Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/66
tarix27.12.2023
ölçüsü5,01 Kb.
#198887
1   ...   13   14   15   16   17   18   19   20   ...   66
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr)

Növbədənkənar təlimat.
Bu təlimat növü iş yerinə görə təlimat həcmində 
baş müxtəxəssis tərəfindən eyni ixtisaslı işçilərə qrup halında və ya fərdi qaydada 
keçirilir. 
Növbədənkənar təlimatı, əsasən aşağıdakı hallarda keçmək tələb olunur: 
a) əmək mühafizəsi qaydalırının dəyişdirilməsi zamanı; 
b) əməyin təhlükəsizliyinə təsir göstərən texnoloji proseslərin dəyişdirilməsi 
zamanı; 
c) əməyin təhlükəsizliyinə əlavə tədbirlər göstərilərsə, işdə 30 təqvim 
günündən çox fasilə olduqda, başqa işlər üçün 60 gün olarsa; 
d) əmək təhlükəsizliyi tələblərinin pozulması ilə zədələnmə (travma), qəza, 
partlayış və yanğın baş verərsə. 
Növbədənkənar təlimat növündə təlimatı keçən şəxs işçilərə işin 
xarakterindən asılı olaraq təhlükəsizlik texnikası qaydaları tələblərinə uyğun lazım 
olan məsələləri başa salır. Əvvəlki təlimatların keçirilməsi zamanı mövcud olan 
nöqsanları aradan qaldırmaq məqsədilə görüləcək tədbirlər yenidən öyrədilir. 
Növbədənkənar təlimat keçildikdən sonra iş yerinə görə təlimatda göstərilən 
ümumi “Təlimatların öyrədilməsi barədə qeydiyyatlar” jurnalında sənədləşdirilib 
qeyd aparılır. 
Məqsədli təlimat
əməyin mühafızəsi sahəsində ən təhlükəli işlərdə icazə 
naryadı tələb edilən işlərə göndərilən işçilərə keçilir. Təlimat keçən işçinin təlimatı 
mənimsəmə səviyyəsini mütləq yoxlamalıdır. Məqsədli təlimatı icazə naryadını 
verən şəxs aparır. Təlimatın keçirilməsi naryadda qeyd edilir. Görülən işin 
xarakteri və şəraiti bir neçə dəfə dəyişərsə, məqsədli təlimat da həmin sayda 
keçirilməlidir. 
Əmək mühafizəsi norma və qaydalarına dövlət nəzarəti

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən 
orqan Azərbaycan Respublikası Əmək məcəlləsinin 15-ci maddəsində nəzərdə 
tutulmuşdur. Əmək qanunvericiliyinə dair normativ hüquqi aktların tələblərinə 
əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı (Dövlət Əmək 
Müfəttişliyi) həyata keçirir.
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən 
orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar 
şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, 
onları inzibati hüquq pozulmaları haqqında Azərbaycan Respublikasının məcəlləsi 
ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər 
məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq 
hüququna malikdir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini 
həyata keçirən orqanın (Dövlət Əmək Müfəttişliyi) hüquqları, vəzifələri və 


fəaliyyət qaydaları Aərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq 
edilmiş əsasnamə ilə tənzim edilir. Əmək qanunvericiliyinə əməl olunmasına 
dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və 
göstərişlərindən məhkəməyə şikayət verilə bilər. 
Əməyin mühafizəsi üzrə qaydalara və müvafiq normativ aktlara əməl 
edilməsinə dövlət nəzarəti Əmək məcəlləsinin 235-ci maddəsində göstərilmişdir. 
Həmin maddəyə əsasən əməyin mühafizəsi normalarının, qaydalarının, habalə 
əməyin mühafizəsinə dair normativ hüquqi aktların tələblərinin yerinə 
yetirilməsinə, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata 
keçirən orqan(Dövlət Əmək Müfəttişliyi) nəzarət edir. 
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən 
orqanın və onun vəzifəsi şəxslərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri 
qərarlar hökmən icra olunmalıdır. 
Əmək məcəlləsinin 308-ci maddəsinə görə işə götürənlər, işçilər, icra 
hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən əmək məcəlləsinin, eləcə 
də bütövlükdə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların 
dürüst və eyni cür tətbiq edilməsinə, onların tələblərinin düzgün yerinə 
yetirilməsinə nəzarəti öz səlahiyyətləri daxilində prokurorluq orqanları, habelə 
Əmək məcəlləsinin 15-ci maddəsi ilə müəyyən edilmiş Dövlət Əmək Müfəttişliyi 
orqanı həyata keçirir. 
Azərbaycan Respublikası ərazisində əmək qanunvericiliyinə və normativ 
hüquqi aktların tələblərinə, norma və qaydalarına dürüst və eyni cür əməl 
olunmasına dövlət nəzarəti Azərbaycan Respublikası prokurorluğu tərəfəndən 
həyata keçirilir.
Əməyin mühafizəsi sahəsində qüvvədə olan qayda və normalara düzgün 
əməl edilməsinə Dövlət nəzarətini aşağıdakı səlahiyyətli orqanlar və müəyyən 
sahələr üzrə inspeksiyalar üzrə həyata keçirirlər.
1.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək 
Müfəttişliyi. 
2. Sahə həmkarlar ittifaqının, yaxud Respublika Həmkarlar İttifaqları 
Konfederasiyasının texniki əmək inspeksiyaları
3. Dövlət Sənayesdə işlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ Mədən 
Nəzarəti Komitəsi nəzdində «Dövlətdağnəzarət» inspeksiyası. 
4. Respublika Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət 
sanitariya nəzarətçiləri 
5. Respublika Energetika Nazirliyinin Dövlət Energetika nəzarətçiləri 
6. Respublika Daxili İşlər Nazirliyində Dövlət Yanğın Müfəttişliyi 
7. Respublika Daxili İşlər Nazirliyi yanında Dövlət Avtomobili Müfəttişliyi 
və başqaları. 
Əmək qanunvericiliyinə uyğun dövlət nəzarət orqanlarının hər biri özünün 
xidməti sahəsində əməyin mühafizəsinə dair norma və qaydaların pozulmasına 
görə təqsiri olan işçini, işəgötürəni, müəssisə rəhbərini müəyyən olunmuş formada 
və məbləğdə cərimə etmək hüququna malikdir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin