HUMANİTAR ELMLƏR
129
tutma” məcazi mənada isə “oğurluq, soyğunçuluq yolu ilə ələ keçirilmiş hər şey, qənimət” demək-
dir (4, səh.534).
Bar-var
Türk dillərində
bar//var
“varlıq, mövcud olan hər şey”, “hər bir insan, var, dövlət”, “məhsul”,
“artmaq, çoxalmaq”(heyvan, bitki haqqında), “getmək, itmək, yox olmaq”, “aparmaq”, “vermək”
mənalarını bidirir. H.Məmmədzadənin fikrincə
bar//var (ber//ver)
həmçinin “insan”, “tanrı, yüksək
mənəvi keyfiyyətlər, haqq-ədalət” mənalı sözlərin əmələ gətirir. Müasir dildə
buraxmaq, vurmaq
fe-
illərinin kökü
bur//vur, bur//var
-ın fonetik variantlarıdır. V.V.Radlov bu sözü tarançin, lebedin, os-
manlı, cığatay dillərində isim kimi “var, dövlət”, osmanlı, cığatay, qırğız, karluq dillərində feil kimi
“vermək, aparmaq”, “çatmaq, yetışmək” mənalarını qeyd edib (11, T4,II səh.1530). Müasir dildə
Qazax, Tovuz şivələrində bu söz “mal-qara” mənasında işlənir (1, səh.96). Müasir ədəbi dildə bu
söz “olan, mövcud olan, varlıq, mövcudiyyət”, “dövlət, sərvət” mənalarını bildirir (5, səh.463).
Dostları ilə paylaş: