Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə98/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   94   95   96   97   98   99   100   101   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

 
 
 


GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
114 
Nəticələr: 
1. 
Şəmkirçay su anbarının ərazisi geomorfoloji cəhətdən Şəmkirçayın və müvəqqəti axımların 
relyefdə aydın nəzərə çarpan gətirmə konuslarının inkişaf zonasını təmsil edir. Oroqrafik cəhətdən 
ərazi əsasən dağətəyi və düzənlik, qismən isə dağlıq zona hüdudlarında yerləşir. Ərazi seysmik cə-
hətdən zəlzələ şkalası üzrə 8 ballıq zonaya daxildir. 
2.
Dağlıq və dağətəyi zona daimi və davamlı su horizontunun olmaması ilə səciyyələnir. Ye-
raltı suların yatma dərinliyi 10 m-dən 60 m-ə qədər və daha böyük hüdudda dəyişir. Qrunt sularının 
yatma dərinliyində müəyyən qanunauyğunluq vardır, şimal və şimal-şərq istiqamətində bu dərinlik 
azalır. 
3. 
Şəmkirçay üzərində tikilmiş torpaq bəndli Şəmkirçay su anbarı gələcəkcə anbarın aşağı 
byefində və əkinə yararlı torpaqlarda basqılı sızma prosesi nəticəsində eroziya proseslərinin inkişa-
fına və aşınmalara səbəb ola bilər. Buna görə də yarana biləcək problemləri əvvəlcədən müəyyən 
etmək, aradan qaldırmaq (qarşısını almaq) üçün mümkün mühəndisi tədbirlərin həyata keçirilməsi 
zərurəti yaranır. 
4.
Bənd vasitəsilə yaradılan su anbarının həcmi, suyun sızması və buxarlanması diqqətə alın-
maqla, təsərrüfatın yaz yaxud yay mövsümlərində suya olan tələbatını ödəməlidir. Gölün dibini ya-
xud yanlarını yaradan laylar suyu bacardığı qədər az sızdırmalıdır.
Təkliflər: 
Ümumiyyətlə ehtimal olunur ki, Şəmkir çayı üzərində tikilmiş torpaq bəndli Şəmkirçay su an-
barında da digər su anbarlarında olduğu kimi baş vermiş ekoloji gərginlik və ətraf mühitə neqativ 
təsirlər qaçılmaz olacaqdır. Anbarı aşağı byefində yamaclarda və digər əkinə yararlı torpaqlarda 
basqılı sızma prosesi nəticəsində gələcəkdə torpaqlarda baş verə biləcək eroziya və torpaq aşınmala-
rına səbəb olacaqdır. Çünki belə problemlərin bir çoxunu kökündən həll etmək olduqca çətindir, 
hətta mümkün deyil. Ona görə də kaskad su anbarlarının yaratdığı və fəsadları müəyyən qədər ara-
dan qaldırmaq (qarşısını almaq) üçün mümkün mühəndisi tədbirlərin həyata keçirilməsi zərurəti ya-
ranır. Bunun üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi təklif olunur: 
- Su anbarı hidroqovşaqlarının sahil yamaclarındakı maili yatımlı tez islanan və güclü axıcılıq 
qabiliyyətinə malik olan süxurların yeri müəyyən olunmalı, üst laydakı qruntlar mümkün qədər kə-
silərək (qazılaraq) başqa ərazilərə daşınıb, çuxur hissələrə tökülüb bərkidilməlidir; 
- Sürüşmə ehtimalı olan yamaclar svay cərgələri, svay-qrunt, armo-qrunt və digər tətbiqi 
mümkün olan konstruksiyalar bərkidilməlidir; 
- Qeyd olunan yuxarıdakı tədbirlər Şəmkirçay su anbarı üçün urbanizasiya dövründə həyata 
keçirilməlidir; 
- Su anbarlarında su səviyyəsinin dəyişilmə dinamikası dəqiq öyrənilməlidir və bu dəyişmələ-
rin ətraf ərazilərə təsiri müəyyənləşdirilməlidir; 
- Basqılı su sızmasının baş verdiyi təbii yamaclarda küvetlərin və drenajların tikilmə zərurəti 
yoxlanılmalıdır; 
- Yamaclardan sızan suları və yamaclara düşən yağış sularının təhlükəsiz kənarlaşdıra bilən 
kompleks sistem qurğuları tikilməlidir; 
- Aşağı byefdə yararlı münbit torpaqları eroziyadan və aşınmadan qorumaq üçün basqılı sızan 
suların həmin ərazilərə çatmasına mümkün qədər imkan verməmək lazımdır və bunun üçün basqılı 
sızma prosesi həmin ərazilərdə ən dərin qrunt laylarına qədər belə öyrənilməlidir; 
- Sürüşmə və yuyulma ehtimalı olan yamaclarda (aşağı byefdə) ot əkilməli, çim döşənməli və 
əraziyə uyğun dərin kökləri olan ağaclar əkilməlidir. 
Beləliklə, təklif olunan tədbirləri həyata keçirməklə ərazidə ekoloji mühiti dəyişmək olar.


BİOLOGİYA, TİBB VƏ AQRAR ELMLƏR

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin