Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə103/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   99   100   101   102   103   104   105   106   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

HUMANİTAR ELMLƏR
 
119 
deyirdi, fəqət bir kərə daha Müəzzəzə baxmaq, bu qızcığazın dünyanın ən məsum insanı olduğun-
dan şübhələnməyi mümkünsüz edirdi” [4, s.204].
Qeyd edək ki, əsərdə konflikt ailə-məişət müstəvisində qurulsa da, əslində varlı-kasıb, ağa-rə-
iyyət arasındakı ziddiyyətlər açılıb göstərilir. Əzənlər və əzilənlər, varlı harın ağalar, bəylər təbəqəsi 
və məzlum xalq olmaqla iki güc üz-üzə gətirilir. Zavallı Kübranın başına gətirilən faciə, Şakir ağa-
nın simasında ağa özbaşınalığını, zorbalığını göstərir. Məcburiyyətdən Şakirgilin zeytunluqlarında 
fəhlə kimi çalışan bu qadınların hər cür əxlaqsızlıqla üzləşməsi təsadüfi detal deyildir. Kübra və 
qaymaqam Səlahəddin bəy arasındakı dialoq bu baxımdan diqqəti cəlb edir: 
-
““Az şey çəkməyib başın, balaca!” dedi, “fəqət hər şey keçər. Hər şey unudular. Özünü bu 
fəlakətin içində qeyb etmənin bir mənası yoxdur. İnsan, bir azca qələndər olmalıdır!” 
Bu sözləri Kübranın anlamayacağını düşünərək davam etmədi. Fəqət Kübra verdiyi cavabla, 
nəinki kəlimələri, söylənilən sözün ruhunu belə qavradığını göstərdi, dedi ki: 
- “Heç vaxtı keçməyən, unudulmayan şeylər də vardır, bəy əfəndi! Ölənə qədər insanın çiyin-
lərindən ata bilməyəcəyi yüklər də var”” [4, s.67]. 
Kübranın anasının, “Biz ahımızı Allaha buraxdıq” sözləri isə kasıbçılıq içində sürünən zorba-
lar qarşısında əzilən, istismara, hətta təcavüzə məruz qalan kasıb təbəqədən olan çarəsiz bir qadının 
acı faciəsini ifadə edir. Yazıçı göstərir ki, Şakir kimi özbaşına ağaların sayəsində, kasıb, çarəsiz 
Kübralar zülm çəkir. Onun bu zorbalığı təkcə işçi qadınlara qarşı yönəlməyib. Şakirin Əlini qətl et-
diyi halda, yalançı şahidlərlə məsuliyyətdən yayınması da, bu hərcmərcliyin, özbaşınalığın göstəri-
cisidir. Əsərdə Şakir, əlaltıları Hacı Ətəm, vəkil Hilmi bəy, İzzət bəy kimi ağa, bürokrat obrazlar is-
tismarçı təbəqəni təmsil edir. Quyucaqlı Yusif, bütün gücü ilə haqq-hüquq tanımayan Şakirlərlə, Şa-
hindələrlə, İzzətlərlə mübarizə aparmağa çalışır. Onların arasındakı kəskin ziddiyyət silahlı qarşı-
durma və Müəzzəzin ağır yaralanmasıyla nəticələnir. Tədqiqatçı N.Mustafayeva, Müəzzəz obrazına 
toxunaraq, çox haqlı olaraq yazır: “Müəzzəz təmiz, pak məhəbbətin rəmzidir. .. Ağa-bəy tayfasının, 
anasının bütün hədə-qorxularına baxmayaraq Yusifin arzuladığı işıqlı gələcəyə onunla birlikdə get-
məyə hazırdır. Lakin, bir “kor mərmi” onun bu arzusunu yarımçıq qoyur” [5, s.152]. Beləcə, Yusif, 
sevdiyini bu bataqlıqdan qurtarıb tərtəmiz başlanğıc qurmaq istəsə də, ağaların, bəylərin hökmranlıq 
etdiyi bir dünyada buna müvəffəq ola bilmir. Yusiflə Müəzzəzin məsum sevgisi bu çirkin mühitdə 
məhv olur. Yuxarıda qeyd etdiyimiz kimi əsər fəci bir başlanğıcla başlayıb eyni sonluqla da bitir. 
Əsərin əvvəlində ata-anasının cənazəsi üstündə mətanətlə duran Yusif, sevdiyinin ölümünü də eyni 
acı və mətanətlə qəbul edir. “İçindəki bütün yıxıntılara, bütün kədərlərə baxmayaraq, başını yerə əy-
mək istəmirdi. Matəmini ortaya vurmadan tək başına yüklənəcək və yeni bir həyata doğru yürüyə-
cəkdi” [4, s.220]. Bu sətirlərdən, Yusifin, içindəki əzabları, acılarıyla yenə də təkbaşına qaldığını, 
ətrafıyla bütünləşə bilməyəcəyini anlayırıq. Yusif, ömrünün ən qorxunc illərinin keçdiyi Ərdəmidə 
nifrətlə baxıb, dağlara üz tutur. Qəhrəmanın vəhşi təbiətə, yabani dağlara sığınması rəmzi xarakter 
daşıyır. Bu qaçış, əslində konfliktin bitmədiyini, fərqli boyutlarda davam edəcəyini göstərir.
Qeyd edək ki, “Quyucaqlı Yusif” türk ədəbiyyatında ilklərə imza atan roman baxımından xü-
susi ilə əhəmiyyət kəsb edir. Tədqiqatçı, Ə.Qaraca yazır ki, bu əsər, Russonun üsyan və təbiətə dö-
nüş fəlsəfəsindən qaynaqlanan üsyan temasını işləyən ilk türk romanıdır. Digər tərəfdən Anadoluda-
kı ictimai quruluşun tənqidi baxımından da ilk sayıla bilər. .. Hər nə qədər qəsəbə həyatından bəhs 
etsə də, S.Əli, Y.Kamal və K.Tahir zəncirinin ilk halqası olaraq qəbul edilməlidir [6, s.119]. Bütün 
bunlar, “Quyucaqlı Yusif”in türk ədəbiyyatında böyük hadisə olduğunu göstərir.
Nəticə
Tədqiqat zamanı, XX əsrin əvvəllərində Türkiyədə də, sosialist-realizmin inkişaf etdiyini, Sə-
bahəddin Əlinin kimi qüdrətli yazıçının bu səpkidə əsərlər qələmə aldığını görürük. Xüsusi ilə yazı-
çının, “Quyucaqlı Yusif” romanı bu baxımdan diqqəti cəlb edir. Bu əsəri, 1930-cu illər türk romanı 
kontekstində tədqiq edərkən, “Quyucaqlı Yusif”in klassik türk romanının əsas nümunələrindən biri 
olduğu qənaətinə gəlirik. Əsərdə, daxili konflikdən daha çox, mühit və ədəbi qəhrəman arasındakı 
ziddiyyətlər öz əksini tapmışdır. Əsərin əsas qəhrəmanı kənddən şəhərə gələn Quyucaqlı Yusif, 


GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
120 
qaymaqam Səlahəddin bəy, istismara məruz qalan Kübra kimi obrazlar mühitlə gərgin ziddiyyət 
yaşayırlar. Yazıçı, böyük ustalıqla, bu konfliktin psixoloji səbəbləri üzərində duraraq, obrazların da-
ha dərin mənəvi qatlarını açmağa çalışır. Əsərə əhəmiyyət və aktuallıq qazandıran digər bir məsələ 
isə, ədəbiyyatşünaslığın önəmli məsələlərindən biri olan obrazın mühitinə yadlaşması, uyuşmazlıq 
sindromu yaşamasıdır.

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin