TURUN ( ADDL, s. 389
) Qarabağ dialektlərində
nəsil mənasını bildirir.
Bu kətdəkilərin hamısı Abbas kişinin turunu- du. Türkiyə türkcəsində işlənən
torun ; 1. bir kimseye göre çocuğunun çocuğu. 2. (çoğul olarak kullanıldığında) aynı soydan gelenler mənasını ifadə edir.
TUTUX ( ADDL, s. 391
) Qarabağ dialektlərində
bağlı mənasındadır.
Burdan getmə, yol tutuxdu. Türkiyə türkcəsində
tutuk şəklində işlənir və aşağıdakı mənaları ifadə edir.
1. düzgün, akıcı, rahat bir biçimde konuşamayan (kimse). 2. çekingen, durgun, sıkılgan, utangaç (kimse) .
XIRSIZ ( ADDL, s. 414
) Qarabağ dialektlərində aşağıdakı mənaları verir:
1. güclü, qüvvətli. 2. qanmaz mənalarında işlənir.
Bu elə uşaxlıxdan çox xırsızdı. Türkiyə türkcəsində
hırsız ; 1. başkasının malını kimse görmeden alan, çalan (kimse). 2. hırsızların, uğruların çok olduğu yer mənalarında istifadə olunur.
Tədqiqatımız, əsasən, müasir türk dilinə aid olsa da, tədqiqat zamanı Müasir türk dilinin mü-
əyyən şivələrində, həmçinin, türkoloq, dilçi alim Nikolay Aleksandroviç Baskakovun “тюркские
языки” kitabında fərqli türk dillərində işlənən bəzi sözlərin Qarabağ dialektlərində də istifadə olun-
duğunu müşahidə etdik və qeyd etməyi lazım bildik.
Qıpçaq türkcəsində işlənən эшик ( kapı) уй (ev) (“тюркские языки” с. 118)
Qarabağ dialektlərində eşik (dışarı, kapı), uy, öy (ev) eyni mənada işlənir. Yazılışında bəzi fo-
netik dəyişikliklər müşahidə edilir.
1
Kelime Anlamı Kaynağı : Türk Dil Kurumu Güncel Türkçe Sözlüğü