GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
130
teleut, şor ləhcələrində “100 manat”, feil kimi altay, teleut, krım, kazan, Azərbaycan, krım dillərin-
də “tutmaq”, “aparmaq”, “dartmaq” mənalarında işlək olduğu qeyd olunur. Bu sözün
qab
forması
Quba şivəsində “qarğıdalının dənəsiz qıçası”, “alma, armud” və s. meyvələrin yeyiləndən sonra qa-
lan (atılan) hissəsi; anlamında hal-hazırda işləkdir. Ədəbi dildə isə qab sözü “xörək hazırlamaq”,
“içərisinə yemək şeyləri qoymaq üçün istifadə olunan əşya” kimi anlaşılır. Dildə işlək olan qab-qa-
şıq, qab-qazan ifadələrində bu söz toplu isim anlamında işlənir (4, səh.721).
Kal—qal
KTc9, ş16, 20, T4, 13, MÇ 15, 22, Y8, 32-də “qalmaq” mənasında yer alan bu feilə DTS-da
(12, səh.410) eyni anlam və formada rast gəlirik. Lüğətdə bu söz (9, T2, I səh.219) osmanlılarda
“təmizlənmə”, qırğız, saqay ləhcələrində vəziyyət, altay ləhcəsində “tənbehedici söz” kimi izah olu-
nur. Bu sözün feil kimi də izahı var. Belə ki, koman, kazan, barabin, qırğız, osmanlı, krım, Azər-
baycan dillərində feil kimi iki-“qaçmaq” və “ölmək” mənaları işlək olub. Hal-hazırda bu söz “oldu-
ğu yerdə və halda durmaq”, “yerini dəyişməmək, getməmək”, “var olmaq, mövcud olmaq”, “qonaq
olmaq” mənalarında işləkdir. Bu leksem zaman və vaxt bildirmək üçün də işlədilir.(Saat beşə qalır
beş dəqiqə.) Birləşmə daxilində “avara qalmaq, sağ qalmaq, gözü qalmaq, heyran qalmaq” mənala-
rında işlənir (4, səh.25).
Kan—qan
Bu söz omonim söz kimi KTş 24, T52, IB36-da “qan”, O1,12.T 2,3, Suci, Y3, 10, 54 abidələ-
rinin dilində “xan” mənasında işlənib. DTS-da (12, səh.416) söz eynilə qədim abidələrdə olduğu
mənalarda izah olunub. Lüğətdə (9, T2,I səh.100)
kan
sözü tarançin, teleut, altay, qırğız, kazan dil-
lərində “sual əvəzliyi”, “qan”, “xan”, uyğur dilində “mədən, mədən ocağı” feil kimi “razı qalmaq,
məmmun olmaq” mənalarında işlək olduğu qeyd olunub. Söz müasir ədəbi dildə “orqanizmdə hü-
ceyrələrin, maddələr mübadiləsini təmin edən qırmızı maye” mənasını bildirir. Məcazi mənada isə
bu söz “qan qohumluğu”, “qətl, adam öldürmə”, “düşmənçilik, qanlı ədavət”, “dava, müharibə”,
“təbiət, fitrət” anlamlarında işlənir (4, səh.29).
Dostları ilə paylaş: