Microsoft Word yeni vəSAİT. docx


Rəsmi işgüzar üslubda rəsmi və işgüzar sənədlər



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   2   3   4   5   6   7   8   9   10   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Rəsmi işgüzar üslubda rəsmi və işgüzar sənədlər. 
Rəsmi işgüzar üslub rəsmi və 
işgüzar sənədlərin dil xüsusiyyətləridir. Ona görə də 
rəsmi və işgüzar sənədlərinin 
dil təzahürünə rəsmi işgüzar üslub deyilir. 
Bu üslubun əsas göstəricisi fikrin standart 
formalarla, yığcam verilməsidir. Standartlıq və yığcamlıq bu üslubun bir qədər 
quruluğunu göstərir. Rəsmi işgüzar üslubda artıq sözlər, obrazlı, poetik ifadələr 
işlədilmir, fərdi nitq ünsürlərindən uzaq qaçılır. Bu üslubun normallığı möhkəmdir. 
Ancaq lüğət tərkibi yığcam, sintaksisi məhduddur.


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 

Rəsmi işgüzar üslub standart formalardan kənara çıxmır və onun tarixi təkamül 
prosesi məhz elə bu cür formalaşmışdır. Bu üslubun tarixi dövlətçilik, müstəqillik 
ənənələri ilə bağlıdır. Müstəqillikdən əvvəlki dövrlərdə ərəb, fars, rus dillərinin təsiri 
ilə bu üslubun fəaliyyətinə imkan verilməmişdir. Təbii ki, bu da rəsmi işgüzar 
üslubun milliliyinə xələl, ziyan gətirmişdir. Hal-hazırda Azərbaycan dövlətinin 
müstəqilliyi, dogma ana dilimizin dövlət dili kimi işlənməsi rəsmi işgüzar üslubun 
funksional imkanlarını genişləndirir. Rəsmi işgüzar üslub rəsmi və işgüzar 
sənədlərin dilini əhatə edir. Rəsmi sənədlərə konstitusiya, qanun, qərar, kodeks, 
sərəncam, fərman, əmr və s. işgüzar sənədlərə tərcümeyi-hal, ərizə, bildiriş, elan, 
arayış və s. daxildir. 
Rəsmi sənədlər barədə bunları bilmək gərəklidir: 
Ø
rəsmi sənədlər dövlət, yaxud hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi 
qaydada, yəni rəsmi şəxsin imzası, möhürü və s. ilə təsdiq olunan sənədlərdir; 
Ø
rəsmi sənədləri xüsusi mütəxəssislər hazırlayır. Bu sənədlər müxtəlif 
səviyyələrdə müzakirə olunur və qəbul edilir; 
Ø
rəsmi sənədlər mühüm hüquqi məzmuna malik olur, tarixi əhəmiyyət daşıyır;
Ø
rəsmi sənədlərlə dövlətlərarası və dövlətlərdaxili münasibətlər tənzimlənir; 
Ø
rəsmi sənədlərdə maksimum mükəmməllik gözlənilir, fikrin birmənalılığına, 
aydınlığına, hüquqi əsaslığına diqqət yetirilir; 
Ø
rəsmi sənədlər quruluşuna görə bölmələrə, maddələrə, bəndlərə ayrılır. 
İşgüzar sənədlər barədə isə aşağıdakıları bilmək vacibdir: 
Ø
işgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır. Həcm etibarilə, adətən, 
rəsmi sənədlərdən kiçik olur; 
Ø
rəsmi sənədləri, bir qayda olaraq, mütəxəssislər tərtib etdiyi halda, işgüzar 
sənədlər hər bir şəxs özü hazırlaya bilər;
Ø
işgüzar sənədləri yazmaq üçün çox vaxt hazır formalar olur. Hazır formaların 
olması ona görə vacibdir ki, artıq vaxt getməsin, sənəddə artıq sözlər, ifadələr 
işlədilməsin, imla xətalarına və qüsurlu cümlələrə yol verilməsin.
Müxtəlif cür anlaşılan sözlərə, cümlələrə yer verilən sənəd nöqsanlı hesab olunur. 
Məktublar rəsmi işgüzar sənədin ən sərbəst formasıdır.

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin