MÜHAZİRƏ 1
Əmək mühafizəsi və təhlükəsizliyi fənni,
onun məqsədi və toxunduğu əsas məsələlər
Plan
1.
Giriş. Əmək mühafizəsi və təhlükəsizliyi fənninin məzmunu və sosial-
iqtisadi əhəmiyyəti. Əmək mühafizəsi kursu və onun yüksək ixtisaslı
mütəxəssislərin hazırlanmasında rolu.
2.
Əmək mühafizəsi və təhlükəsizliyi fənninin inkişaf tarixi. Əmək
mühafizəsi sahəsindəki nailiyyətlər.
3.
Əmək mühafizəsi fənnində qəbul edilmiş terminlər və onların məzmunu.
4.
Əmək qanunvericiliyində işlədilən əsas məfhumlar
Əməyin mühafizəsi
– insanın əmək prosesində sağlamlığını, təhlükəsizliyini
və işgüzarlığını təmin edən qanunvericilik aktları, təşkilati-texniki, sanitariya-
gigiyenik, sosial-iqtisadi tədbirlər sistemidir.
Əməyin mühafizəsinin məqsədi istehsalat şəraitində işləyənlərin sağlam və
təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalat zərərçəkmə və peşə
zədələnmələrinin, peşə xəstələnmələrinin qarşısını almaqdır.
Əmək mühafizəsi qarşısında duran əsas məsələlər müstəqil Azərbaycan
dövlətinin qüvvədə olan konstitutsiyasına uyğun, qanunvericilik aktları, əmək
məcəlləsi, xüsusi qaydalar və normalar, müvafiq qərarlar və təlimatlar əsasında
tənzim edilir.
Əmək mühafizəsi fənni yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında
böyük rol oynamaqla, istehsalat sanitariyası və gigiyena, əmək psixologiyası,
istehsalat estetikası, erqonomika və s. fənlərlə sıx surətdə bağlıdır.
Azərbaycan Respublikasında elmi-texniki tərəqqi əhalinin işlə təmin
edilməsilə əlaqələndirilir və ondan əməyin əsaslı surətdə yüngülləşdirilməsi, iş
həftəsinin
qısaldılması,
ağır
fiziki
əməyin
mexanikləşdirilməsi
və
avtomatlaşdırılması üçün istifadə edilir. Elmi-texniki tərəqqi inkişaf etdikcə
insanların əmək fəaliyyətində zehni əməyin fiziki əməklə üzvi surətdə birləşməsi
prosesi gedir. Geniş miqyasda həyata keçirilən ixtisas və texniki-peşə təsili
cəmiyyətin mənafeyini nəzərə almaqla iş və peşə növünün sərbəst seçilməsini
təmin edir.
Əməyin mühafizəsi məsələləri ilə məşğul olan elmi müəssisə və idarələr
əmək qanunvericiliyi, təhlükəsizlik texnikası, sanitariya-gigiyena normaları, iş
yerlərinə erqonomik tələbatlar, yanğın təhlükəsizliyi, istehsalat obyektlərinin
ildırımdan mühafizə məsələsi və bir sıra başqa məsələlər üzrə lazımi tədbirlər
hazırlayıb əmək şəraitinin yaxşılaşdırılması istiqamətində tətbiq edir.
Tədqiqatçılar belə bir doğru nəticəyə gəlmişlər ki, hər bir müsbət hadisədə
mənfi və hər bir mənfi hadisədə müsbət cəhətlər mövcud olur. Elmi-texniki inqilab
özlüyündə müsbət hadisədir. Bununla belə, yüksək səviyyədə inkişaf etmiş,
quruluşuna görə çox mürəkkəb olan texnikadan istifadə edən insan kiçik bir səhv
üzündən özünü təhlükə qarşısında qoyur. Avtomobil maşınlarının sürətlə
çoxalmasını biz təbii olaraq müsbət qiymətləndiririk, lakin avtomobil qəzalarının
acı nəticələri də göz qabağındadır.
Rus alimi Q.Y.Panov yazır ki, dünya miqyasında texnika ilə onu idarə edən
insan arasındakı uyğunsuzluq nəticəsində təkcə 1900-1950-ci illər arasında, yəni
cəmi 50 il ərzində 250 milyon adam həlak olmuşdur, halbuki həmin dövrdə
müharibələr 90 milyon adamın ölümünə gətirib çxarmışdır. Indi maşınla əlaqədar
olaraq dünya miqyasında hər bir gün ərzində 350 min adam həlak olur ki, bunun da
250 mini avtomobil qəzaları ilə bağlıdır. Beynəlxalq ƏməkTəşkilatının
məlumatına görə dünyada hər il istehsalatda təxminən 270 milyon bədbəxt hadisə
baş verir. Nəticədə 2 milyondan artıq adam həlak olur və milyonlarla insan
ömürlük şikəstliyə düçar olur. Bütün bunlar dünyada əməyin mühafizəsi işinin
tədricən daha çox aktuallıq kəsb etməsinə səbəb olur və cəmiyyətin diqqətini
insanların taleyinə, onların sağlam və təhlükəsizlik əmək şəraiti ilə təmin olunması
məsələsinə yönəltmək üçün Beynəlxalq Əmək Təşkilatı 28 apreli Ümumdünya
Əməyin Mühafizəsi günü elan etmişdir. 2004-cü ildən etibarən Azərbaycanda da
Ümumdünya Əməyin Mühafizəsi günü dövlət səviyyəsində qeyd olunur.
Keçmiş Sovetlər birliyində 1929-cu ildən ali məktəblərdə «Əmək mühafizəsi
və təhlükəsizlik texnikası» fənni tədris edilməyə başlanmış, 1966-cı ildən isə bu
fənn «Əmək mühafizəsi» adlandırılaraq tədris edilmişdir. 1990-cı ildən isə «Əmək
mühafizəsi» fənni «Mülki-müdafiə» fənninə birləşdirilməklə iki hissədən ibarət
olan «Həyat fəaliyyətinin təhlükəsizliyi» fənni şəklində tədris olunur.
Əmək mühafizəsinin inkişaf tarixi mədəniyyətimizin inkişafı ilə sıx
əlaqədardır. Insanlar öz fəaliyyyət dairələrini inkişaf etdirdikcə sağlam və
təhlükəsiz əmək şəraitinin yaradılmasına tələbat da artmağa başlayır.
Əmək mühafizəsinə aid ilk elmi-tədqiqat işləri M.V.Lomonosov tərəfindn
aparılmşdır. O, 1742-ci ildə «Metallurgiya və mədən işlərində təhlükəsizlik
tələbləri» və «Xüsusi geyimlərə tələbat» adlı dəyərli məqalələr yazmışdır. O, daha
sonra 1752-ci ildə ilk dəfə olaraq indi də geniş tətbiq olunan ildırımötürücünün
konstruktiv quruluşunu vermişdir. Əməyin mühafizəsi məsələləri ilə məşğul olmuş
alimlərdən akademik S.V.Vavilov iş yerinin lüminessent lampaları ilə
işıqlandırılmasını, akademik V.V.Petrov elektrik qaynağı problemini, akademik
A.A.Skonçinski yanğına və partlayışa qarşı tədbirləri; professor M.E.Jukovski
ventilyator qurğularının konstruksiyasında aerodinamikanın nəzəri məsələlərini,
N.S.Stekolnikov tikinti obyektlərinin ildırımdan mühafizə məsələsini, professor
N.M.Quseva iş yerinin təbii işıqlanma normalarını və başqa məsələlri
müvəffəqiyyətlə həll etmişlər.
Əmək mühafizəsinin elmi əsaslarının ali məktəb tələbələrinin əldə etdiyi
biliklər kompleksində xüsusi yeri vardır. Çünki, əmək mühafizəsi məsələlərinin
həm iqtisadi, həm sosial, həm də böyük hüquqi əhəmiyyəti vardır. Sosial mənada
əməyin
mühafizəsi
dedikdə
müəssisədə
işləyən
işçilərin
istehsalat
zədələnməsindən qorunması anlaşılır. Yəni, işçilər istehsalat zədəsindən qorunur,
işçilərin uzun ömür sürməsi məqsədilə sosial tədbirlər görülür, iş vaxtında işçilərin
istirahət vaxtından səmərəli istifadə etmələri üçün lazımi şərait yaradılır. Əmək
mühafizəsi həm də iqtisadi əhəmiyyət daşıyır. Belə ki, əmək hərtərəfli mühafizə
olunduqda işçilərin əmək məhsuldarlığı artır, bundan başqa sosial-sığorta
fondunun qənaət edilməsi təmin edilir, iş vaxtının itirilməsi azalır. Əmək
mühafizəsi qaydalarına düzgün əməl etdikdə istehsalatda bədbəxt hadisələrin və
peşə xəstəliklərinin miqdarı da əhəmiyyətli dərəcədə azalır. Buna görə də ali
məktəblərdə tələbələrə bütün təhsil müddətində əmək mühafizəsi məsələlərinin
öyrədilməsi nəzərdə tutulur. Tələbələrin əmək mühafizəsinin ayrı-ayrı məsələlərini
ictimai, ümumtexniki və ixtisas fənlərində, eləcə də tədris və istehsalat təcrübələri
zamanı öyrənməsinə baxmayaraq, onların bu sahədə tam biliyə yiyələnmələri üçün
müstəqil «Əmək mühafizəsi» fənni tədris olunur.
Bu fənni öyrənən hər bir gələcək mütəxəssis aşağıdakıları bilməlidir:
1.
Əmək mühafizəsi məsələlərinin təşkilini, sağlam və təhlükəsiz əmək
şəraitinin yaradılmasında vəzifəli şəxslərin hüquq və vəzifələrini;
2.
Travmaların və xəstələnmələrin müəyyən edilməsi üsullarını;
3.
Təhlükəli və zərərli istehsalat faktorlarının yaranmasını xəbərdar etməyi;
4.
Fərdi və kollektiv mühafizə vasitələri ilə zərərsiz iş şəraitini təmin etmək
üsullarını;
5.
Müxtəlif cihaz və avadanlıqların istismarı zamanı təhlükəsizlik texnikası
qaydalarını;
6.
Yanğının baş vermə səbəbləri, onun profilaktikası və söndürülmə
qaydalarını.
«Əmək mühafizəsi» fənninin metodiki əsasını əmək prosesində istifadə
olunan maşınların, alətlərin, avadanlıqların, materialların və başqa texniki və canlı
obyektlərin elmi təhlili nəticəsində təhlükə və zərərlərin aşkara çıxarılması təşkil
edir. Bunun nəticəsində istehsalatın təhlükəli sahələri, təhlükəli vəziyyətlər aşkar
edilərək onların aradan qaldırılması üçün elmi əsaslarla tədbirlər hazırlanır.
«Əmək mühafizəsi» kursu dörd müstəqil bölməni əhatə edən elmi, sosial-
texniki fəndir.
Dostları ilə paylaş: |