Mühazirələr Müəllimlər: Babayev E. A, Rzayeva T.İ. Sumqayit 2020 f ə nnin m ə qs ə



Yüklə 131,33 Kb.
Pdf görüntüsü
səhifə5/43
tarix25.12.2023
ölçüsü131,33 Kb.
#196964
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   43
529-19.111

Ölçü və kənaraçıxma xətləri
.Çıxıntı xətləri kontur xətlərinə paralel 
olmalıdır. Kontur və ölçü xətləri arasındakı məsafə ən azı 7 – 10 mm götürülür. 
Çıxıntı xətləri ölçü xətlərindən 1 – 5 mm kənara çıxmalıdır. Ölçü və rəqəmləri ölçü 
xətlərinin üstündə və imkan olduqca təxminən orta hissədə yazılmalıdır. Hər bir 
ölçü çertyojda bir dəfə yazılır və təkrar olunmamalıdır. Kiçik ölçülər daxildə, 
böyük ölçülər isə kənarda yazılmalıdır. Ölçü xətlərini kənara sürüşdürmək lazım 
gəldikdə çalışmaq lazımdır ki, kənaraçıxma xətti ölçü xətti ilə paraleloqram əmələ 
gətirsin.
Ölçü və kənaraçıxma xətləri bütöv nazik xərlə çəkilir. Ölçü xətləri bir – biri 
ilə və kənaraçıxma xətləri ilə kəsişməməlidir. Bir – birinə paralel ölçü xətləri 
çəkildikdə kiçik ölçülər təsvirin konturuna yaxın, böyük ölçülər isə konturdan 
uzqda çəkilir. 
Ölçü xətlərinin uclarında ox işarəsi qoyulur. Yer azlıq etdikdə ox işarəsi 
gözəçarpan nöqtələrlə və ya maili ştrix xətləri ilə əvəz olunur.Radius ölçülərinin 
qarşısında R hərfi, diametr ölçülərinin qarşısında Ø, işarəsi, kvadrat ölçülərinin 
qarşısında isə □ işarəsi qoyulur. Şəkil1 
Oxlar.
Ölçü xətlərinin hər iki ucunda, bəzən isə bir ucunda qoyulan oxlarla 
məhdudlaşdırılmalıdır. Oxların ucu cıxıntı xətlərinə toxunmalıdır və bütün oxların 
forma və ölçüləri eyni olmalıdır. Şəkil 2 – də oxun çəkiliş qaydası göstərilmişdir. 
Ölçü xətlərinin ucuda ( ardıcıl kiçik ölçülərdə) oxlar qoymaq mümkün olmadıqda, 
onlar 45
0
maillikdə çəkilmiş ştrix xətti və ya diametri 1mm olan dairəciklərlə ( 


nöqtələrlə ) əvəz olunur. Əgər ox məmulata aid olan hər hansı bir xətlə kəsişirsə 
həmin yerdə o qırılmış şəkildə verilməlidir.
Ölçü rəqəmləri
. Üfiqi istiqamətdə yerləşən ölçü xətləri üçün rəqəmlər xəttin 
üstündə, tən ortada, şaquli çəkilmiş ölçülər üçün ölçü xəttinin solunda xətt boyunca 
aşağıdan yuxarıya doğru yazılır. Ölçü rəqəmləri çertyojun heç bir xətti ilə 
kəsişməməlidir. Şəkil 3.
Ölçü rəqəmləri ölçü xətlərindən 1mm aralıda, kifayət qədər yer 
olmadıqda isə ölçü xəttinin uzantısı
üzərində və ya çıxıntı xətti vasitəsilə 
kənarda yazılır. Paralel yerləşən ölçü xətlərinin üzərində ölçü rəqəmləri 
şahmat qaydası ilə yazılır. Şəkil 4 



Yüklə 131,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin