Şəkil 3. Finçanlı anemometr
Şəkil 2. Katatermometr
a- silindirli; b- kürəli
Hava axını 0,3m/san sürətindən yuxarı olduqda isə qanadlı anemometrlərdən
istifadə edilir. Bu əl çihazı pərləri alüminium və ya slyudadan hazırlanmış yüngül
çarxdan, oxdan, yivdən və bir sıra dişli çarxlar vasitəsilə hərəkəti əqrəblərə ötürən
sistemdən ibarətdir. Çihazın əqrəbləri hava axınının kecdiyi yolu (təklik, onluq,
yüzlük, minlik, onminlik və yüzminlik) metrlərlə göstərir.
Hava axınının böyük sürətlərində fincanlı anemometrlər işlədilir. Cihaz xac
şəklində bərkidilmiş və şaquli ox üzərində hərəkət edən dörd yarımkürədən
ibarətdir. Hava axını həmin yarımkürələrin çökək tərəflərində
daha çox təzyiq
yaradaraq xacı fırlanmağa məcbur edir. Fırlanma hərəkəti dişli çarxlar vasitəsilə
anemometrin əqrəblərinə ötürülür.
Fincanlı anemometr elə qurulmalıdır ki, cihazın oxu hava axını istiqamətinə
perpendikulyar olsun, hava axını fincana və ya qanadlara
dəysin və cihaz ölçü
aparılan bütün hallarda hava axınına qarşı eyni vəziyyətdə qalsın.
Anemometrlə havanın hərəkət sürəti
bölgü/san
ilə ölçülür. Təcrübə müddəti
2- 4 dəq
olmalıdır.Ölçü aparıldıqda cihazın sonuncu göstərişindən birincisini çıxıb
fərqləri toplamaq və alınan rəqəmləri təcrübə müddətinə (san) bölmək lazımdır:
san
ü
bö
t
t
t
t
n
c
b
a
n
c
b
a
lg
...
...
.
Alınan qiymətə görə cihazın cədvəlindən sürətin həqiqi qiyməti (m/san)
tapılır.
Dostları ilə paylaş: