olunur. Bu isə onları təşkil edən əsas inşaat konstruksiyalarının
yanma
qabiliyyətindən və odadavamlılığından asılıdır.
Yanğın şəraitində inşaat konstruksiyalarının öz yükdaşıma və çəpərləmə
qabiliyyətini mühafizə etməsi odadavamlıq adlanır.
İnşaat konstruksiyalarının odadavamlılığı odadavamlılıq həddi ilə
xarakterizə olunur. Odadavamlılıq həddi saat və ya dəqiqə ilə ölçülür. Məsələn,
tirin odadavamlılıq həddinin 1,5 saat olması o deməkdir ki,
həmin tiri standart
temperatur rejimində qızdırdıqda yalnız 1,5 saatdan sonra uçula bilər.
İnşaat konstruksiyasının odadavamlılıq həddinə çatması onun müəyyən
temperatura qədər qızdırılması ilə əlaqədardır ki, bu da böhran temperatur adlanır.
Binalar yanma qrupu və odadavamlılığı müxtəlif olan konstruktiv
elementlərdən tikilir. Binanın yanğın şəraitində dağılmaya müqaviməti onun
yükdaşıyan divarlarının, sütunlarının, arakəsmələrinin, döşəmələrinin mərtəbələr
arası və çardaq örtüklərinin yanma qruplarından və oda davamlılıq hədlərindən
asılıdır.
Binalar beş oda davamlılıq dərəcəsinə bölünür. I,II,III.IV,V
I odadavamlılıq dərəcəli binalarda bütün konstruktiv
elementlər yanmayan
və onların odadavamlılıq həddi yüksək olur.
II odadavmlılıq dərəcəli binalarda konstruktiv elementlər yanmayan, lakin
odadavamlılıq həddi nisbətən aşağı olur.
III odadavamlılıq dərəcəli binalarda əsas yükdaşıyan elementlər çətin yanan
olur.
IV odadavamlılıq dərəcəli binalarda bütün əsas elementlər çətin yanan olur.
V odadavamlıq dərəcəli binalarda bütün elementlər yanan olur.
I və II odadavamlıq dərəcəli binalarda çardaq üstü və dam örtükləri də
yanmayan materialdan olmalıdır.
III, IV, V dərəcəli binalarda isə onlar yanan materiallardan da ola bilər.
Dostları ilə paylaş: