Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


İşçilərin və iş yerlərinin attestasiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/66
tarix27.12.2023
ölçüsü5,01 Kb.
#198887
1   ...   9   10   11   12   13   14   15   16   ...   66
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr)

İşçilərin və iş yerlərinin attestasiyası
Əmək məcəlləsinə uyğun olaraq işəgötürən əmək şəraitindən asılı 
olmayaraq müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin 
attestasiyasının keçirilməsini təmin etməlidir.
İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin 
olunmasının və ya istehsalat sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən 
etmək və yaxşılaşdırmaq məqsədi ilə əmək məhsuldarlığının artırılması, əməyin 


təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və texnologiyanın 
tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir.
Bu məqsədlə həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən, əməyin 
mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş 
yerlərinin attestasiya komissiyası yaradılır.
İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları Azərbaycan Respublikası 
Nazirlər Kabineti tərəfindən qəbul edilən normativ-hüquqi aktla tənzimlənir.
Əmək məcəlləsinə görə işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, 
ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (yəni peşəyə) uyğun 
olduğunu aşkara çıxarmaq məqsədilə qanunvericiliklə nəzərdə tutulan işçilərin 
attestasiyası keçirilə bilər.
Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə 
bilər. Hər bir işçi üç ildə bir dəfədən az olmayaraq attestasiyadan keçirilə bilər.
İşəgötürənin əmri ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, 
yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən 
nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət 
komissiya yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya 
komissiyasının üzvü ola bilməz.
Attestasiya Komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə, 
əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri 
barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan 
əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan 
məsələlərlə əlaqədar suallar verə bilər.
Attestasiya Komissiyası azı 5 nəfərdən ibarət olmaqla, bütün hallarda onun 
say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya Komissiyasının səlahiyyət müddəti 
onun yaradılması haqqında müvafiq əmrlə müəyyən edilir. Attestasiya Komissiyası 
qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğuna görə qəbul edir. 
Attestasiya Komissiyası işçinin tutduğu vəzifəyə uyğun olduğu və ya olmadığı 
haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı Attestasiya 
Komissiyası bu qərarlarında işçinin başqa vəzifədə istifadə edilməsinin məqsədə 
müvafiqliyi barədə işəgötürənə tövsiyə edə bilər.
Attestasiya olunmayan işçilər əmək məcəlləsinin 66-cı maddəsinə görə 
aşağıdakılardır:
1.
Bir vəzifədə 5 ildən az müddətdə çalışan, məcburi köçkün və ya qaçqın 
statusu olan işçilər;
2.
Hamilə qadınlar;
3.
Uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət 
bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan işçilər;
4.
Yaşı 18-dən az olan işçilər;
5.
Bir vəzifədə faktik olaraq 1 ildən az müddətdə çalışan işçilər;
6.
Eyni vəzifədə azı üç dəfə Attestasiya olunaraq tutduğu vəzifədə uyğun 
olduğu müəyyən edilmiş işçilər;
7.
Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda Attestasiya olunmayan 
işçilər;


8.
Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi 
əməliyyatlarda yaralanmış və əlil olmuş işçilər.
İş yerlərinin attestasiyasının əsas məqsədləri müəssisələrdə istehsalın 
səmərəliliyini, məhsulun keyfiyyətinin yüksəldilməsi və əmək ehtiyatlarından 
səmərəli istifadə olunmasını təmin etməkdir.
Attestasiya zamanı hər bir iş yeri texniki cəhətdən təşkil olunmasına, əmək 
şəraitinə və təhlükəsizlik texnikası səviyyəsinə görə kompleks halında 
qiymətləndirilir.
İş yerində əmək şəraiti və təhlükəsizlik texnikası aşağıdakı əsas 
göstəricilərin təhlili ilə qiymətləndirilir.
a) əməyin sanitariya-gigiyena şəraitinin (hava mühitinin vəziyyəti, səs-küy, 
titrəyişlər, şüalanmalar və s.) normal tələbinə uyğunluğu;
b) istehsalat prosesinin, avadanlığın, iş yerinin təşkilinə, əmək təhlükəsizliyi 
standartlarına və əmək mühafizəsi normalarına uyğunluğu;
c) əl əməyinin və fiziki-ağır əməyin həcmi;
d) birtonlu əməyin mövcudluğu;
e) işləyənlərin iş paltarı, fərdi və kollektiv mühafizə vasitələri ilə təmin 
olunması və onların əmək təhlükəsizliyi standartlarına və normalarına uyğunluğu.
İş yerlərində əmək şəraitinin və təhlükəsizlik texnikasının yaxşılaşdırılması 
sahəsində tədbirlərin aşağıdakı istiqamətlərdə tərtib edilməsi məsləhət görülür:
a) Optimal temperatur və işıqlandırma rejimlərinin yaradılması;
b) Otaqlardan səs-küyün, titrəyişlərin, qazın, tozun, yüksək nəmliyin və 
müxtəlif növ şüalanmaların kənar edilməsi, təcrid edilməsi və ya yatırılması;
c) İstehsal mühitinin əlverişsiz təsirlərinə qarşı fərdi və kollektiv mühafizə 
vasitələrinin tətbiqi;
d) Əl əməyinin, ağır fiziki və birtonlu əməyin tətbiqinin azaldılması;
e) Əlverişli əmək və istirahət rejimlərinin, işgüzarlığın bərpa olunmasının 
səmərəli üsullarının tətbiqi, təhlükəsiz əmək şəraitinin yaradılması.
Attestasiyanın nəticəsinə görə iş yeri aşağıdakı üç qrupdan birinə aid edilir:
1.
Attestasiyadan keçmişdir – iş yerinin bütün göstəricilər üzrə ümumi 
qiyməti normadan (0,9) aşağı olmadıqda;
2.
Səmərəliləşdirilməlidir – iş yerinin ayrı-ayrı göstəriciləri norma 
tələblərinə 
uyğun olmadıqda, lakin səmərəliləşdirilərək həmin 
səviyyələrə qaldırıla bilər; 
3.
Ləğv olunmalıdır – iş yerinin göstəriciləri norma tələblərinə uyğun 
olmadıqda və səmərəliləşdirilərək həmin tələblərin səviyyəsinə qaldırıla 
bilmədikdə. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin