Ton(maq)—don(maq) Bu söz IB 88-də “don(maq)” feli mənasında işlənib. DTS-da (12, səh.575) bu söz eyni forma-
da eyni anlamda izah olunur. V.V.Radlov isə bu sözü
toņ kimi qeyd edərək, cığatay, altay, şərqi tür-
küstan, şor, lebedin ləhcələrində “möhkəm, bərk”, “kobud, yağlı və piyli” mənalarında izah edib.
Feil kimi bu sözün izahını verməyib (10, T3,II səh.1170). “Donmaq” mənasında isə lüğətdə cingilti-
ləşmə prosesini keçmiş
t-don(maq) feli yer alıb. Onun qeydlərinə əsasən bu söz cığatay, Azərbay-
can, osmanlı dillərində ilkin anlamında işlənib (10, T1,II səh.1859). Bu sözün “d” ilə əvəzlənmiş
variantı hal-hazırda ədəbi dilimizdə ilkin mənasını mühafizə etmiş formada işlənməkdədir.
b-p b-p əvəzlənməsi qıpçaq dil təsirinin nəticəsidir.
Boz—pozmaq Bu omonim söz KTş 32, KÇ4, IB72-də “boz, yəni rəng” O9, HT3-də isə “pozmaq” feli anla-
mında işlənib. DTS-da (12, səh.115) bu sözün (
buz variantı ) əlavə olaraq “dağıtmaq” mənası da yer
alıb. Lüğətdə bu leksemin osmanlı, Azərbaycan, krım, cığatay, tarançin, qırğız, türkmən ləhcələrin-
də “boz rəng” mənası qeyd olunub. Qırğız dilində əlavə olaraq “ağarmış, rəngi getmiş” mənası da
verilib. Feil kimi sözün osmanlı dilində
buz//poz varianları “dağıtmaq, sındırmaq”, “ziyan vurmaq”,
“qalib gəlmək”, “silmək, pozmaq” mənaları izah olunub (11, T4,II səh.1672). Müasir ədəbi dildə bu
söz
“qaralamaq ” felinin sinonimidir
. Məcazi mənada söz “
qaydadan kənara çıxmaq”, “nizamsız hala salmaq”, “qarışdırmaq”, “sükuta son qoymaq” mənalarında işləkdir (4, səh.617).
Tab—tapmaq Bu söz Y5-də “tapmaq” feli kimi yer alıb. DTS-da (12, səh.525) bu feilə yenidən rast gəlirik.
Lüğətdə bu felin eyni anlamda
tap forması cığatay, ilkin
tab variantı isə osmanlı dili üçün xarakte-
rik olduğu qeyd olunub (10, T4,I səh.959). Hal-hazırda bu söz “axtarış, aramaq nəticəsində meyda-
na çıxarmaq” mənasında işlənir. Məcazi mənada
“söz görmək, hiss etmək”, “danışılan bir sözə is- tehzalı münasibət bildirmək” mənalarına malikdir. Bu feil həmçinin bir sıra isimlərdən sonra gələ-
rək, mürəkkəb feil yaradır: fürsət tapmaq, nöqsan tapmaq, yol tapmaq və s. (5, səh.266). Hal-hazır-
da M.Şirəliyev, R.Rüstəmovun qeydlərinı əsasən nadir hallarda təsadüf edilən hadisələrdən biridir.
P səsinin əvəzlənməsi Quba dialektində bir neçə sözün birinci və ikinci hecasında təsadüf olunur.
Məsələn:
bişik, köbik və s.( 7, səh.45).