Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/66
tarix27.12.2023
ölçüsü5,01 Kb.
#198887
1   ...   8   9   10   11   12   13   14   15   ...   66
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr)

İşçilərin məzuniyyət hüququ
. Əmək məcəlləsinin 110-cu maddəsinə uyğun 
işçilər vəzifəsindən, əmək şəraitindən və əmək müqaviləsi müddətindən asılı 
olmayaraq qanunvericiliklə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək 
hüququna milikdir.
Məzuniyyət növləri.
Əmək məcəlləsinin 112-ci maddəsinə uyğun işçilərin 
məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir.
a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti 
b) uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti
c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən 
təhsil və yaradıcılıq məzuniyyəti
d) ödənişsiz məzuniyyət
Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər 
növləri nəzərdə tutula bilər. 
Əmək məzuniyyəti və onun müddətləri əmək məcəlləsinin 114-cü 
maddəsində olduğu kimi nəzərdə tutulmuşdur.
İşçilərə ödənişli məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. 
Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddəitində 
verilməlidir.
a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə
b) xüsusi rejimli tədris müəssisələri istisna olunmaqla tədris müəssisələrində 
pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati – tədris heyəti işçilərinə, habelə 
məktəbdən kənar uşaq müəssisələrinin rəhbərlərinə.
c) tədris müəsisələrinin metodisləri, kitabxanaçılarına, laborantlarına, 
emalatxana rəhbərlərinə.
d) elmi dərəcəsi olmayan elmi işçilərə
e) həkimlərə, orta tibb işçilərinə və əczaçılara
Natamam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti 
müddətində yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir. 
Əmək məcəlləsinin 118-ci maddəsinə müvafiq olaraq aşağıdakı işçilərə 
əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir.
a) bütün ixtisas və adlardan olan müəllimlərə 
b) illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan 
tədris müəssisələrinin rəhbər işçilərinə, təlimatçılarına
c) uşaq birliyi rəhbərlərinə, magistrlərə


d) elmi tədqiqat müəssisələrinin, habelə ali məktəblərin elmi tədqiqat 
bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və 
onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə 
e) müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan 
elmi işçilərə və s.
42 təqvim günü müddətində illik məzuniyyət aşağıdakı işçilərə verilməlidir: 
a) uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər 
işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə; 
b) metodika kabinetlərinin rəhbərlərinə və təlimatçılarına
c) məktəbyanı internatların tərbiyəçilçrinə
d) məktəbdən kənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə
e) musiqi müəllimlərinə
ə) elmi tədqiqat müəssisələrinin, habelə ali məktəblərin elmi tədqiqat 
bölmələrinin elmlər namizədi elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və 
onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə. 
Əmək məcəlləsinin 119-cu maddəsinə görə yaşı 16-dan az olan işçilərə 
əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 
təqvim günündən az olmayaraq verilir. 
Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən 
əlillərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. 
Əlavə məzuniyyətin müddəti
. Əmək məcəlləsinin 115 və 166-cı maddələrinə 
uyğun olaraq əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə görə əlavə 
məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. 
Əmək stajından asılı olaraq işçilərə: 
a) 5 ildən 10 ilədək əmək stajı olduqda – 2 təqvim günü
b) 10 ildən 15 ilədək əmək stajı olduqda - 4 təqvim günü
c) 15 ildən çox əmək stajı olmaqla –- 6 təqvim günü müddətində əlavə 
məzuniyyət verilir.
Hamiləliyə və doğuşa görə məzuniyyətlər
. Əmək məcəlləsinin 125-ci 
maddəsinə müvafiq olaraq aşağıdakı kimidir. Hamiləlik dövründə və doğuşdan 
sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim 
günü + doğüşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. 
Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı 
məzuniyyət 70 təqvim günü müddətində verilir.
Kənd təsərrüfatı istehsalatında çalışan qadınlara hamiləliyə və doğuşa görə 
məzuniyyət aşağıdakı müddətlərdə verilir.
a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və 
doğuşdan sonra 70 təqvim günü)
b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və 
doğuşdan sonra 86 təqvim günü). 
c) iki və daha çox uşaq doğduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 
təqvim günü və doğuşdan sonra 110 təqvim günü). 
Ödənişsiz məzuniyyətlər
. Əmək məcəlləsinin 128-ci maddəsində ödənişli 
məzuniyyətdən istifadə hüququ, 129-cu maddədə ödənişsiz məzuniyyətlərin 
növləri; 130-cu maddədə işçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyyətlərin 


müddətləri nəzərdə tutulmuşdur. Əmək qanunvericiliyinə uyğun odənişsiz 
məzuniyyətlərin müddəti işçinin əmək fəaliyyətinin xüsusiyyətinə və məqsədə görə 
7 təqvim günündən 1 təqvim ayınadək müddətdə verilə bilər. 
Əmək məzuniyyətinin verilmə qaydası
. Əmək məcəlləsinin 131-ci maddəsinə 
uyğun olaraq aşağıdakı kimidir. İşçinin 1-ci iş ili üçün əmək məzuniyyəti hüququ 
əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işləyəndən sonra əmələ gəlir. 
İşçiyə 6 ay işlədikdən sonra 1-ci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında 
işə götürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri 
üçün əmək məzuniyyəti işə götürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda 
verilə bilər. 
Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün 
əmək məzuniyyətindən aşağıdakı işçilərin istifadə etmək hüququ vardır. 
a) qadınların hamiləliyə və doğuşa görə sosial məzuniyyətindən bilavasitə 
əvvəl, yaxud sonra;
b) 18 yaşına çatmamış işçilərin
c) müddətli hərbi xidmətdən buraxıldıqdan üç ay keçənədək işə götürülən 
işçilərin; 
d) əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin; 
e) hərbi qulluqçu arvadının (ərinin); 
f) təhsil müəssisələrində oxuyan şəxslərin; 
g) əlillərin; 
Əmək məzuniyyətlərinin verilməsində növbəlik
. Əmək məcəlləsinin 133-cü 
maddəsinə uyğun müəyyən edilir. Burada istehsalın və işin normal gedişini 
tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək 
məqsədilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün 
növbətçilik cədvəlləri tərtib edilə bilər. Əmək məzuniyyətlərinin verilmə növbəsi 
həmkarlar ittifaqı təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işə 
götürən tərəfindən təsdiq edilir. 
Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan 
vaxtda verilə bilər.
a) yaşı 18-dən aşağı olan işçilər; 
b) işləməklə yanaşı təhsil alan şəxslər; 
c) 14 yaşınadək iki və daha çox uşağı və ya 16 yaşınadək əlil uşağı olan 
qadınlara; 
d) əlillərə; 
e) hərbi qulluqçunun arvadına (ərinə) və s.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin