Bina və texniki qurğuların ildırımdan mühafizəsi
Atmosfer elektrik yüklərinin boşalmaları (ildırım) yanğına, partlayışa və
adamların zədələnməsinə səbəb ola bilər. Statistik məlumatlara görə yanğınların 7
%-ə qədəri ildırım boşalmaları nəticəsində baş verir.
Atmosferdə statik elektrik yükləri su buxarlarının, sonra isə su damçılarının
hava ilə sürtünməsi nəticəsində əmələ gəlir. Göydə
daim mənfi elektrik yüklü
(yuxarı hissədə) və müsbət elektrik yüklü (nisbətən aşağıda) buludlar hərəkət edir.
Müsbət yüklü buludların hərəkəti zamanı elektrostatik induksiya nəticəsində yer
səthində əks əlaqəli elektrik yükləri yananır. Bir növ hava aralıqlı
kondensator
əmələ gəlir ki, yer və buludlar onun lövhələri rolunu oynayır.
Potensiallar fərqi
müəyyən böhran qiymətə çatdıqda, parlaq şüalanma və kəskin səslə müşayət
olunan qığılcım boşalması (ildırım) yaranır. İldırımın kanalında
cərəyan şiddəti
200 000 A-ə, gərginlik 150 000 000 V-a, temperaturun 6000-10000
0
S –yə çatır.
İldırım qurğularının uzunluğu 100 və 1000 metrlərlə ölçülür,
boşalma müddəti
0,1…1,0 san davam edir. İldırım boşalmalarının təsiri 2 formada olur: bir başa
zərbə və elektrostatik elektromaqnit induksiyaların nəticəsində ikinci təsir.
İldırımın bina və qurğuları birbaşa zərbəsi boyük dağıntılara, yanğınlara,
partlayışlara və bəzən də insan tələfatına səbəb ola bilər. Yer səthindəki obyektin
hündürlüyü nə qədər çox olarsa ildırımın bir başa düşmə etimalı da artır.
İldırımın ikinci təsiri yüksək gərginlikli induksiya cərəyanlarının
konstruksiyaların və avadanlığın metal elementləri arasında yaratdığı
qığılcımlanma şəklində təzahür edir. Yüksək potensialların
naqillər yerüstü və ya
yeraltımetal komunikasiya vasitəsilə ötürülməsi də mümkündür. İldırımın ikinci
zərbəsi yanğına partlayışa və cihazların, avadanlığın sıradan çıxmasına
səbəb ola
bilər.
Atmosferin statik cərəyan boşalmalarının təsirindən adamların, bina və
qurğuların, avadanlıq və materialların mühafizəsi üçün görülən tədbirlər kompleksi
ildırım mühafizəsi adlanır.