Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/66
tarix27.12.2023
ölçüsü5,01 Kb.
#198887
1   ...   6   7   8   9   10   11   12   13   ...   66
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr)

 
İş vaxtı 
İş vaxtının növləri və tənzimlənməsi qaydaları əmək məcəlləsinin IV 
bolməsində nəzərdə tutulmuşdur. Qanunvericiliyə uygun iş vaxtının növləri 
aşagıdakılardır: tam iş vaxtı, qısaldılmış iş vaxtı, natamam iş vaxtı. 
Tam iş vaxtı
– müddəti Əmək məcəlləsində nəzərdə tutulmuş həftəlik və 
gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün 
müəyyən edilmiş zamandır. 
Gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Normal iş 
vaxtına uygun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən 
edilə bilməz. 
Həftəlik iş vaxtının müəyyən edilməsi Əmək məcəlləsinin 90-cı maddəsində 
nəzərdə tutulmuşdur. Yəni bir qayda olaraq iki istirahət günü olan beş günlük iş 
həftəsi müəyyən edilir. 
Əmək şəraitinin xarakterindən asılı olaraq işə götürən və ya müvafiq icra 
hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) həftəlik tam iş 
vaxtının müddəti çərçivəsində altı günlük iş həftəsi müəyyən edə bilər. 
Altı günlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının 
müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 
saatdan və həftəlik norma 24 saat olduqda isə iş vaxtının müddəti 4 saatdan çox ola 
bilməz. 
Qısaldılmış iş vaxtı 
- Əmək məcəlləsinin 91-ci maddəsində oldugu kimi 
nəzərdə tutulmuşdur. İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, 
əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq 
əmək məsəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, havelə əmək 
müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə 
bilər.
Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 
saatdan, 16 yaşdan 18 yaşa dək işçilər üçün, həmçinin hamilə və yaş yarıma dək 
uşagı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır. 
Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtının qısadılmış 
müddəti əmək məcəlləsinin 92-ci, xüsusi xarakterli işlərdə çalışan işçilərin 
qısadılmış iş vaxtı isə 93-cü maddələrdə göstərilmişdir. 
Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın 


səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində 
(həkimlərə, müəllimlərə, elektrotexniki qurgularda, cihazlarda və qanunvericilikdə 
nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox 
olmamaq şərti ilə qısadılmış iş vaxtı müəyyən edilmişdir. Həmin iş yerləri üzrə 
peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə 
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Natamam iş vaxtı
- Əmək məcəlləsinin 94-cü maddəsində göstərilmişdir. 
Burada əmək müqaviləsi baglanarkən, havelə əmək münasibətləri prosesində işci 
və işə götürənin qarşılıqlı razılıgı ilə natamam iş vaxtı müəyyən edilə bilər.
Natamam iş vaxtının müddəti və onun qüvvədə oldugu zamanın, ayın, ilin 
davamiyyəti tərəflərin razılıgı ilə müəyyən edilir. İşçilərin səhhəti və fizioloji 
vəziyyəti (hamilələik, əlillik) havelə xroniki xəstəliyi olan uşagının və digər ailə 
üzvünün səhətti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında 
yerinə yetirilməsini tələb edərsə, havelə 14 yaşına çatmamaış yaxud 16 yaşınadək 
əlil uşağı olan qadınlar ərizələri ilə işə götürən natamam iş vaxtı müəyyən 
etməlidir. 
Natamam iş vaxtı əməyin ödənilməsi və ya əmək funksiyasının icrasına sərf 
olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılıgı ilə müəyyən edilir. 
Əgər işçinin gündəlik iş vaxtının ən azı yarısı gesə vaxtına (saat 22-dən 
səhər saat 6-dək) düşərsə, onda həmin iş vaxtının geçə vaxtına düşən hissəsi bir 
saat qısaldılır. 
İş vaxtı qanunla müəyyən edilmiş elə bir vaxtdır ki, onun ərzində işçi 
müəssisənin daxili əmək intizamı qaydalarına uyğun ona tapşırılan işi yerinə 
yetirir. iş vaxtının nizama salınması iki başlıca məqsədi güdür: bir tərəfdən əməyin 
zəruri mühafizəsini ; digər tərəfdən ictimai, siyasi və mədəni həyatda tam dəyəri ilə 
iştirak etmək üçün zəhmətkeşlərin zəruri həcmdə əmək sərf etməsi təmin edilir. 
Əmək məcəlləsinin 95-ci maddəsinə uyğun iş vaxtının rejimi qaydaları- 
gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı 
və müddəti, sutkadakı növbələrin sayı, bir növbədən digər növbəyə keçirilmə, iş 
vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz ediməsi 
(əvəz günün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı, müəssisədaxili 
intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. 
İş vaxtının rejimi və onu müəyyən edən qaydalar Əmək məcəlləsi və digər 
normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla 
işəgötürənin əmri ilə təsdiq edilir.. Bu qaydalarla işçilər hökmən tanış 
edilməlidirlər.Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri 
böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. 
İş vaxtından artıq işlərin son həddi Əmək məcəlləsinin 100-cü maddəsində 
nəzərdə tutulmuşdur. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, 
əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq 
işlərə cəlb edilə bilməz. 
İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar əmək məcəlləsinin 101-
ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə uyğun iş vaxtından artıq 
işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir. 


a)
dövlətin müdafiəsinin təmin oluması üçün, habelə təbii fəlakətin istehsal 
qəzasının qarşısını aımaq və ya onların nəticələrini aradan qaldırmaq 
üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsi; 
b)
su,qaz və elektirik təchizatı, isitmə, kanalızasiya və digər kommunal 
müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz 
hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsi 
təmin etmək üçün; 
c)
başlanmış və istehsalın texniki şəraitinə görə iş günün sonunadək 
tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin 
qarşısıalınmaz korlanması, sıradan şıxması təhlükəsi zamanı işlərin 
tamamlanması zərurəti olduqda; 
d)
işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxan 
mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi 
zərurəti olduqda; 
e)
əvəz edən işçinin işdə olmaması ilə əlaqədar fasilə verilməsinə yol 
vermək mümkün olmadıqda. 
İşəgötürən iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran 
səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə 
borcludur. 
İş vaxtından artıq işlərə aşağıdakıların cəlb edilməsi qadağandır: hamilə 
qadınlar və südəmər uşağı olan analar, habelə bir yaşınadək uşağı olan qadınlar; 
uşağı 18-dən aşağı olan şəxslər; qanunvericiliyə müvafiq surətdə işçilərin başqa 
kateqoriyaları. 
Bir yaşından səkkiz yaşınadək uşağı olan qadınlar və əlillər (bu işlər tibbi 
tövsiyələrə görə onlara qadağan edilmədikdə) iş vaxtından artıq işlərə yalnız 
onların razılığı ilə cəlb edilə bilər.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin