Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Əmək təhlükəsizliyi standartlar sistemi (ƏTSS)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/66
tarix27.12.2023
ölçüsü5,01 Kb.
#198887
1   ...   5   6   7   8   9   10   11   12   ...   66
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr)

Əmək təhlükəsizliyi standartlar sistemi (ƏTSS) 
Norma və qaydalar içərisində əməyin təhlükəsizliyi üzrə standartlar 
sisteminin öz mövqeyi vardır. Standartlar sistemi təhlükəsiz əməyin təmin edilməsi 
istiqamətində olmaqla Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və 
Patent üzrə Dövlət Agentliyi və Respublika Həmkarlar İttifaqı Konfederasiyası 
tərəfindən hazırlanır və təlabatı ödəyən normativ texniki sənədlər yaradılır.
Əmək təhlükəsizliyinin Standartlar sisteminin məqsədi zərərli və təhlükəli 
istehsalat amillərinə görə ümumi tələbatı, istehsalat prosesinə və istehsalat 
avadanlıqlarına ümumi təhlükəsizlik texnikası tələbatı, habelə əmək təhlükəsizliyi 
fərdi mühafizə vasitələrinə tələbatı və s. müəyyən etməkdir. 
ƏTSS 1974-cü ildə yaradılmışdır və aşağıdakı dörd kateqoriyada standartları 
əhatə edir. 
a)
Ümumittifaq dövlət standartları (DÜİST)
b)
Sahə standartları (SST) 
c)
Respublika standartaları (RST) 
d)
Müəssisə standartları (MST) 
Əmək təhlükəsizliyi üzrə Ümumittifaq dövlət standartları (DÜİST) altı kod 
qrupuna bölünür və 0;1;2;3;4; 5 rəqəmləri ilə işarə edilir. 
0 qrupuna sistemin quruluşunu, onun əsas müddəalarını, termin və 
anlayışları, həmçinin təhlükəli və zərərli istehsalat amillərini müəyyən edən 
standartlar daxildir.
Buna misal olaraq «Əsas anlayışlar, terminlər və onların məzmunu» DÜİST 
12.0.002-80; «İşçilərə əmək təhlükəsizliyinin öyrədilməsi» DÜİST 12.0.004-89; 
«Təhlükəli və zərərli istehsalat amilləri» DÜİST 12.0.003-74 və başqalarını 
göstərmək olar.
1-ci qrupa bütün istehsalatlar üçün eyni olan zərərli amillərin buraxıla bilən 
qiymət normalarını və ölçülmə üsullarını müəyyən edən standartlar daxildir. İşçi 
zonada hava şəraiti DÜİST 12.1.000-76, elektrik təhlükəsizliyi DÜİST 12.1.078-
82 və s. 
2-ci qrupa istehsalat avadanlıqlarına təhlükəsizlik tələblərini təyin edən 
standartlar daxildir. «İstehsalat avadanlıqlarına sanitariya-gigiyena tələbləri»
DÜİST 12.2.002-81; «Oturmaqla iş yerinə yetirilməsində ümumi erqonomik 
tələbat» DÜİST 12.2.032-78 və s. 
3-cü qrupa istehsalat prosesinə təhlükəsizlik tələblərini müəyyən edən 
standartlar daxildir. «Yükboşaltma işləri və ümumi təhlükəsizlik tələbləri»
DÜİST 12.3.020-80; «Elektrik qaynağı işləri və təhlükəsizlik tələbləri» DÜİST 
12.3.003-75 və s.
4-cü qrupa əmək təhlükəsizliyini təmin edən mühafizə vasitələrinə verilən 
ümumi tələbləri müəyyən edən standartlar daxildir. «Fərdi mühafizə vasitələri» 
DÜİST 12.4.051-78; «Tənəffüs orqanlarının fərdi mühafizə vasitələri» DÜİST 
12.4.034-78 və s. 
5-ci qrup. Bu qrup standartlar yeni qəbul edilib. Bina və qurğuların tikinti, 
təmir və istismar işlərində mühəndis quruluşlu nəzarət üsullarına tələbatı təşkil 
edir.


Əmək təhlükəsizliyi üzrə ümumi dövlət standartlarının işarə olunması və 
rəqəmlərinin mənası aşağıdakı kimidir. DÜİST 12.0.004-89-da DÜİST – 
ümumittifaq dövlət standartı; 12-əməyin təhlükəsizliyinə aid standartın olduğunu; 
0-standartın kod qrupunu; 004-qruplaşdırmanın nömrə ardıcıllığını; 89-standartın 
təsdiq olunduğu ili göstərir.
Sahələr üzrə əmək təhlükəsizliyini təmin etmək məqsədilə ümumi dövlət 
standartları əsasında sahə standartları təsdiq edilərək istifadə edilir. Sahə 
standartları kimi kənd təsərrüfatı müəssisələrində istifadə edilən standartlardan 
birini göstərək.
Kənd təsərrüfatında əmək mühafizəsinin öyrədilməsinin təşkili. Ümumi 
müddəalar. GTSS.SST 46.0.126-82 və s.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin