Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/66
tarix27.12.2023
ölçüsü5,01 Kb.
#198887
1   ...   54   55   56   57   58   59   60   61   ...   66
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr)

 
Zəhərlənmədə ilk yardım 
Zəhərlənmədən təxminən yarım saat sonra baş gicəllənməsi, bədəndə ümumi 
zəiflik, ürək bulanması, qusma halları başlayır, bədənin temperaturu aşağı düşür və 
tərləmə baş verir.
Tənəffüs yollarının zəhərlənməsi zamanı zərərçəkən təmiz havaya 
çıxarılmalıdır.
Yemək məhsulları ilə zəhərlənmə olduqda zərərçəkənin mədəsini tez yumaq 
lazımdır.
Adətən, ilk tibbi yardımdan 1-1,5 saat sonra xəstənin vəziyyəti 
yaxşılaşmalıdır. Ancaq bununla arxayınlaşmaq olmaz, bədəndəki zəhərli maddənin 
tamamilə xaric olunmasını təmin etmək lazımdır.
İstilik zərbəsində və yanma hadisələrində ilk yardım 
Günvurma və istivurma insan orqanizminin normal fəaliyyətini pozur
ağrıya, yaxud huşun itirilməsinə səbəb olur. Bu zaman zədələnmiş şəxsi kölgə 
yerə, yaxud sərin bina daxilinə aparıb rahatlamaq, sinəsini soyuq su ilə islatmaq
başına və ürək nahiyəsinə su ilə isladılmış dəsmal qoymaq və onu tez-tez 
təzələmək lazımdır. Xəstə huşunu itirməmişsə, ona soyuq su içirtmək; huşunu
itirmişsə, süni tənəffüs vermək lazımdır.
Bədənin yanması çox ağrılı olur, odur ki, vaxtında müəyyən yüngülləşdirici 


tədbirlər görülmədikdə xəstənin vəziyyəti xeyli ağırlaşa bilər.
I dərəcəli yanmada (dərinin qızarması, azacıq şişməsi) yanan səthə yağlı 
maddə sürtməli, yaxud nişasta, talk və s səpməli.
II dərəcəli yanmada (qızarmış dəridə suluqlar əmələ gəlir) yanma yeri spirtlə 
islanmalı və sonra təmiz parça ilə bağlanmalıdır. 
Daha ağır, yəni, III, IV dərəcəli yanıqları yalnız tibb müəssisələrində 
müalicə edirlər.
Yanıq asıq alovdvn alındıqda paltarın həmin nahiyədə yanıb dəriyə yapışan 
hissəsini çəkib qoparmaq olmaz. Bu lazım gəldikdə yalnız iti qayçı ilə kəsilməlidir.
Dəri kimyəvi maddələr ilə yandıqda ilk yardım kimyəvi maddənin növündən 
asılıdır. Əgər dəri turşu tökülməsi nəticəsində (kükürd turşusu müstəsna olmaqla) 
yanmışsa, yanan nahiyə 10…15 dəqiqə isti su ilə yuyulmalı və sonra üstünə çay 
sodası məhlulunda (bir stəkan suya bir çay qaşığı) isladılmış tənzif qoyulmalıdır. 
Yanma qələvi tökülməsi nəticəsində alınmışsa, yenə də yuxarıda deyilən qayda ilə 
təmiz yuyulduqdan sonra yanan nahiyəyə zəif sirkə məhlulunda (bir stəkan suya 
bir xörək qaşığı sirkə qatmaqla) isladılmış tənzif qoyulub sarınmalıdır. Kükürd 
turşusu ilə yandıqda su vurularsa, güclü istilik ayrıldığına görə yanıq daha da 
dərinləşə bilər. Odur ki, belə hallarda yanıq ancaq soda məhlulu ilə yuyulub, həmin 
məhlulda isladılmış tənzif qoymaqla bağlanmalıdır.
Bəzən elektrik qaynağı aparan işçilərin və qaynaq prosesinə diqqət yetirən 
işçilərin gözlərinə qövsdən alınan şüa güclü təsir edir və hətta yandıra bilər. Belə 
halda gözə bor turşusu məhlulunda (bir stəkan suya bir çay qaşığı) isladılmış tənzif 
və ya təmiz parça qoyulması yaxşı nəticə verir.
Gözlərin çirklənməsində ilk yardım. 
Gözə bərk hissəciklər düşdükdə onları 
su və ya bor turşusu məhlulu ilə yumaqla kənar edirlər. Gözü yuduqda su və ya 
məhlulu gözün kənar küncündən buruna tərəf axıdırlar.
Gözə bərk hissəciklər düşdükdə onu ovuşdurmaq olmaz.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin