Açar sözlər :
Qarabağ dialektləri, ədəbi dil, Türk dilləri, şivələr Qarabağ Azərbaycanın ən qədim bölgələrindən biridir. “Qarabağ” sözü “qara” və “bağ” söz-
lərinin birləşməsindən yaranıb. Bildiyimiz kimi, qara sözü Azərbaycan və digər türk dillərində “bö-
yük”, “qalın” və rəng mənalarında işlənir. Buradakı “Qara” sözü
böyük, qalın mənasındadır, yəni,
Qarabağ “böyük bağ”, “qalın bağ” deməkdir. Bu söz, eyni zamanda, aid olduğu ərazinin, yerin bir
türk torpağı olduğunu adı ilə də sübut etmiş olur. Azərbaycan dili dialekt və şivələrində, Qarabağ
dialektlərinin araşdırılması və öyrənilməsi xüsusi əhəmiyyətə malikdir.
Qarabağ dialektləri söz varlığı baxımından çox zəngindir. Bu dialektlərdə özünü göstərən bə-
zi özəlliklər sadəcə Azərbaycan türkcəsi deyil, həmçinin bütün Oğuz qrupu türk dilləri üçün böyük
əhəmiyyət kəsb edir. Uzun bir tarixi dövrü özündə əks etdirən Qarabağ dialektləri Türk dünyası ilə
fərqli və ya bənzər bir çox ortaq xüsusiyyətlərə malikdir. Tədqiqat zamanı Qarabağ dialektlərində
işlənən bəzi sözlərin istər eyni, istərsə də fərqli mənada Türkiyə türkcəsində də istifadə olunması ilə
qarşılaşdıq. Bu sözləri türk dilində işlənən formaları ilə müqayisə edərkən fonetik baxımdan bəzi
fərqlər müşahidə edilir, lakin sözlər vasitəsilə leksik-semantik baxımdan eyni və ya yaxın mənalar
ifadə olunur.
BAŞAX ( ADDL, s. 61
) Qarabağ dialektlərində biçin zamanı yerə tökülən sünbül mənasındadır.
Yerə tökülən sümbülə başax deyiriẋ. Türkiyə türkcəsində də bu söz
başak şəklində yazılır və
eyni mənanı bildirir.
BAŞDIX ( ADQŞ, s. 177
) Qarabağ dialektlərində
toy vaxtı qız evinin oğlan evindən aldığı pul, heyvan və s. mənasında
işlənir, Türkiyə türkcəsində
başlık düğün zamanı kız evinin erkek tarafdan aldığı para, hayvan vb. eyni mənadadır.