3. Yanğın rabitəsi və siqnalizasiyası
4. Bina və texniki qurğuların ildırımdan mühafizəsi
Odsöndürücü maddə və tərkiblər
Yanğın şəraitində yanma üç üsulla ləvğ edilə bilər:
1.
Havanın və ya yanar qazların yanma zonasına daxil olması qarşısının
alınması və ya onların faizlə miqdarının yanma dayanan həddə qədər aşağı
salınması.
2.
Yanma zonasında temperaturun yanma dayanan həddə qədər aşağı
salınması.
3.
Yanar maddələrin yanma zonasından kənar edilməsi və ya onların
xassələrinin dəyişdirilərək yanmayan vəziyyətə gətirilməsi.
Bütün odsöndürücü maddə və tərkibləri yanmanı ləğv etmə prinsipinə görə 4
növə ayırmaq olar: soyuducu, izoləedici, mühitə qarışanlar və yanma reaksiyasını
tormozlayanlar.
Soyuducu odsöndürmə vasitələr.
Su ən geniş yayılmış
soyuducu
odsöndürmə vasitəsidir. Suyun yüksək odsöndürmə keyfiyyəti onun böyük
istilik
tutumu, termik dayanıqlığı, gizli buxarlanma istiliyi və buxara çevrilərkən
həcminin xeyli artması ilə izah olunur. (1 kq su 1700 l buxar əmələ gətirir).
Su yanan maddənin səthini isladaraq soyudur, əmələ gələn su pərdəsi
havanın yanan maddə ilə təmasını çətinləşdirir, buxara cevrilərək yanma zonasında
oksigenin qatılığını xeyli aşağı salır.
Bunlardan əlavə, təzyiqlə vurulan su şırnağı
alovu parçalayaraq onu mexaniki surətdə də söndürür.
Yanan bərk maddələrin yığcam su şırnağı ilə, lifli maddələri su
səpələməklə, maye qazları isə suyu narın püskürməklə söndürmək məsləhət
görülür.
Su ilə yaxşı islanmayan maddələrin söndürülməsində (pambıq, torf və s.)
səthi gərilməni azaltmaq məqsədi ilə ona xüsusi isladıcılar əlavə edirlər (sulfanol,
sintanol və s.)
Bu zaman suyun odsöndürmə qabiliyyəti artır. Suyun özlülüyünü artırmaqla
da onun odsöndürmə səmərəsini yüksəltmək olar. Bu məqsədlə suya az miqdarda
üzvi maddələr (sellüloz) əlavə etmək kifayətdir.
Odsöndürmə vasitəsi kimi suyun qüsurlu cəhətləri vardır:
a) 0
0
S temperaturda donduğu üçün nasosu və yanğın şlanklarını dağıda bilər.
b) bəzi maddələrlə (qələvi-torpaq metallar, karbidlər)
reaksiyaya girdiyi
üçün onların söndürülməsində tətbiq edilə bilməz.
c) yüngül mayelərin ( məsələn neft məhsullarının) söndürülməsində suyun
tətbiqi səmərəli deyil, cünki, o, səthə qalxaraq yanğının ölçülərini daha da artırır.
ç) elektrik keçiriciliyi olduğu üçün su ilə gərginlik altındakı elektrik
qurğularını söndürmək olmaz.
e) su ilə həmçinin qiymətli cihazları, arxiv sənədlərini, tarixi əlyazmaları və
s. söndürmürlər, çünki, həmin əşyalara su dəydikdə onlar yararsız hala düşür.
Bərk karbon (karbon qazı) yanan maddənin səthindən böyük sürətlə xeyli
istilik götürür. Yanğın söndürülməsində karbon qazından maye halında istifadə
edilir. Karbon yanğını sudan daha tez söndürür. Su, köpük və s. işlətmək mümkün
olmadığı hallarda yanğının söndürülməsi üçün bərk karbondan istifadə edilir. Bərk
karbonla, adətən, elektrik qurğularında, mühərriklərdə, arxivlərdə,
muzey və
sərgilərdə və s. baş verən yanğınlar söndürülür.
Bərk karbon ilə maqnezium, metal natrium və kalium yanğınını söndürmək
mümkün deyildir.
İzoləedisi odsöndürmə vasitələri.
Belə vasitələr yanan maddənin səthini
örtərək onun oksigen (hava) ilə əlaqəsini kəsir və yanğının sönməsinə səbəb olur.
Bu vasitələrə köpüklər; kimyəvi ovuntu (toz) tərkiblər;
yanmayan dənəvər
maddələr (torpaq, qum, qrafit); və örtük materialları (keçə, asbest, brezent) aiddir.
Köpük-geniş yayılmış izoləedici odsöndürmə vasitələrindən biridir. O, nazik
maye pərdəsinə dolmuş hava qovuqcuqlarından ibarətdir. Köpüyün odsöndürmə
qabiliyyəti yanar maddənin səthini örtərək buxar və qazların yanma zonasına daxil
olmasına imkan verməməsi ilə əlaqədardır. Köpük yanan maddənin üst səthini də
soyudur.
Köpük hazırlamaq üçün xüsusi köpükləndirici maddə və tərkiblərdən (PO-1,
PO-3A, PO-6K, albuminlər, kerosin kontaktı, biyan kökünün şirəsi və s.) istifadə
edilir. Hazırlanma üsuluna görə köpüklər 3 növ olur: kimyəvi, hava-mexaniki və
yüksək alınma nisbətli.
Köpük universal yanğınsöndürmə vasitəsidir.
Su ilə reaksiyaya girməyən
bütün mayelərdə və bərk maddələrdə baş verən yanğınları köpüklə söndürmək olar.
Nəzərə almaq lazımdır ki, köpük də elektrik keçiricisidir və metalları korroziyaya
uğradır.
Kimyəvi ovuntu (toz) tərkibləri geniş tətbiq olunur. Yanğının sönməsi üçün
yanar maddənin səthində kimyəvi ovuntu təbəqəsinin qalınlığı azı 2 sm olmalıdır.
Bu zaman kimyəvi ovuntular yanan maddəni havadan izolə etməklə bərabər, həm
də yüksək temperaturun təsiri ilə əriyərək yanmayan qazlar əmələ gətirir ki, bu
əlavə olaraq yanmanın kəsilməsinə imkan verir.
Yanğınsöndürmə vasitələri kimi ovuntu tərkiblərinin bir sıra müsbət
cəhətləri vardır: onlar yanğını sürətlə söndürür, adamları yanğın zamanı istilik
şüalanmalarından mühafizə edir, elektrik cərəyanı keçirmir, söndürülən materialı
korlamır. Mənfi cəhətləri isə otaq daxilində tətbiq edildikdə güclü toz əmələ
gətirməsi və yanan maddəni soyutmadığı üçün təkrar alovlanma imkanı olmasıdır.
Sonuncu xassəsini aradan qaldırmaq üçün yanğın söndürüldükdən sonra həmin
yerə köpük verilməlidir. Kiçik sahələrdə baş vermiş yanğınların
söndürülməsində
bərk dənəvər maddələrdən (talk, zəy, boz cuqunun qırıntıları, quru qum, torpaq və
s.) geniş tətbiq edilir, bunlar müəssisə və idarələrdəki yanğın lövhələrində
saxlanılır. Yanğının sönməsi üçün dənəvər maddə yanan materialın səthinə bir
necə sm-lik təbəqə halında səpilir.
Yanma zonasının mühitinə qarışan odsöndürmə vasitələri.
Bu vasitələr
yanma zonasının mühitinə qarışaraq
orada oksigenin, qaz və ya buxarların
qatılığını yanma dayanan həddə qədər azaltmaqla yanmanın qarşısını almağa
imkan verir. Bu məqsədlə daha geniş tətbiq olunan odsöndürmə vasitələri karbon
4-oksid, azot su-buxarı, narın səpilən sudur.
Yanma reaksiyasını kimyəvi tormozlayan odsöndürmə vasitələri.
Yanma
zonasında yanma reaksiyasına fəal təsir edən odsöndürmə vasitələri kimi halogen
əsaslı karbohidrogen tərkiblər işlədilir. Bu tərkiblərin əsasını bromlu etil təşkil
edir, o, yanan səthi isladaraq yanma prosesini kəskin sürətdə tormozlayır. Bromlu
etil özü asan alovlanan maye olduğuna görə odsöndürücü tərkiblərdə karbon 4
oksidə birgə işlədilir.
Kimyəvi mayelər yanma zonasında sürətlə buxarlanaraq havadan 3-9 dəfə
ağır buxarlar əmələ gətirir. Bu da odsöndürücü buxarların yanma zamanında
müəyyən müddətdə qalmasını təmin edir.
Dostları ilə paylaş: