Ə
LAV
Ə
: D
Ə
R
İ
N D
Ə
Y
İŞİ
KL
İ
KL
Ə
R
157
XX əsrdə bir evə ötürülən elektrik enerjisinin böyük qismi bir-
başa fərdi istehlak (işıqlandırma) üçün istifadə edilirdi.
Lakin za-
man keçdikcə, bu və başqa ehtiyaclar üçün istifadə edilən enerjinin
miqdarı tost aparatları, qabyuyan maşınlar,
televizorlar və kondisi-
oner kimi daha mürəkkəb cihazlar üçün istifadə edilən enerji miq-
darını ötə bilmədi.
İnternet də eyni yolu izləyir: hazırda evlərə ötürülən internet
trafikinin çox hissəsi ünsiyyət və əyləncə
məqsədilə fərdi istehlak
üçün istifadə edilir. Bundan başqa, insanlara işıqları, pərdələri, ha-
valandırma sistemlərini, sərinkeşi,
səs və videonu, təhlükəsizlik sis-
temlərini və müxtəlif növ ev alətlərini idarə etmək imkanını təmin
edən ev avtomatlaşması prosesində çox sürətli dəyişikliklər baş ve-
rir. Hər
növ xidmət üçün, məsələn vakuum təmizləmə üçün qoşul-
muş robotlardan istifadə edilməsi əlavə dəstək təmin edir.
Müsbət təsirlər
-
Resursların səmərəliliyi (daha az enerji
istifadəsi və daha
aşağı xərc);
- Rahatlıq;
-
Təhlükəsizlik/asayiş və icazəsiz müdaxilələrin aşkar edilməsi;
-
Girişin nəzarətdə saxlanılması;
- Evin
paylaşılması;
-
Müstəqil yaşamaq bacarığı (gənc/qoca fiziki məhdud şəxs-
lər üçün);
-
Daha çox məqsədli reklam və biznes
üzərindəki ümumi təsir;
-
Tibbi xidmət sistemlərinin xərclərinin azalması (xəstəxa-
nada qalmaların və həkimlərin xəstə ziyarətlərinin azalma-
sı, dərman qəbuletmə prosesinin izlənilməsi);
-
Real vaxt rejimində izləmə və video yazılışı;
-
Xəbərdarlıq, həyəcan təbili və təcili tələblər;
-
Uzaqdan evə nəzarət (məsələn, qaz vanasını bağlamaq).