.34).
Təbiətə aşina olan Yusifin, ətrafında anlaşa bildiyi yeganə insan isə Səlahəddin bəyin qızı 
Müəzzəzdir. Əsər olduqca maraqlı süjet və kompozisiyaya sahibdir. Yusifin, Müəzzəzə söz atdığı 
üçün fabrikator Hilmi bəyin oğlu Şakiri döyməsi, Şakirin bundan kinlənərək Müəzzəzi ələ keçirmək 
istəməsi, atası Səlahəddini özünə borclandıraraq, əvəzində qızını istəməsi konfliktə zəmin yaradır. 
Yusifin pulu baqqal Əlidən tapması, bu səfər də Müəzzəzin Əliyə ərə getmək məcburiyyətində qal-
ması, Şakirin isə Əlini öldürməsi hadisələri düyünləndirməyə başlayır. Bu hadisəni qırılma nöqtəsi 
kimi dəyərləndirə bilərik. Əlinin qətlindən sonra Şakir və Yusif arasındakı konflikt daha gərgin və 
açıq vəziyyət alır. Professor Ramazan Qorxmaz, bu detala toxunaraq yazır ki, “Əli maneəsinin orta-
dan qalxması, həm qarşı gücün, həm də tematik gücün hədəf obyekti olan Müəzzəzə olan istəklərini 
yenidən hərəkətə keçirir” [3, s.181]. Müəzzəzlə Yusifin qoşulub qaçması və gizlincə evlənməsi, Sə-
lahəddin bəyin yenidən onları himayə etməsi, Şakir və Şahindənin ona olan nifrətini gücləndirir. Öz 
yanında Yusifi işə düzəldən, Səlahəddin bəy, 30 illik təcrübəsi ilə ona, “Həyatdan çox şey gözləmə. 
Dünyada hər fəlakətin içindən ən az zərərlə siyrilmənin yolu həyata uymaq, mühitə uymaq, heç siv-
riməməkdir. ... Səadət həyatı olduğu kimi qəbul etməkdir” [4, s.157] nəsihətlərini verir. Onun xoş-
bəxt günləri isə uzun çəkmir, Səlahəddin bəyin ölümü ilə maddi və mənəvi çöküş başlayır: “Artıq 
həyatda təkbaşına idi. Daha doğrusu təkbaşına ayaqda durmağa və özündən başqa iki nəfəri də sax-
lamağa məcburdu. Söykənəcək heç kimi yox idi” [4, s.168]. Belə bir vəziyyətdə, Səlahəddin bəyin 
yerinə təyin olunan yeni qaymaqam İzzət bəy, Şakir və Şahində xanımla iş birliyi edərək, Müəzzəzi 
ələ keçirmək, Yusifi Ərdəmitdən uzaqlaşdırmaq üçün onu aşağı məvacibli kənd təhsildarlığına təyin 
edir. Beləliklə, Şahində, Şakir və İzzət bəy vahid güc altında birləşərək Yusifə qarşı mübarizə apa-
rırlar. Yusifə dərin nifrət duyan meşşan təbiətli Şahində qızı Müəzzəzi əxlaqsızlığa sürükləməkdən 
də, qətiyyən çəkinmir. Müəzzəz nə qədər dirənsə də, anasına qarşı çıxa bilmir. Bataqlığa sürüklən-
diyinin fərqində olan Müəzzəz dərin ruhi-psixoloji gərginlik keçirir. Onun daxili konfliktində bu ay-
dın şəkildə öz əksini tapır. Nümunəyə baxaq;
“Müəzzəz bəzi günlər dəli kimi çırpınır, “Yusif”, “Yusif” deyə bağırırdı. Onun hər şeydən xə-
bərdar olmasını, evə gəlib onu döyməsini, hətta bıçaqlamasını, ortalığı altını-üstünə çevirməsini is-
təyir, ancaq o zaman bu işlərdən sıyrıla biləcəyini hiss edirdi. Yoxsa özü əsla ona gedib hər şeyi 
söyləyə bilməz və ya anasının arzularına qarşı çıxıb başqa bir yaşayış şəklinə dönə bilməzdi” [4, 
s.195-196]. Qeyd edək ki, obrazın daxili konflikti Yusif və Səlahəddin bəy xarakterlərində də yeri 
gəldikcə müşahidə olunur. Bir parça çörək üçün işləməyə gedən, arxasından çevrilən işlərdən xəbər-
siz olan Yusifin daxili konflikti bu baxımdan diqqəti cəlb edir: “Gənc adam, bir-birinə zidd iki dü-
şüncənin altında qıvrılırdı. Eşitdikləri, təxminlər, Müəzzəzin halı bu evdə nələrinsə baş verdiyini 



Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin