125
TUTAĞAÇ Qarabağ dialektlərində
ocağın üstündən qazanı götürmək üçün istifadə edilən köhnə parça mənasında işlənir.
Türk dilinin Çanakkale şivəsində
tutaç, tutagaç formasında işlənir (ADAM, s. 67).
Qarabağ dialektlərində işlənən
şapalax və Türkiyə türkcəsinin Van şivəsində
şapalık eyni
mənada istifadə olunur (ADAM, s. 76).
Qarabağ dialektlərində
gəbə , Türkiyə türkcəsinin Manisa, Beyazit, Ağrı, Kars şivələrində iş-
lənən
geve eyni mənanı verir. Hər ikisi ədəbi dildəki xalça, halı mənalarında işlənir (ADAM, s. 54)
. Qarabağ dialektlərində işlənən
qıcıx verməẋ - təsir etmək, qıcıqlandırmaq, Türk dilinin Qazi-
antep şivəsində
gicik vermek həsəd və təhrik etmək, sevməyənlərə qarşı qəsdən yaxşı vəziyyətdə
görünmək mənasında işlənir (ADAM, s. 38) .
Qarabağ dialektlərində işlənən
qıyma bir şeyi kiçik-kiçik doğramaq, kəsmək, xırdalamaq Türk
ədəbi dilində eyni mənada, Türk dilinin Çankırı şivəsində isə
kıyma şəklində kiçik quşbaşı doğran-
mış ətlərdən qovurularaq hazırlanmış qışlıq qovurma mənasında işlənir (ADAM, s. 37) .
Qarabağ dialektlərində işlənən
qora və Türkiyə türkcəsindəki
koruk yetişməmiş, dəyməmiş üzüm, kal meyvə mənasında eyni mənanı verir (ADAM , s. 38) .
Qarabağ dialektlərində işlənən
qaxınc eləmək, qaxmaq etdiyi bir yaxşılığı insanın üzünə vu- raraq onu məzəmmət etmək, Türk dilinin Qaziantep şivəsində
kahınç Qarabağ dialektlərində işlə-
nən mənada, yəni,
başa qaxılan şey, söz, hərəkət