Tan—dan T35, İB38 abidələrində bu söz iki-“şəfəq, dan”, “vücud, bədən” mənalarındadır. DTS-da (12,
səh.531) bu söz eyni formada eyni anlamlarda qeyd olunub. Lüğətdə (10, T3,I səh.803) bu ismin iş-
ləklik dairəsi geniş qeyd olunub. Söz tarançin, qırğız, saqay, şərqi türküstan dil və ləhcələrində “tə-
əccüb nidası” kimi, koman ləhcəsində “möcüzə” altay dilində “qiymət”, tarançin, cığatay, altay, qır-
ğız, qara-qırğız, kazan, koman ləhcələrində “şəfəq”, feil kimi isə altay, teleut, barabin, qırğız, cığa-
tay ləhcələrində “bağlamaq” mənalarında izah olunub. Müasir dildə
dan sözü “günün doğmasına
azca qalmış havanın işıqlanması, sabah açılarkən günəşin üfüqdə ilk ağarması” deməkdir. Birləşmə
daxilində bu sözə
dan atmaq, dan yeri ağarmaq (sübh açılmağa başlamaq), dan ulduzu, dan vaxtı (sübh tezdən), dan yeli (səhər küləyi) və s. hallarda rast gəlirik (4, səh.530).
Ta(s)ş—daş “Daş” mənasında bu sözə MÇ21 abidəsində
tas O1, KTc10,11; BKc15, Y24, 48,49; abidələ-
rində isə
taş formalarında rast gəlirik. Lüğətdə V.V.Radlov
tas sözünü osmanlı, krım ləhcələrində
GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 128
“fincan” mənasında, altay, lebedin, şor ləhcələrində “hamar, düz” qırğız, saqay ləhcələrində
tas sö-
zünün işlək
taş variantını “daş” mənasında izah edir (10, T3,I səh.914). Müasir dildə bu sözün
daş variantı işləkdir və bir çox mənaları özündə cəmləşdirir: “suda həll olunmayan bərk cisim”, “bıçaq
itiləmək üçün daş çarx”, “bəzək üçün işlədilən füruzə” məcazi mənada rəhimsizlik, çox bərk və s.
Birləşmə şəklində bu söz
daş atıb başını tutmaq (boynuna almamaq), daş atmaq (sataşmaq, kinayə ilə demək), daş daş üstə qalmamaq (tamamilə dağıtmaq), daşa dönmək (bərkimək), daşını atmaq (azad olmaq) kimi nümunələrdə işləkdir (62, səh.544).